“Azərbaycanın 20 faiz torpaqları işğal olunub. Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Müharibənin dayandırılması üçün 1994-cü ildə atəşkəs elan edilib. Ermənistan Qarabağdan əlavə 7 rayona da nəzarəti həyata keçirir. O ərazilərdən azərbaycanlılar çıxarılıb”.
Bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.
“Bundan əlavə, qeyd etməliyəm ki, 1992-ci ildə Xocalıda faciə törədilib, yüzlərlə insan həyatını itirib. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar qətnəmalər qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunub”, - deyə, o bildirib.
S.Markov vurğulayıb ki, münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır: “Bunun üçün ATƏT-in Minsk qrupu yaradılıb. Bu istiqamətdə danışıqlar davam etdirilir”.
Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır: "Bu, o deməkdir ki, Azərbaycan ordusu müharibəyə hazırdır. Yəni sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər".//report.az
Sorğu
Yeni dizaynımız necədir?