GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Müəmmalı şəkildə ölən prokurorluq işçisinin xanımı: "Əgər Eminin ölümündə əlim varsa sübut etsinlər”

Müəmmalı şəkildə ölən prokurorluq işçisinin xanımı: "Əgər Eminin ölümündə əlim varsa sübut etsinlər”

Tarix: 1-04-2019, 19:54 Bölmə :Müsahibə Baxış: 920
Müəmmalı şəkildə ölən prokurorluq işçisinin xanımı: "Əgər Eminin ölümündə əlim varsa sübut etsinlər”


Türkiyənin Antalya şəhərində istirahətdə olan zaman dünyasını dəyişən prokurorluq əməkdaşının ölümündə ittiham olunan şəxslərdən biri də mərhum Emin Hüseynovun həyat yoldaşı Elfira Mövsümlüdür. Emin otelin idman zalında huşunu itirərkən yaxınlarından yanında olan yeganə şəxs E.Mövsümlü olub.

Gundemxeber.Az bildirir ki, mərhumun atası, keçmiş bələdiyyə sədri Bəybala Hüseynov Criminal.az saytına müsahibəsində oğlunun sui-qəsd nəticəsində öldürlürdüyünü demişdi. Eyni zamanda oğluna qarşı sui-qəsddə öz gəlini Elfira Mövsümlüdən də şübhəli olduğunu bildirmişdi. Şübhələrini isə gəlini və qudası Aygün xanımın ona dedikləri sözlə əsaslandırmışdı:

Bəybala Hüseynov
"Bir gün evə gəldim. Gəlinim Elfira və onun anası məni otağa çağırıb dedi ki, sənin xəbərin varmı Emin çox narahatdır, qorxur. Sizdən gizli saxlayır, amma mən qızıma demişəm ki, bu məsələni açıb desin. Bir gün Eminin başına iş gələcək, sənin üstündə qalacaq. Dərhal oğluma zəng edərək narahatlığının səbəbini soruşdum. Dedi ki, bir gün maşını dayanacaqdan götürəndə gözətçi ona deyib ki, bura bir maşınla 4-5 nəfər gəlmişdilər. Oğlumun şəklini göstəriblər. Sonra oğlum həmin şəxslərin və avtomobillərinin şəklini təhlükəsizlik kamerasından çıxarmışdı. Sonra özüm dayanacaqdakı gözətçi ilə görüşmək istəsəm də, o artıq işdən uzaqlaşdırılmışdı”.
B.Hüseynov həmçinin gəlinini oğlunun ili çıxmadan evdən qaçmaqda və sui-qəsdin izini itirməkdə rolu olduğunu iddia edib: "Oğlumu Azərbaycanda öldürmək istəyiblər, baş tutmadığına görə Türkiyədə həyata keçiriblər. Gəlinimdən Türkiyədə ifadə alıblar. Həmin ifadəni oxuyub xəcalət çəkdim. Gəlinim ifadəsində deyib ki, Emin izlənməsindən xəbərsiz olub. Hansı ki, məni ilk olaraq onlar çağırıb otaqda Eminin başına bir iş gəlsə bizdən şübhələnmə mesajını veriblər. Çalış qarşısını al. Demək gəlinimi məcbur edib yazdırıblar. Telefonlardan hər şeyi sildirən, gəlinimə bu cür ifadələri yazdıranlar yəqin Baş Prokurorluğun içərisindədir”.

"Kameraya onu izləyən maşının nömrəsi düşmüşdü"

Qaynatasının ittihamlarına cavab verən Elfira Mövsümlü Criminal.az saytına açıqlamasında mərhum ərinin ölümündən əvvəl izlənməsini təsdiqlədi. Onun sözlərinə görə, Türkiyəyə getməmişdən 2 ay əvvəl Emin ona izlənməsi barədə deyibmiş:
"Emin mənə demişdi ki, işinin yaxınlığındakı marketin qabağında maşını saxlayarkən bilib ki, gözətçi onu soruşublar. Hətta şəkilin də göstəriblər. Emin mənə demişdi ki, bu haqda heç kimə məlumat verməyim. Sonra elə oldu ki, Emin işdə olan günü bu hadisəni qaynatama demək üçün anamla məsləhətləşdim. Biz Bəybala müəllimi çağıraraq Emin mənə necə danışmışdı, olduğu kimi ona danışmışam. Bəybala müəllim də bilir, Emin özü araşdırmışdı. Kamera görüntülərinə onu izləyən maşının nömrəsi düşmüşdü. Amma onu izləyənlər haqda əlavə heç bir məlumat tapa bilməmişdi”.
E.Hüseynovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə necə düzəlməsindən xəbərsiz olduğunu deyən E.Mövsümlü bunun ailə qurmamışdan əvvələ təsadüf etməsi ilə əsaslandırdı.

"...guya yaxtada Eminə nəsə içirdiblər"

E.Mövsümlü Türkiyə səfərinin necə baş tutmasına da aydınlıq gətirib, hansı ki qaynatası B.Hüseynov bunu oğluna sui-qəsd üçün əvvəldən planlaşdırılmış bir gediş kimi ehtimal edir.
"Eminin anası da bilir ki, oğlu əvvəl Londona getmək istəyirdi. Bildirdilər ki, visa almaq 2-3 ay çəkəcək, Emin Bəybala müəllimin köməkçisi Balakişi adlı şəxslə məsləhətləşmişdi. Turu özləri təşkil ediblər. Turizm şirkəti və onun rəhbərini tanımamışam. Artıq iki gün idi istirahətdə idik, Balakişi müəllim vatsapla səsli mesaj göndərdi ki, tur var, sizi göndərmək istəyirlər. Biz Eminlə razılaşdıq. Bəybala müəllim deyir ki, guya yaxtada Eminə nəsə içirdiblər, amma orda biz ancaq fanta işmişik, onu da Emin mənə almışdı. Mən içmişəm, məndən sonra da Emin. Başqa heç bir qida qəbul etməmişik. Bizi oteldən bələdçi gəlib götürüb, bir neçə saat yaxtada olmuşuq”.

"Səhər iş yoldaşları ona xəbər vermişdi ki..."

E.Mövsümlü deyir ki, Emin dünyasın dəyişən gün səhər saat 09 radələrində restorana gedib yemək yeyiblər, hər şey normal olub. Emin hətta atasına da zəng edib, telefona cavab verməyib. Sonra anasına yığıb, o da telefonu açmayıb. Sonra otağa gediblər, Emin "idmana gedib 20 dəqiqəyə qayıdıram” deyərək otaqdan çıxıb. Təxminən 30-40 dəqiqə sonra otağa zəng gəlib. Eminin halının pisləşməsini xəbər veriblər. Aşağı düşəndə artıq təcili yardım gəlibmiş. Həmin vaxt Emin özündə olmayıb, sudurqa vəziyyətində imiş. Emini "Anadolu” özəl xəstəxanasına aparıblar, ondan sonra Emini cəmi bir dəfə, reanimasiyada 5 dəqiqəlik görə bilib.
"Eminin ölümündən az əvvəl valideynlərinə zəng etməyini bilirəm, amma nə danışdıqlarından xəbərsizəm. Bir şey olsaydı, Emin mənə deyərdi. Amma Eminin işdəki otağının boşaldılmasından xəbərim var idi. Səhər iş yoldaşları ona xəbər vermişdi, ona görə də Emin əsəbləşmişdi. Amma düşməninin kim olması barədə heç nə deməyib. Anasına nə deməsini də bilmirəm, yəqin aşağıda danışıb”-deyə E.Mövsümlü barəsindəki ittihamlara aydınlıq gətirdi.
Ölüm hadisəsi ilə Baş Prokurorluqda ifadə verdiyini deyən E.Mövsümlü bütün suallara cavab verdiyini bildirib. Deyib ki, Eminin izlənməsi ilə bağlı prokurorluqda ona heç bir sual verilməyib.

"Bildirdi ki, onu öldürəcəklər, sonra isə məni"

"Eminin xəstəliyi vardı. 2012-ci ildə ona ciyər köçürülmüşdü. Bundan başqa mədəsindən qanaxma ilə Türkiyəyə aparmışdılar. Eminin sonra qızdırması, gecələr qaşınması olurdu, yata bilmirdi, onu həkimə göstərmirdilər. Emin rəhmətə gedəndən sonra qaynatamgil məni evdən qovmaq dərəcəsinə çatdırmışdılar. Bəybala müəllim evdən çıxdığım gün, yanvarın 18-də mənə təhdidedici sözlər dedi. Bildirdi ki, onu öldürəcəklər, sonra isə məni. Guya nəyisə gizlədirəm. Bu ittihamlara dözə bilmədim, bildirdim ki belə yaşaya bilmərəm. Allah bilir ki, biz əşyalarımızı götürüb ordan necə çıxmışıq. Qaynanam və qaynatam məni təhqir edirdilər, guya Eminə xəyanət etmişəm. Kim olsa çıxıb gedərdi. Əgər Eminin ölümündə əlim varsa sübut etsinlər” - E.Mövsümlü bildirdi.
Mərhumun atası Bəybala Hüseynov isə iddia edir ki, oğlu zəhərlənərək öldürülüb. O, bu sui-qəsddə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsininın rəhbər şəxsləri - rəis Kamran Əliyev və müavin Əli Nağıyevi ittiham edir.

B.Hüseynov uzun müddət şirkət rəhbəri olub. 2005-2012-ci illərdə Badamdar bələdiyyəsinin sədri olub. Həmin müddətdə hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini işləyən Əli Nağıyevlə münasibəti yaranıb.və oğlu Emin Hüseynovun işə düzəldilməsində də onun rolu olub. B.Hüseynov deyib ki, Bakı Dövlət Universitetlnin hüquq fäkültəsində ali təhsilini başa vurmuş övladı Emini işə düzəltmək məqsədlə 2014-cü ildə əvvəllər Əli Nağıyevlə görüşüb fikirini ona çatdırıb və oğlunu Ə.Nağıyevin rəis müavini olduğu Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə işə düzəldib. Lakin oğlunun ölümündən bir neçə gün qabaq iş otağı boşaldılıb və bu, onda böyük şübhələr yaradıb. Daha sonra oğlu həyat yoldaşı ilə Türkiyənin Antalya şəhərinə istirahətə yollanıb. İstirahətinin bitməsinə bir gün qalmış, 18 avqust 2017-ci il tarixdə müəmmalı şəkildə ölüb.
Prokurorluq əməkdaşının müəmmalı ölümü ilə bağlı atasının ittihamlarına isə Baş Prokurorluq heç bir münasibət bildirməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • OĞLUNUN ÖLÜMÜNDƏ ŞÜBHƏLİ BİLDİYİ ŞƏXSLƏR TƏRƏFİNDƏN TƏHDİD VƏ TƏQİBƏ  MƏRUZ QALAN İŞ ADAMI PREZİDENTƏ YENİDƏN MÜRACİƏT ETDİ!

    OĞLUNUN ÖLÜMÜNDƏ ŞÜBHƏLİ BİLDİYİ ŞƏXSLƏR ...

    30-03-2019, 13:17

  • 
  • Eminin Agalarovun dünya gözəli ilə fotoları

    Eminin Agalarovun dünya gözəli ilə fotoları ...

    29-05-2013, 19:04

  • 
  • Emin yeni məkan açdı - FOTO

    Emin yeni məkan açdı - FOTO ...

    2-10-2016, 14:49

  • 
  • Avropa məhkəməsi Emin Hüseynovun şikayəti üzrə kommunikasiyaya başlayıb

    Avropa məhkəməsi Emin Hüseynovun şikayəti üzrə ...

    8-05-2018, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu