GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Müsavatı başqa siyasi qüvvələrin qərarından asılı vəziyyətə salmamışıq və salmayacağıq”

“Müsavatı başqa siyasi qüvvələrin qərarından asılı vəziyyətə salmamışıq və salmayacağıq”

Tarix: 2-08-2013, 20:13 Bölmə :Müsahibə Baxış: 882
 “Müsavatı başqa siyasi qüvvələrin qərarından asılı vəziyyətə salmamışıq və salmayacağıq”

Demokratik Qüvvələrin Milli Şurasının qurucularından olan Müsavat başqanı İsa Qəmbər “Media forum” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Milli Şura üzvlərinin Tiflis səfərini necə qiymətləndirmək olar – hər halda müsbət, yoxsa nəticəsiz?

- Tiflis müşavirəsi zərurətdən doğan bir müşavirə idi. Yaranmış vəziyyətdə belə bir məsləhətləşməyə ehtiyac vardı. Təklif olundu və biz bu müşavirəni keçirdik. Həm də Rüstəm müəllimlə ikili görüşümüz oldu. Təbii ki, bütün bunlar faydalı oldu.

- Şuranın sədri, prezidentliyə namizəd göstərilmiş Rüstəm İbrahimbəyova sizinlə birlikdə Bakıya gəlməyi təklif etmisiz. Sizdən başqa daha kimlər bu təklifi dəstəklədi?

- Birbaşa dəstək olmadı. Ancaq kifayət qədər ciddi çıxışlar oldu. Məsələyə kifayət qədər məsuliyyətli yanaşan müşavirə iştirakçıları vardı. Fakt odur ki, ciddi və məsuliyyətli çıxışlar oldu.

- Rüstəm İbrahimbəyov təklifinizə nə cavab verdi – özü razılaşmadı gəlməyə, yoxsa digər Milli Şura üzvləri qoymadılar?

- Əksəriyyətin fikri onun sənəd məsələsini həll edib sonra vətənə dönməsi fikri ilə üst-üstə düşdü. Rüstəm İbrahimbəyov müşavirədə dedi ki, mən ikili vətəndaşlıq məsələsini həll etməmiş Bakıya dönsəm və Azərbaycan hakimiyyəti saxta cinayət işlərini əsas gətirərək mənim Bakıdan çıxmağımı yasaqlasa, prosesə ciddi zərbə dəyər. Rüstəm müəllim deyirdi ki, Rusiya qanunvericiliyinə görə, vətəndaşlıqdan çıxmaq istəyən şəxsin müəyyən prosedurlarda şəxsən iştirakı vacibdir. Məntiq bu idi. Normal məntiqdir. Sadəcə olaraq indiki mərhələdə məntiqli təhlillə yanaşı sürətli və təşəbbüsü ələ almağa yönəlmiş addımlara ehtiyac var. Ona görə də mən Rüstəm müəllimə iyulun 31-də bizimlə geri dönməsini təklif etdim. Amma əksəriyyət onun sənəd işlərini həll etdikdən sonra geri dönməsinə tərəfdar çıxdığı üçün ümumi rəy belə oldu.

- Rüstəm müəllim sizinlə birlikdə Bakıya gəlsəydi, hakimiyyətin reaksiyası necə olardı, sizcə? Onu həbs edərdilərmi?

- Mən Rüstəm İbrahimbəyovun həbsini mümkün hesab eləmirəm. Hətta hər cür gözlənilməz addımları ilə cəmiyyəti təəccübləndirməyə davam edən bu rejim Rüstəm İbrahimbəyovu həbs etməyə cəsarət etməzdi. Sadəcə olaraq o məntiqli görünür ki, həbs etməzdilər, amma Kinematoqrafiya İttifaqına qarşı qaldırılan saxta cinayət işi kontekstində onu dindirib, Bakını tərk etməmək haqda iltizam ala bilərdilər.

- “Azadlıq” radiosuna müsahibənizdə demisiz ki, Azərbaycan cəmiyyətinə cəsarət nümunəsi göstərmək lazımdır. Rüstəm müəllim belə bir nümunəni göstərib Bakıya gəlsəydi, cəmiyyət azad seçki uğrunda mübarizəyə, nəhayət ki, həvəs göstərərdimi?

- Mən Tiflisdəki müşavirədə də, sonra Bakıda “Azadlıq” radiosunun qonağı olanda da demişəm ki, cəmiyyət ağıllı siyasətçilərə hörmət edir, cəsarətli siyasətçiləri isə sevir. Vətəndaşlıq məsələsi artıq sırf hüquqi məsələ deyil. Bu artıq siyasi məsələdir. İstər Azərbaycan hakimiyyətinin Rüstəm İbrahimbəyovun namizədliyini qeydə alıb-almaması, istərsə də Rusiya hakimiyyətinin Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması üçün etdiyi müraciətə cavab verməsi hüquqi müstəvidə həll olunmur. Təbii ki, qanun var və o qanuna uyğun müəyyən prosedurlar olur və olacaq. Amma hər halda siyasi qərar verilib və veriləcək ki, məsələlər necə həll olunacaq. Rusiya qanunvericiliyi imkan verir ki, bu məsələ bir neçə ay uzansın. Bunun siyasi qərar olduğunu sübut etmək olar, amma hüquqi müstəvidə bununla bağlı mübahisə eləmək çətin olar.

Bu baxımdan yaranmış vəziyyətdə oturub gözləmək ki, Azərbaycan və yaxud Rusiya hakimiyyəti hansı addımlar atacaq, bu artıq düzgün deyil. Biz özümüz qərarlarımızı qəbul edib hakimiyyəti cavab gedişlərinə sövq etməliyik. Açıq şəkildə görünməlidir ki, hakimiyyət müxalifətin vahid namizədinin seçkiyə getməsindən qorxur, onun qarşısını almağa çalışır. O da açıq görünməlidir ki, Rusiya hakimiyyəti Azərbaycanda avtoritar rejimin davam etməsinə tərəfdardır, ya yox. Bunun üçün də Rüstəm İbrahimbəyovun tez bir vaxtda orda nə prosedur varsa həll edib Bakıya dönməsinə ehtiyac var. Mən əminəm ki, vahid namizədin Azərbaycanda olması və proseslərdə bilavasitə iştirak etməsi Azərbaycan cəmiyyətində Milli Şuranın yaranması ilə formalaşmağa başlanan ümid, inam hissinə böyük təkan verər.

- Rüstəm İbrahimbəyov gəlməsə və Milli Şura seçkini boykot qərarı versə, Müsavatın mövqeyi necə olacaq? Bu halda partiya sizin namizədliyinizlə bağlı qərar verə bilərmi?

- Mən hesab edirəm ki, Milli Şura məsələyə kifayət qədər ciddi və məsuliyyətli yanaşacaq, ona görə də boykot qərarının qəbul olunmasını real saymıram. Cəmiyyətdə dəyişiklik arzusu var. Cəmiyyət müxalifətin seçkini boykot etməsini yox, seçkidə iştirak edib qalib gəlməsini istəyir. Biz demokratik düşərgənin başqalarının qərarından, hakimiyyətin qərarından asılı vəziyyətə düşməsinə razı olmadığımız kimi Müsavat Partiyasını da başqa siyasi qüvvələrin qərarından asılı vəziyyətə salmamışıq və salmayacağıq.

- Müsavatın seçkiyə qatılmaq qərarının hakimiyyətin maraqlarına uyğun olduğunu düşünənlər var. Onlar hesab edirlər ki, sizin mümkün namizədliyiniz və seçkidə iştirakınız hakimiyyətə Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almadan real müxalifətin iştirak etdiyi bir seçki keçirmək fürsəti verir. Bu haqda siz nə deyərdiz?

- Əvvəlcədən bəlli idi ki, biz Milli Şuranın vahid namizədinin tam tərəfdarıyıq və Rüstəm İbrahimbəyovun vahid namizəd olmasına da razılaşmışıq. Bizim Milli Şuranın vahid namizədliyinə iddiamız yoxdur. Vahid namizədlə Müsavatın namizədini qarşı-qarşıya qoymaq ya səriştəsizlikdir, ya da qərəzdən irəli gələn bir hadisədir. Aydın məsələdir ki, Milli Şuranın vahid namizədi seçkidə iştirak edəcəksə, başqa namizəd olmayacaq, Milli Şuranın seçkidə vahid namizədini bütün gücümüzlə müdafiə edəcəyik.

- Gürcüstan prezidenti Mixail Saakaşvili Milli Şura üzvlərini Rusiya agentləri adlandırıb. Sizcə, onu bu cür sərt ifadələr işlətməyə vadar edən səbəb nədir? Azərbaycan hakimiyyəti təzyiq göstərə bilərdimi ona?

- Saakaşvilinin özünün Gürcüstanda düşdüyü mürəkkəb vəziyyət onu bu cür yanlış mövqelərə sövq edə bilər. Ötən parlament seçkisində Saakaşvili uduzub. O, formal olaraq prezident vəzifəsində qalır, Gürcüstanda isə real hakimiyyət parlamentdədir. Yaxın zamanlarda Gürcüstanda da prezident seçkisi keçiriləcək və Saakaşvili öz partiyasının qalib gələcəyinə əmin ola bilməz. O, kifayət qədər təcrid olunmuş vəziyyətə düşüb. Nəinki Rusiya ilə qarşıdurmadadır, eyni zamanda Avropa və Amerikanın da xeyli dərəcədə diqqətini itirib. Bu gün onun İlham Əliyev kimi avtoritar dövlət başçılarından asılılığı çoxdur və görünür ki, növbəti dəfə Azərbaycan hakimiyyətinə reverans edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: “Çox faydalı görüş oldu...”

    İsa Qəmbər- İbrahimbəyov görüşü -Müsavat başqanı: ...

    31-07-2013, 15:26

  • 
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36

  • 
  • Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu

    Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu ...

    29-05-2013, 01:39

  • 
  • Rüstəm İbrahimbəyov yeni müraciət yaydı

    Rüstəm İbrahimbəyov yeni müraciət yaydı ...

    11-08-2013, 23:57

  • 
  • Milli Şuradan İsa Qəmbərə - Cavab

    Milli Şuradan İsa Qəmbərə - Cavab ...

    2-08-2013, 11:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu