GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Elmar Məmmədyarov: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır

Elmar Məmmədyarov: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır

Tarix: 24-06-2019, 15:50 Bölmə :Müsahibə Baxış: 507
Elmar Məmmədyarov: Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır


Xarici işlər naziri Vaşinqton görüşünün nəticələrindən danışıb

“Əfsuslar olsun ki, biz Vaşinqtonda yenə üç saatdan artıq müzakirələr aparmışıq. Vaşinqton görüşünün yaxşı nəticəsi o oldu ki, həmsədrlər rəsmi şəkildə sənədləri müzakirə olunması üçün yenidən təqdim etdilər. Hansı sənədlər ki, biz müzakirə edirik.”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iyunun 24-də bolqarıstanlı həmkarı Yekaterina Zaxariyeva ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualının cavabında Ermınistan xarici işlər naizri ilə Vaşinqtonda keçirdiyi görüşün nəticələrindən danışıb.

Nazir jurnalistlərə müraciət edərək deyib ki, “əgər soruşsanız hansı sənədləri təqdim ediblər?”

Biz ciddi, substantiv danışıqlar aparmalıyıq.
“Görüşdən sonra mən jurnalistlərə dedim ki, biz artıq 15 ildir danışırıq. Jurnalistlər nəyi müzakirə etdiyimizi öyrənmək istəyirsə, ən yaxşısı, həmsdərlərin martın 9-da yaydığı bəyanatı oxusun və orada hər şey yazılıb. O bir məsələdir ki, biz bununla razıyıq, razı deyilik. Biz bunun əsasında müzakirə aparırıq. Bu sənədlər yenidən həmsədrlər tərəfindən bizə rəsmi şəkildə təqdim edildi. İkinci məqam, yenə də həmin bəyanatda çağırış var idi ki, təmas xəttində sakitlik olsun. Görüşdə təmas xəttində sakitlik məsələsi müzakirə olundu. Mənim arqumentim o oldu ki, proses 2004-cü ildə Praqada başlayanda, sonra Madriddə davam etdiriləndə, daha sonra Kazanda davam etdiriləndə (bəziləri deyirlər `Lavrov planı` var və sair), - danışıqların aktiv olduğu dövrlərdə təmas xəttində sakitlik yox idi. Amma biz ciddi müzakirələr, yəni substantiv danışıqlar aparırdıq. Vacib deyil ki, təmas xəttində sakitliyi quraq, sonra danışıqlar aparaq. Biz ciddi, substantiv danışıqlar aparmalıyıq. Biz artıq hazırda həmsədrlərin martın 9-dakı bəyanatı əsasında işləyirik. Yenə də deyirəm, həmin bəyanatın bəzi məqamları ilə razıyıq, bəzi məqamları ilə razı deyilik. Həmin bəyanatda yazılıb ki, ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır. Qalan məsələlər bundan sonra əksini tapa bilər. Həmsədrlər Vaşinqton görüşündə rəsmi sənədləri təqdim edib, bir-iki ay üzərində işləməliyik. Düzünü deyim ki, sənədə baxmışam, amma ciddi təhlil etmək lazımdır. Amma, yenə də həmin məsələlərdir. Biz belə razılığa gəldik ki, həmsədrlər təklif verəcəklər ki, 2-3 aydan sonra biz yeni görüş keçirək," nazir qeyd edib.

Minsk Qrupunun həmsədrləri: “Tərəfləri aktiv hərbi döyüşləri bərpa etmək çağırışından yayınmağa səsləyirik”
Elmar Məmmədyarov Amerikanın Səsinin danışıqların nəticəsinin nədən ibarət olması ilə bağlı sualının cavabında deib ki, nəticə odur ki, Ermənistanın qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır.

“Biz bunu həmişə deyirik. BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Bütün dünya (Ermənistandan başqa) Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. O ki qaldı, başqa məslələrə, onlar müzakirə oluna bilər. Amma, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxarılmalıdır. Bunlar deyirlər ki, bu paket şəklində olsun, yoxsa mərhələli şəkildə olsun. Artıq bu bilinir ki, mərhələli şəkildə, addım-addım olmalıdır. Amma, ilk növbədə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmalıdır.”

“Mən Nostradamus deyiləm ki, vaxtını deyim. Nə qədər tez olsa, bir o qədər yaxşıdır.
Nazir Amerikanın Səsinin “Ermənistan qoşunlarının nə vaxt çıxarılacağı ilə bağlı qrafik varmı?” sualının cavabında deyib: “Mən Nostradamus deyiləm ki, vaxtını deyim. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. O da Vaşinqtonda müzakirə olunmuşdu. Belə düşünürəm ki, Ermənistan tərəfi hər dəfə məsələ qaldırır ki, `bizə status, bir də təhlükəsizlik lazımdır` (söhbət Dağlıq Qarabağın statusundan gedir-red). Statusla bağlı artıq bilinir. O ki, qaldı təhlükəsizlik baxımından, regiona beynəlxalq sülhməramlı qüvvələr gətirilə bilər. O baxımdan gərək həmsədrlər öz təkliflərini dəqiqləşdirib versinlər. Həmsədrlər qəbul edir ki, onun üzərində gərək işləsinlər,” nazir qeyd edib.

Bu il iyunun 21-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zohrab Mnasakanyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

ATƏT-in Minsk qrupunun həmsədrləri xarici işlər nazirlərinin görüşünü hazırlamaq məqsədi ilə bu il mayın 27-dən 30-dək regionda səfərdə olub, Ermənistanda, Azərbaycanda və Dağlıq Qarabağda görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyi həmsədrlər Azərbaycanda səfərdə olarkən, mayın 30-da cəbhə xəttində atəşkəsin pozulması nəticəsində, snayper atəşi ilə Azərbaycan Müdafiə Nazirliyinin zabitinin öldürüldüyünü bildirib.

Bu zaman Ermənistan tərəfi atəşkəsin pozulmadığını, cəbhənin bütün istiqamətlərində atəşkəs rejiminə əməl edildiyini bəyan edib. Buna baxmayaraq, həmsədrlərin regiona səfərindən sonra cəbhənin Dağlıq Qarabağ istiqamətində Ermənistanın və Azərbaycanın hər birinin iki hərbçisi öldürülüb.

İyunun 13-də Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın aviasiya vasitəsinə ermənilər tərəfindən raket zərbəsi endirildiyini bildirib.

Tərəflər atəşkəsin pozulmasında bir-birini ittiham edib. Azərbaycan tərəfi cəbhədə gərginliyin artmasını Ermənistanın danışıqları pozmaq cəhdi kimi qiymətləndirib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.​

Dağlıq Qarabağ münaqişəsi nəticəsində indiyədək respublikaya dəymiş zərərin məbləği hesablanıb
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

​Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu il martın 9-da yaydığı bəyanatda deyilir ki, münaqişənin ədalətli və davamlı həlli Helsinki Yekun Aktının əsas prinsipləri - xüsusən də gücdən istifadə etməklə təhdid etməmək, ərazi bütövlüyü, bərabər hüquqluluq, xalqların öz müqəddəratını təyin etməsi üzərində qurulmalıdır.

“Bu, həmçinin 2009-2012-ci illərdə həmsədr ölkələrin prezidentləri tərəfindən təklif edilən əlavə elementləri də ehtiva etməlidir: Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizliyi və özünüidarəetməni təmin edən müvəqqəti statusun verilməsi, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz, Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsi, qaçqınların və məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtma hüququnun və sülhməramlı əməliyyatların daxil olduğu beynəlxalq təhlükəsizliyin təmin edilməsi.”

Həmsədrlər hesab edir ki, bu prinsiplər və elementlər münaqişənin ədalətli və davamlı həlli üçün bünövrə kimi qəbul edilməlidir.

“Prinsiplərin və ya elementlərin birinin digərindən üstün tutulmasına yönəlmiş hər hansı cəhd balanslaşdırılmış sülhə nail olmağı imkansız edəcək,” sənəddə qeyd edilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmar Məmmədyarov həmsədrlərin Dağlıq Qarabağla bağlı yeni təkliflərinə münasibət bildirib

    Elmar Məmmədyarov həmsədrlərin Dağlıq Qarabağla ...

    21-06-2019, 13:00

  • 
  • Sabah Elmar Məmmədyarov Nalbandyanla görüşəcək

    Sabah Elmar Məmmədyarov Nalbandyanla görüşəcək ...

    23-09-2017, 00:27

  • 
  • Elmar Məmmədyarov: “Həmsədrlər kreativ fikirlər irəli sürdü”

    Elmar Məmmədyarov: “Həmsədrlər kreativ fikirlər ...

    19-01-2018, 11:53

  • 
  • Elmar Məmmədyarov: "Qarabag üzrə danışıqlar seçkilərdən sonra intensivləşəcək"

    Elmar Məmmədyarov: "Qarabag üzrə danışıqlar ...

    5-03-2018, 17:44

  • 
  • Elmar Məmmədyarov 5 həmkarı ilə görüşdü

    Elmar Məmmədyarov 5 həmkarı ilə görüşdü ...

    18-09-2016, 16:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu