GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Deputat Rasim Musabəyovun popkornlu “qələbəsinə” sərt reaksiyalar

Deputat Rasim Musabəyovun popkornlu “qələbəsinə” sərt reaksiyalar

Tarix: 11-05-2019, 10:32 Bölmə :Müsahibə Baxış: 379
Deputat Rasim Musabəyovun popkornlu “qələbəsinə” sərt reaksiyalar


Deputat Rasim Musabəyovun “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə popkorn satan uşağa həsr etdiyi status ətrafında gedən müzakirələr bitmək bilmir.

Ən müxtəlif sahələrin təmsilçiləri R.Musabəyovu sərt şəkildə qınayır, tənqid edir. Hətta təhqir həddinə çatacaq statuslara da rast gəlirik.

Məhz onun statusundan sonra azyaşlı uşağın “Azneft”dəki həmin yerdə olan budkası götürülüb. Bu da hiddəti daha da artırıb. Artıq məsələyə Təhsil Nazirliyi reaksiya verib ki, həmin uşağa dəstək veriləcək.

İlham İsmayıl: “Bu, düşünülmüş və planlı şəkildədir”
Vaxtilə R.Musabəyovla birlikdə Müsavat Partiyasının rəhbərliyində təmsil olunan sabiq MTN polkovniki İlham İsmayıl təəssüfləndiyini dilə gətirdi: “Rasim Musabəyovu kifayət qədər qabiliyyətli, bilikli, siyasi təfəkkürü olan şəxs kimi tanımışam. O, Doğru Yol Partiyasından Müsavata gəlmişdi. 2003-cü ilə qədər onu qabiliyyətli şəxs olaraq tanımışam. Son popkorn hadisəsini misal gətirək. Rasim bəy 16 il öncə Müsavatdan çıxıb. Görünür, bu illər ərzində onda bəzi şeylər dəyişib. Məişət səviyyəsində olan bir məsələni üzə çıxarması onun son 26 ildə təfəkküründə bir aşılanmanın getdiyinin göstəricisidir. Buna çox təəssüflənirəm.

O, siyasi qabiliyyət yiyəsi olub. Ölkənin bu qədər problemləri ola-ola Rasim bəyin popkorn məsələsini bu şəkildə qaldırmasına çox təəssüflənirəm. İndiyə qədər ölkəmizdə müxtəlif rəhbərlərin dövründə məsul vəzifələrdə çalışan bir şəxsin qəfildən belə addım atmasına, sadəcə, üzülürük. Açığı, ondan bunu gözləmirdim. Səhv etdiyi və nəticənin belə olacağını gözləmədiyi haqqında nəsə yazsaydı, daha yaxşı olardı. O uşağın işlə təmin olunmağını, bunun üçün kömək etməyə hazır olduğunu bildirsəydi, daha müsbət qarşılanırdı. Məsələnin üstünə israrla getməsi onu göstərir ki, bu düşünülmüş və planlı şəkildədir. Təəssüf etmək lazımdır ki, Milli Məclisin üzvü görün, hansı işlərlə məşğuldur. Burada söhbət təkcə Rasim Musabəyovdan getmir, ümumi parlament barədə danışa bilərik. Ölkənin nəhəng problemləri var. Buradan Gürcüstan problemi çıxıb, oradan Qarabağ problemimiz var, daxildə etnik separatizm qalxır. Belə bir vəziyyətdə popkorn satanla məşğul olmaq parlamentin mahiyyətindən xəbər verir”.

Aydın Mirzəzadə: “O uşağı oradan aparatı ilə çıxartmaq yox...”
Deputat Aydın Mirzəzadə sosial şəbəkələrdə həmkarına status həsr edib: “O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, verdiyimiz puldan ona həmin gün azacıq da olsa, pul qalaydı".

Eynulla Fətullayev: “Rasim, iy sənin vücudundan və şəxsiyyətindən gəlir”
Virtualaz.org saytının baş redaktoru Eynulla Fətullayev deputatın əsl kimliyini sübut etmək üçün belə bir status paylaşıb: “Babası NKVD cəlladı, Abbas Zamanovun kürəkəni, özü komsomolçu, keçmiş kommunist, sonra müsavatçı, ondan əvvəl Mütəllibovun müşaviri, sonra Tamerlan Qarayevin katibi, İsa Qəmbərin köməkçisi, Rövşən Cavadovun məsləhətçisi, Oqtay Əsədovun deputatı...

Rasim Musabəyov 9 il ərzində deputatlıq fəaliyyəti dövründə ictimai maraqlar naminə bir dəfə belə çıxış etməyib, korrupsiyadan danışmayıb - Eldar Mahmudov və Ziya Məmmədov haqda belə susub, ölkənin problemlərinə biganə qalıb... Nəhayət, danışdı. 70 yaşlı kişi Bakı küçələrində popkorn satan balaca kasıb uşağın budkasını dağıtmağa çağırıb. Guya küçədən iy gəlir. Rasim, iy sənin vücudundan və şəxsiyyətindən gəlir. Utanmaz deputat..."
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Rasim Balayev xəyanət etdi” – Flora Kərimova

    “Rasim Balayev xəyanət etdi” – Flora Kərimova ...

    20-04-2015, 22:20

  • 
  • Müsavata sərt ittiham: “Onlara mandat söz verilib”

    Müsavata sərt ittiham: “Onlara mandat söz verilib” ...

    7-01-2014, 13:12

  • 
  • Qubada 30 yaşlı gənc bıcaqlandı

    Qubada 30 yaşlı gənc bıcaqlandı ...

    25-08-2013, 01:38

  • 
  • İlqar Mikayıloğludan təhqirdolu sözlər: “Tupoy” qadın, uşağa pis gözlə baxacaqlar…”

    İlqar Mikayıloğludan təhqirdolu sözlər: “Tupoy” ...

    15-05-2018, 15:51

  • 
  • AXCP funksionerindən Müsavata sərt İTTİHAMLAR

    AXCP funksionerindən Müsavata sərt İTTİHAMLAR ...

    4-12-2013, 18:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu