Demokratik Qüvvələrin Milli Şurasının sessiyası yekunlaşıb. Sessiyada Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun istefa ərizəsi müsbət dəyərləndirilərək qəbul olunub. Sessiyada qurumun sədri vəzifəsinə Cəmil Həsənli seçilib. Bundan başqa Milli Şuranın fəxri sədr postu yaradılıb. Milli Şuranın fəxri sədri vəzifəsinə isə Rüstəm İbrahimbəyovun namizədliyi dəstəklənib. Səsvermədən əvvəl cixis eden isa Qəmbər fəxri sədr postunun yaradilmasina və Rustəm Ibrahimbəyovun bu vəzifəyə seçilməsinə ciddi etiraz edib. O bildirib ki, R.Ibrahimbəyov fəxri sədr secilərsə partiyanin Milli şura ilə bagli movqeyinə yenidən baxila bilər. Səsvermədə musavat partiyasindan olan şura uzvləri istirak etməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?