Güney Azərbaycanlılar BMT-dən referendum tələb etdi
gundemxeber.az Güney Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlar BMT baş katibi Pan Gi Muna Güney Azərbaycanın tarixi ərazilərində referendum keçirilməsi üçün müraciət edib. Azərbaycan Milli Demokartik Birliyi, Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT), Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP), Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Güney Azərbaycan Milli Oyanış Hərəkatı(GAMOH), Güney Azərbaycan Qurtuluş Partiyasının ünvanladığı müraciətdə bildirlir: 1813 və 1828-ci illərdə Qacar şahğılı (Məmalik məhrusə) və Çar imperiyası arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələri nəticəsində zorla ikiyə bölünmüş Azərbaycanın böyük bir hissəsi (Güney Azərbaycan) İran adlanan ölkənin işğalı altındadır və orada yaşayan 30 milyondan çox Azərbaycan türkü illərdir ki, fars mərkəzli rejimlər tərəfindən assimilyasiya və müstəmləkəçi siyasətə məruz qalmaqdadır. Güney Azərbaycanda yaşayan Azərbaycan türklərinə qarşı aparılan bu irqçi siyasət 1979-cu ildən hakimiyyətə gələn islami rejim tərəfindən də farsçılıq əsasında davam etdirilir. İranın xarici işlər naziri Əli Əkbər Salehinin Türkiyə səfəri zamanı etiraf etdiyi kimi, İranda əhalinin 40 % Azərbaycan türkü olduğu halda, bu gün də orada Güney Azərbaycanın inzibati ərazi bölgüsünün dəyişdirilməsi, süni ekoloji problemlər yaratmaqla azərbaycanlıların öz tarixi torpaqlarından məqsədli şəkildə köçürülməsi planları (Urmu gölünün qurudulması), milli kimliyin inkar siyasəti ilə Azərbaycan türklərinin assimilyasiyasına məruz qalmaları, ictimai-siyasi fəaliyyətlərə qarşı işgəncə və həbslər davam etdirilir”. Müraciət müəllifləri Güney Azərbaycanda 30 milyondan çox Azərbaycan türkünün milli-demokratik haqlar uğrunda milli azadlıq mübarizəsini davam etdirməkdə olduğu vurğulanır.
Sorğu
Yeni dizaynımız necədir?