Prezident İlham Əliyev Bakı şəhəri, 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı bütün dövlət qurumlarına xüsusi tapşırıqlar verib.
Gundemxeber.az xəbər verir ki, Elinanın anası Sevil Hüseynova sonxeber.az-a prezidentin bu qərarından sevindiyini bildirib.
S.Hüseynova prezidentə təşəkkürünü də bildirib:
"Qızımın ölümü ilə bağlı Cənab Prezident xüsusi tapşırıq verdiyinə görə sonsuz təşəkkürümü bildirirəm. Mən anayam, övlad itirmişəm, ürəyim yanır. Amma ümid edirəm ki, qızımın ölümündə əli olan hər kəs öz cəzasını almalıdır. Haqq öz yerini tapacaq".
Elinanın anası 11-ci sinif şagirdi Hüseyn Namazovun istintaq prosesinə cəlb olunması ilə bağlı yayılan məlumata da münasibət bildirib:
"Hələ ki, istintaq gedir, bizə heç bir məlumat verilmir. Yalnız medianın vasitəsilə məlumatlanıram. Ancaq o oğlan kimdirsə tanımıram. Qızım o haqda mənə heç nə deməmişdi".
Qeyd edək ki, istintaq prosesi çərçivəsində xeyli şəxsin ifadəsi alınıb. Onlardan bəziləri birbaşa istintaqa cəlb edilib ki, bu şəxslər arasında Elinanın yaxın dostu, məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov da var. İlkin araşdırmalar zamanı yeniyetmə qızın həmin şəxslə xeyli müddət münasibətinin olması, birgə əyləncə yerlərinə getməsi və sair nüanslar dəqiqləşərək materiallar toplanıb. H.Namazov istintaqa cəlb edilərək ifadəsi alınıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?