"Seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi intensivləşdiriləcək". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Nasser Bourita ilə görüşünün yekununda mətbuat konfransı zamanı deyib. "Prezidentin tapşırığından və Krakovda həmsədrlərlə görüşdən sonra prezident seçkilərinin ardından danışıqlar prosesini intensivləşdirmək qərarına gəldik", - E.Məmmədyarov bildirib. O həmçinin qeyd edib ki, görüşdə mərakeşli həmkarına Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövcud vəziyyət barədə məlumat verib.
Sorğu
Yeni dizaynımız necədir?