Xaçmaz rayonunun Armudpadar kəndinin sakini olan iki bacı uşaqlarını da götürərək Suriyaya gedib. Lent.az-ın əldə etdiyi məlumatlara görə, bunlar 1980-ci il təvəllüdlü Bəybalayeva Çiçək Eyyub qızı və onun kiçik bacısı, 1986-ci ildə anadan olmuş Hacıyeva Könül Eyyub qızıdır.
Suriyaya əvvəlcə Könül Hacıyeva həyat yoldaşı Taleh Hacıyevlə birgə gedib. Onlar gedərkən övladları 2 yaşlı Seyid və 2 aylıq Xalidi də aparıblar. Daha sonra Könül bacısına zəng edərək Suriyaya gəlməsini məsləhət görüb. Bu zəngdən sonra Çiçək Bəybalayeva 15 yaşlı oğlu Nurlan və 13 yaşlı qızı Ayna ilə birlikdə Türkiyə üzərindən Suriyaya yollanıb. Hazırda hər iki bacı ailələri ilə birlikdə Hələbdədirlər. Bir neçə gün əvvəl Çiçək Bəybalayeva atasına zəng edərək Hələbdə olduğunu deyib.
Lent.az yaxın günlərdə bu ilginc hadisələrlə bağlı geniş reportajı oxuculara təqdim edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?