Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb. 286 nömrəli məktəbin 6-cı sinif şagirdi İlham Cəfərov özünü qonşuluqda yeni tikilməkdə olan binada boş mənzillərin birində asaraq intihar edib. Hadisə ilə bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Meyit ekspertiza üçün 1 saylı Şəhər Klinik Xəstəxanasının Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsinə gətirilib. Ekspertizadan sonra İlham Cəfərovun meyit ailəsinə təhvil verilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi Tərəfindən Cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?