GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » "Bacım və ailəsi evimizi əlimizdən alır" - XANIM BƏSTƏKARLA QALMAQALLI MÜSAHİBƏ

"Bacım və ailəsi evimizi əlimizdən alır" - XANIM BƏSTƏKARLA QALMAQALLI MÜSAHİBƏ

Tarix: 24-04-2019, 15:50 Bölmə :Müsahibə Baxış: 788
"Bacım və ailəsi evimizi əlimizdən alır" - XANIM BƏSTƏKARLA QALMAQALLI MÜSAHİBƏ


əxminən 10-12 il öncə ölkənin populyar ifaçıları onun mahnılarını oxuyurdular. Amma son illər sanki yaradıcılığında durğunluq hökm sürür. Daha doğrusu, "UZİ Gülər" kimi tanınan həkim bacısı Gülər İbrahimovanın ailəsiylə aralarındakı qalmaqal belə demək mümkünsə, Sədaqət Arifqızının yaradıcılığını ikinci plana keçirib. Əslində, elə ilk sualım da yaradıcılıqla bağlı oldu, amma görünür iki bacı arasındakı mülk qalmaqalı hələ də bitməyib.

- Sədaqət xanım, yaradıcılığınızda hansı yeniliklər var, hansı müğənnilərlə işləyirsiniz?
- Yaradıcılıq bir yana, hətta atamın adı da az qala yadımdan çıxıb. Bunlar məni o qədər bezdiriblər ki, iki ildir ümumiyyətlə yaradıcılıqla məşğul ola bilmirəm.
- Kimlər?
- Bacım və bacımın oğlu.
- Mətbuatda bu barədə oxumuşdum. Amma istərdim ki, özünüzdən ətraflı eşidək.
- 2010-ci ildə oğlum Ağası Hüseynov həyat yoldaşı və iki övladıyla birlikdə bir illik Amerikaya getdi. Amerikaya iş qurmaq üçün getmişdi. Elə oldu ki, 12 yaşlı nəvəm ağır xəstələndi və Bakıya dönməli oldular. Nəvəm Nyu-Yorkda əməliyyat olunsa da, heç bir xeyri olmadı və 2011-ci ildə uşağı itirdik. Həmin ərəfədə oğlum yeni tikilən binadan dörd otaqlı mənzil almışdı. O mənzildə oğlum ailəsiylə cəmi səkkiz ay yaşayıb Amerikaya köçmüşdü. Nəvəmin yas məclisini verdik. Təbii ki, oğlum və gəlinim, hamımız çox pis haldaydıq. Oğlum dedi ki, bu mənzildə yaşaya bilmirəm, hər şey mənə uşağı xatırladır, evimi satıram. Oğlum atası ilə birlikdə həmin mənzili satdı. Bacımın oğlu Fuad İbrahimov dedi ki, sənin başın yasa qarışdığından yaxşı mənzil axtarıb tapa bilməyəcksən, sənin üçün yaxşı ev taparam. Fuad "Lider" telekanalının yaxınlığındakı binalardan birinə köçmüşdü, oğluma da həmin binadan ev tapdı. "Tamam MTK"-ya aid binadakı mənzil isə qohumumuzun idi. Fuad gəldi ki, pulu ver, aparım alqı-satqını edim. Fuadın anası-bacım Gülər Məmmədova çox vaxt xəstə olub deyə, o uşaqlara da anamla mən baxmışam. Fuadı öz balalarımdan ayırmamışam, qucağımda böyüyüb. Ona görə də oğlum Fuada inandı. Oğluma mənzil təklif etdiyi binanın isə nə kupçası, nə orderi yoxdur, yalnız müqaviləylə alqı-satqı olunur. Halbuki neçə ilin binasıdır. Mənzili də Günel adlı qohumumuza atası Lütfi almışdı, sonradan ərə getdi və atası dedi ki, evi satıram, qızımın mənzilə ehtiyacı yoxdur. Fuadın vasitəsilə alqı-satqı edildi və mənzil oğlumun adına alındı. İki il o mənzildə yaşadıqdan sonra oğlum dedi ki, burada özümə yer tapa bilmirəm, yenidən Amerikaya köçürəm. Çünki Ağası övladının dərdini unuda bilmirdi. İki il sonra bacımın oğlanları Rəşad, Taleh və Fuad İbrahimovlar, bacımın əri, Ağasının atası qonaqlıq edib oğlumu yola saldılar.
- Sədaqət xanım, bir ara kürəkəniniz barədə də mətbuatda məlumatlar yayılırdı...
- Bəli, bundan sonra kürəkənim barədə mətbuatda xoşagəlməz yazılar dərc edilməyə başladı. Sonra mənim fotolarımı saytlara, səhifələrə qoyub yazdırırdılar ki, ucuz mahnılar müəllifi, əlli manata mahnı yazır. Halbuki heç bir mahnıma görə müğənnidən pul almamışam. Nəvələrimin, qızımın fotosunu paylaşıb xoşagəlməz sözlər yazırlar. Biz də dəli olmuşuq ki, bunları kim yazır, kim yazdırır. Yaxşı adamların sayəsində öyrəndik ki, bu yazıları yazan bacım oğlu Fuadla, bacımın həyat yoldaşıdır. Ondan sonra istər-istəməz aramız dəydi. Əslində, nəvəmin hüzr məclisindən aramız dəymişdi, münasibətlər soyumuşdu. Halbuki o yazılar gedən ərəfədə Ağası Fuada demişdi ki, bu yazıların altından sən çıxsan, məndən incimə. Fuad da dedi ki, sən nə danışırsan, əsla mən deyiləm.
- Hüzr ərəfəsində bacınızla aranızın dəyməsinə səbəb nə idi?
- Nəvəmin səhhəti pisləşən gün bacım toyda imiş. Onu dəfələrlə yığdım, cavab vermədi. Sonradan öyrəndim ki, bacım zənglərimi görüb deyirmiş ki, yəqin nəvəsinin vəziyyəti pisləşib. Bizim evdəki yasdan bir gün sonra isə ailəlikcə toya getmişdilər. Demişdi ki, sənin dərdindən mənə nə? Bir nəfərdən də eşitdim, deyib ki, Allah kimə nə dərd verdiyini bilir.
- Bəs bacınız oğlunun sizin oğlunuzu məhkəməyə verməyinə səbəb nə idi?
- Günlərin birində Amerikaya faksla bildiriş göndərilir ki, Ağası Hüseynov, sizi Fuad İbrahimov məhkəməyə verib. Guya o vaxt evi Fuad alıb və bu ev onun adına keçməlidir. Sonradan Fuad belə bir söhbət uydurdu ki, Ağasının mənə borcu var. Fuadın sənə necə borcu ola bilər ki, 17 yaşından işləyib, iki universitet bitirib, gömrük idarəsində qaçaqmalçılığa qarşı mübarizə idarəsində rəis müavini olub, atası da normal yaşayıb. Fuadın sənin puluna ehtiyacı ola bilməz axı. Ağasının qızı vəfat edəndə 32-33 yaşı var idi, imkanı da yaxşı idi. Niyə səndən borc almalıdır ki? Fuad yazır ki, Ağası Amerikaya borca görə qaçıb. Amma Ağasını onların Amerikaya necə təmtəraqla yola salmağının videosu da var. Qaçan adamı o cür təntənə ilə yola salarlarmı? Sadəcə, bilinəndən sonra ki, sən nəslimizdən, qohum-əqrəbadan anonim yazılar yazırsan, aranız dəydi. Kürəkənimi məhkəməyə verməyə gücü çatmadığı üçün oğlumu məhkəməyə verdi və qaynatası ilə qayınını şahid qoydu. Guya ki Ağası mənzilin pulunu Fuada verməyib. Üç ildir məhkəmə gedir. Əvvəlcə onlar məhkəməni uddular, sonradan biz qalib gəldik. İndi də məhkəmənin qərarı olmaya-olmaya deyirlər ki, mənzili boşaldın. Hazırda o mənzildə oğlumun atası yaşayır. Binanın sahibi də, hüquqşünası da deyir ki, mənzil Fuadındır. Belə şey heç yerdə görülməyib.
- Maraqlıdır ki, məhkəmə prosesləri gedir və oğlunuzla gəlininiz hələ də Amerikada yaşayırlar.
- Gəlinim hazırda Amerikada universitetdə oxuyur, gec-tez qayıdacaqlar və olan-qalan bir mənzilləri var. Sən niyə mənim oğlumun mənzilinə yiyələnməlisən? Oğlumun antikvar maşınını öz adına keçirdi. Halbuki o məsələdə də saxtakarlığa yol vermişdi. Sadəcə, maşın məsələsində gördü ki, biz bacarmadıq, bunun qolu güclü çıxdı. İndi də oğlumun mənzilinə əl atır. Sənin dörd-beş yerdə mənzilin var, hardan aldığını da soruşan yoxdur. Amma Ağasının dərdi başından aşır, övladını itirib, valideynləri xəstədir. Bunu Elgiz Əkbərin verilişində də demişəm ki, onsuz da bizim həyatımız bundan sonra boz rəngdədir, oğlum yeganə qızını itirib. Amma sən deyirsən ki, hər şeyinizi alacam, sizi dilənçi edəcəm. Sizə göstərə də bilərəm ki, Elgizin verilişindəki çıxışımın altından nə qədər şər-böhtan, təhqir yazdılar. Yasamal rayonu 29-cu polis bölməsinə verdim, məlum oldu ki, ərəb nömrəsiylə başqa adama yazdırırlar. Qızımın, oğlumun, özümün haqqında ağızlarına gələni yazırlar, yazdırırlar. Nazir müavini olan qohumları var, ona arxayındırlar. Bizim də başqa əlacımız qalmayıb, ölkə rəhbərliyinə müraciət etmişik. Mənzilini aldığımız Güneli məhkəməyə aparıb. Güneldən soruşublar ki, mənzili Fuada satmısan, yoxsa Hüseynov Ağasıya? Günel də deyib ki, Ağasını tanımıram. Bəs sən necə Ağasını tanımırsan ki, ev Ağasının adınadır, kommunal ödənişlər edilir. Günelin atasına zəng vurdum ki, sənin qızına ayıb deyil, axı pulu biz vermişik. Atası da getdi məhkəmədə ifadə verdi ki, mənzili Hüseynov Ağasıya satmışıq, pulumuzu da qəpiyənə qədər almışıq. Fuad isə deyir ki, pulu özümdən vermişəm, Ağası mənə 85 min borcludur. Özündən rəqəmlər kəşf edir. Yoldaşıma da şər atdılar ki, guya Fuadın qayınatasından altmış min borc alıb. Həmin qayınata isə təqaüdlə dolanan kasıb adamdır. Mənim yoldaşım da tanınmış həkimdir, alimdir, uzun müddət 2 nömrəli tibb məktəbinin direktoru müavini işləyib, bir müddət isə direktor vəzifələrini icra edən şəxs olub. Sizcə, belə bir adam mənim bacımın su satan qudasından altmış min borc alar? Biz həmin məhkəməni udduq. Əslində, bu məsələ barədə danışmaq istəməzdim, amma bıçaq sümüyə dirənib. Oğlumun mənzilini niyə ona verək? On iki yaşlı məsum nəvəmin qəbrinə and içirəm ki, bizim bacıma, bacımın ailəsinə, övladlarına borcumuz yoxdur. "Quran"a da əl basaram. /Ölkə.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İbrahimbəyov Amerikaya getdi

    İbrahimbəyov Amerikaya getdi ...

    9-01-2014, 14:20

  • 
  • ONDAN YAXŞI,QEYRƏTLİ BACI YOX İDİ

    ONDAN YAXŞI,QEYRƏTLİ BACI YOX İDİ ...

    27-12-2016, 21:03

  • 
  • Lalə Dadaşova: "Sədaqət barədə pis yazanlar..."

    Lalə Dadaşova: "Sədaqət barədə pis ...

    20-02-2016, 20:07

  • 
  • ŞOK: İki azərbaycanlı bacı uşaqlarını da götürüb Suriyaya getdi...

    ŞOK: İki azərbaycanlı bacı uşaqlarını da götürüb ...

    22-02-2014, 11:36

  • 
  • Gülər Əhmədovanın qohumlarının dalaşmasının səbəbkarı bacısı imiş

    Gülər Əhmədovanın qohumlarının dalaşmasının ...

    3-12-2013, 01:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu