Hadisə Quba rayonunun Talıbı kəndi ərazisində qeydə alınıb
Xaçmazın Armudpadar kənd sakini, 30 yaşlı Rasim Rəsul oğlu Xaspoladov bıçaqlanıb. Rasim Xaspoladovun qardaşı Fərhad Xaspoladovun verdiyi məlumata görə, hadisə adı çəkilən kənddə kirayə qalan İbrahim adlı şəxs tərəfindən Quba rayonunun Talıbı kəndi ərazisində törədilib. Belə ki, həmin şəxs qaynatasıgilə getmək bəhanəsilə Rasim Xaspoladovun maşınına oturub. Yolda İbrahim tərəfindən bıçaqlanan Rasim özünü avtomobildən atıb. Yaralı yaxınlıqdakı sakinlərin köməkliyi ilə Quba Müalicə-diaqnostika mərkəzinə çatdırılıb. Yaxınlarının bildirdiyinə görə, yaralı tibb müəssisəsinə 6 bıçaq zərbəzi ilə daxil olub. Vəziyyəti ağır olan Rasim Xaspoladov hazırda tibb müəssisəsində müalicəsini davam etdirir. Rasim Xaspoladovu bıçaqlayaraq, avtomobilini oğurlayan şəxs isə artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?