GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Kobia: "Semnebinin başqa niyyəti olmayıb"

Kobia: "Semnebinin başqa niyyəti olmayıb"

Tarix: 12-08-2013, 12:31 Bölmə :Müsahibə Baxış: 636
 Kobia: "Semnebinin başqa niyyəti olmayıb"

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia APA-ya müsahibə verib. Müsahibəni təqdim edirik.

- Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə rəhbərlik etdiyini 4 il ərzində Azərbaycanla AB arasında münasibətlərdə hansı dəyişikliklər baş verib?

- Düşünürəm ki, Avropa Birliyinin səfiri kimi çalışdığım bu müddət ərzində əməkdaşlığımız dərinləşdiyi qədər genişlənib. Çünki biz ən yeni və müxtəlif sahələrdə əməkdaşlığa başlamışıq. Hesab edirəm ki, viza rejiminin sadələşdirilməsi buna ən yaxşı misaldır. Biz artıq viza rejiminin sadələşdirilməsi və readmissiya barədə sazişə dair danışıqları başa çatdırmışıq. Bu məsələ ilə bağlı saziş noyabrda Vilnüsdə “Şərq Tərəfdaşlığı” dövlət başçılarının sammiti çərçivəsində imzalanacaq. Bu, əməkdaşlığımızın tamamilə yeni sahəsinə konkret misaldır. Çoxlu başqa misallar da gətirmək olar. Bundan başqa davamlı, intensiv iş və dialoq yolu ilə artıq mövcud olan sferalarda da əməkdaşlıq dərinləşib. Biz burada da çox şeyə nail olmuşuq. Buna energetika sektorunu misal çəkə bilərik. Bura gələndə biz energetika sferasını çox müzakirə etdik. İndi isə Bakıdan Avropaya Cənub qaz dəhlizi açılıb. Bu, konkret və mühüm nailiyyət, Azərbaycan-AB dərin əməkdaşlığının illüstrasiyasıdır. Əməkdaşlığımızın dərinləşməsinə digər nümunə vətəndaş cəmiyyətinə və QHT-lərə dəstəyimizin artmasıdır. Biz bu sahənin maliyyələşməsini 4 dəfə artırmışıq.

Beləliklə, mən dörd il ərzində bir çox sahələrdə əldə etdiklərimizə görə çox şadam. Əməkdaşlığın genişlənməsi hökuməti, vətəndaş cəmiyyəti və QHT sektoru ilə yanaşı, biznes sferasını da əhatə edib. Əlbəttə, hələ çox iş görülməlidir, bu səbəbdən xələfimin görəcəyi çox işlər var. Çünki biz daha çox tərəqqiyə nail olmağı düşündüyümüz sahələrdə Azərbaycanla əməkdaşlığı davaç etdirmək istəyirik. Biz məhz bu sahələr üzrə hökumətlə dərin və açıq diskussiyalar aparırıq ki, demokratik dəyərlərin, insan haqlarının, əsas azadlıqların, qanunun aliliyinin və azad iqtisadiyyatın bərqərar olmasına dəstək verək.

- Siz Vilnüsdə sadələşdirilmiş viza rejiminə dair sazişin imzalanacağını xatırlatdınız. Bu saziş Azərbaycan vətəndaşlarına konkret hansı üstünlüklər verəcək?

- Bu, real tarixi uğurdur və bu saziş göstərir ki, əgər digər dövlət zəruri addımları atmağa hazırdırsa, Avropa Birliyi öz vədlərini sürətlə yerinə yetirməyə hazırdır. Hər iki tərəf yekun mətni razılaşdırıblar. Saziş Avropaya səyahət etmək insanlara daha sadə viza rejimi tətbiq etməyi, həmçinin ucuz vizalar verməyi nəzərdə tutur. Hazırda viza rüsumu təxminən 60 avro təşkil edir, bu məbləğ iki dəfə azaldılacaq. Bundan başqa müəyyən kateqoriya vətəndaşlar – jurnalistlər, tələbələr, rəsmi şəxslə və s. üçün vizalar pulsuz olacaq. Viza uzun müddətə veriləcək, multivizalar almağa daha böyük imkanlar yaranacaq, vizaların alınması üçün tələb olunan sənədlərin sayı azaldılacaq. Bu, Azərbaycanla AB arasında səyahətləri əhəmiyyətli dərəcədə asanlaşdıracaq yeni rejimdir. Buna görə şadıq ki, konkret nəticələr təkcə müəyyən kateqoriya insanlara deyil, AB ölkəsinə səfər etmək istəyən bütün əhaliyə təsir edəcək. Vətəndaş artıq bunu daha sadə, ucuz və sürətli yolla edə biləcək. Bu, Avropa Birliyi və Azərbaycanın daha da yaxınlaşmaq, insanlar arasında əlaqələr qurmaq istəyinin göstəricisidir. Uzunmüddətli perspektivdə bu, həmçinin Azərbaycanın Qərb dəyərlərinə yaxınlaşmasına da kömək edə bilər.

- Bəs Azərbaycanda planlaşdırdığınız, lakin reallaşdırmağa imkan tapmadığınız layihələr varmı?

- Bu illər ərzində ideyalarım çox olub. Səmimi olaraq etiraf etməliyəm ki, onların hamısını həyata keçirməyi bacarmadım. Lakin bu, həyatdır və bu, normaldır. Lakin dediyim kimi, çox şeyə nail olmuşuq. Əgər mənim burada daha iki il işləmək imkanım olsaydı, diqqəti iki məqam üzərində cəmləşdirərdim. Birincisi, bir çox beynəlxalq tərəfdaşlarla birgə demokratikləşmə və əsas azadlıqlarla iş sahəsində Azərbaycana dəstək işini davam etdirərdim. Biz hamımız ümid edirik ki, qarşıdan gələn prezident seçkiləri azad və ədalətli olacaq. Və hökumətdən bununla bağlı aldığımız bütün siqnallar müsbətdir. Mənə elə gəlir ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan və gələn il Avropa Şurasına sədrlik edəcək Azərbaycan bütün dünyaya hamı tərəfindən qəbul olunacaq, beynəlxalq standartlara uyğun seçkilər keçirdiyini göstərməlidir. Bundan başqa əsas azadlıqların daha da inkişaf etməsini, parlament tərəfindən bir sıra qanunların, o cümlədən diffamasiya haqqında, vətəndaş cəmiyyəti mühitinin yaxşılaşdırılması haqqında qanun layihələrinin qəbul olunmasını istərdim. Təhsil və səhiyyə də inkişaf etdirilməli olan mühüm sektorlardandır.

Digər sahə isə iqtisadi sektordur. İqtisadiyyatın daha da liberallaşdırılması Azərbaycanın maraqlarına uyğundur. Biz ölkə iqtisadiyyatının daha liberal və rəqabət üçün açıq görmək istərdik. Bu, Azərbaycan vətəndaşlarına öz biznes fəaliyyətini qurmaq və ölkəsinə xeyir gətirmək üçün daha çox imkanlar yaradacaq. Bununla əlaqədar istərdik ki, Rəqabət Məcəlləsi Milli Məclis tərəfindən mümkün qədər tez qəbul olunsun. Biz həmçinin Azərbaycanın ÜTT-yə üzv qəbul olmasını istəyərdik, bundan sonra AB ilə azad ticarət haqqında danışıqlara başlamaq olardı. Bu təklif hələ də masadadır və biz Azərbaycan hazır olan kimi bu təklifi reallaşdırmağa hazırıq.

- Azərbaycan və AB viza rejiminin sadələşdirilməsinə dair danışıqları başa çatdıra bilib, lakin assosiativ saziş barədə danışıqlar hələ də uzanır...

- Assosiativ saziş - daha geniş və hərtərəfli sənəddir, bu səbəbdən danışıqların zaman alması normaldır. Bu, məndə narahatlıq doğurmur. Lakin bu, həm də “Şərq Tərəfdaşlığı”nın iki əsas “pilləsindən” biridir (digər belə “pillə” sərbəst ticarət haqqında sazişdir - DCFTA). Hələlik Azərbaycanla münasibətlərdə bu iki mühüm “pillə”nin heç birinə nail olunmayıb. “Şərq Tərəfdaşlığı”nın digər proqramları üzrə danışıqlar başa çatıb və ya noyabrda Vilnüsdə keçiriləcək sammitədək başa çatacaq. Əlbəttə ki, Azərbaycanla deyil və biz bu məsələdə də sürətli tərəqqiyə nail olunmasını alqışlayardıq. Bu danışıqları aparan komandalar bir sıra məsələləri razılaşdırmalıdır. Bəzi siyasi məqamlarla bağlı tərəflər hələdə ümumi dil tapa bilməyib. Lakin əminəm ki, bu maneəni də dəf edə biləcəyik.

- Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında etimad mühitinin formalaşdırılmasına dair təkliflər paketi irəli sürüb. Bu paket tərəflərlə razılaşdırılıbmı?

- Avropa Birliyinin xüsusi nümayəndəsi Filipp Lefort bir neçə həftə əvvəl burada olub. Bildiyim qədər, Avropa Birliyinin təkliflər paketinə maraq mövcuddur, lakin onların reallaşdırılması üçün hələlik yekun razılıq yoxdur. Mən etimad mühitinin formalaşdırılması təkliflərinə dair çox mühüm faktoru qeyd etmək istəyirəm. Gəlin konkret olaq və mətnlərə baxaq. Azərbaycanla AB arasında 2006-cı ildə imzalanmış Fəaliyyət Planına baxsaq, görərik ki, bu geniş miqyaslı fəaliyyət planının ilk prioriteti Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yardım göstərməkdir. Hərdən eşidirəm ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlı deyil. Bu iddianın doğru olmadığının ən yaxşı sübutu Dağlıq Qarabağ məsələsinin Azərbaycanla AB arasında imzalanmış Fəaliyyət Planının ilk prioriteti olaraq qəbul edilməsidir. Deməli, Avropa Birliyi doğrudan da münaqişədən narahatdır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməyə hazırdır.

Fəaliyyət Planın ilk prioritetə nail olmaq üçün dörd konkret müddəa öz əksini tapıb. Onları oxusaq, əmin olarsınız ki, AB Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla razılaşdırdığı Fəaliyyət Planına uyğun hərəkət edir. İlk konkret addım “Avropa Birliyinin xüsusi nümayəndəsi vasitəsilə diplomatik səylərin artırılmasıdır”. Avropa Birliyinin xüsusi nümayəndəsi Filipp Lefort bu sahədə son dərəcə aktivdir. O regiona tez-tez səfər edir, həmsədrlərlə görüşür və s.

İkinci müddəa “ATƏT-in Minsk Qrupuna siyasi dəstəyin artırılması”dır. Və AB Minsk Qrupunu danışıqların yeganə real formatı kimi ardıcıl və açıq şəkildə dəstəkləyir. Biz ATƏT-in Minsk Qrupunun hüdudlarından kənardayıq və onu dəstəkləməklə bu müddəaya da əməl edirik. Baxmayaraq ki, hərdən buna görə tənqidə də məruz qalırıq. Üçüncü konkret fəaliyyət “insanlar arasında əlaqələrin həvəsləndirilməsi”dir. Sualınıza qayıdaraq bu planda demək istəyirəm ki, AB çox aktiv şəkildə etimad mühitinin formalaşdırılması üçün tədbirlər təklif edir. Çünki hesab edirik ki, bu düzgündür, bunu etmək lazımdır. Bu, tərəflərin Avropa Birliyinin təklif etdiyi etimad mühitinin formalaşdırılması təklifləri ətrafında razılaşması üçün ən münasib vaxtdır. Bununla da biz Fəaliyyət Planının reallaşması işini irəli apara bilərik.

Konkret addımlara dair dördüncü və son müddəa “maraqlı ölkələrlə dialoqun aktivləşdirilməsi”dir. Avropa Birliyinin öz xüsusi nümayəndəsi vasitəsilə və üzv dövlətlərin bütün səviyyələrdə saysız-hesabsız təmasları vasitəsilə həyata keçirmək istədiyi budur.

- Bu təkliflər arasında Avropa Birliyinin xüsusi nümayəndəsinin Dağlıq Qarabağa səfər etməsinə dair sorğu da var. Buna müvafiq razılıq alınıbmı?

- Hə, bu sorğunu Avropa Birliyinin xüsusi nümayəndəsi verib. Buna görə də hesab edirik ki, konkret yerdən nə qədər çox informasiya alsaq bir o qədər yaxşıdır. Avropa Birliyinin xüsusi nümayəndəsi hər iki tərəfin razılığı ilə Dağlıq Qarabağ səfər etməyə və hər şeyi öz gözü ilə görməyə şad olardı. Lakin hələlik bu xahiş qəbul olunmayıb.

- Azərbaycan XİN bu yaxınlarda rəsmi Bakının razılığı olmadan Dağlıq Qarabağa səfər etdiklərinə görə “arzuolunmaz” elan edilmiş şəxslərin siyahısını açıqlayıb. Bu siyahıda Avropa Birliyinin keçmiş xüsusi nümayəndəsi Piter Semnebinin də adı var. Bu faktı necə şərh edərdiniz?



- Bu barədə informasiyanı görmüşəm. Lakin qeyd etmək lazımdır ki, onun adı həmin siyahıya Avropa Birliyinin xüsusi nümayəndəsi vəzifəsində fəaliyyəti ilə əlaqədar salınmayıb. Onun adı siyahıya, görünür, Avropa Birliyinin xüsusi nümayəndəsi missiyası başa çatdıqdan sonra Dağlıq Qarabağa səfər etdiyinə görə daxil edilib. Əminəm ki, cənab Semnebinin heç bir başqa niyyəti olmayıb. Mən Azərbaycan Xarici İşlər Nazirliyinin bu siyahının daimi xarakter daşımadığı və müraciət olacağı təqdirdə bəzi hallarda siyahıya dəyişiklik edilə biləcəyinə dair bəyanatını da görmüşəm.


- Bu müddət ərzində Azərbaycan haqqında yeni nə öyrənmisiniz? Burada əldə etdiyiniz təcrübəni yeni vəzifədə istifadə etməyə hazırlaşırsınızmı?


- Həyatda hər şey bilik və təcrübə mənbəyidir. Əlbəttə, mən bu dörd ildə çox şey öyrənmişəm. Mən özümdən asılı olan hər şeyi etməyə, Azərbaycana xeyir verməyə, dövlət və ictimai strukturlardan tutmuş vətəndaş cəmiyyəti və biznesə qədər cəmiyyətin bütün təbəqələrini dəstəkləməyə çalışmışam. Biz AB ilə Azərbaycanın maraqlarını bir araya gətirməyə, siyasətlərimizi uyğunlaşdırmağa çalışmışıq. Burada gördüyümüz işdə “qırmızı xətt” bu ölkəyə konstruktiv münasibət bəsləmək və ölkənizi dəstəkləmək, Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləməkdir. Bunlar bizim üçün həlledici elementlərdir. Biz Azərbaycana öz qərarlarını özü qəbul edən müstəqil, suveren ölkə kimi baxırıq. Bu qərarlar hərdən xoşumuza gəlir, hərdən istəyirik ki, bu qərarlar başqa cür olsun. Lakin bu, siyasətdir. Və biz bu məsələlər üzərində işi qarşılıqlı hörmət ruhunda davam etdiririk. AB üçün öz tərəfdaşlarına bərabərhüquqlu tərəfdaş kimi baxmaq, əsasında ümumi maraqların, bu tərəfdaşlarla daha ümumi və daha güclü gələcəyin dayandığı siyasət formalaşdırmağa cəhd etmək çox vacibdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AB-Azərbaycan viza sadələşdirilməsi və readmissiya sazişləri qüvvəyə minir

    AB-Azərbaycan viza sadələşdirilməsi və ...

    1-09-2014, 14:37

  • 
  • Avropa Birliyinin komissarı Azərbaycana gəlib

    Avropa Birliyinin komissarı Azərbaycana gəlib ...

    2-05-2013, 17:47

  • 
  • Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi imzalamağa hazırlaşmır

    Avropa Birliyi Azərbaycanla assosiasiya sazişi ...

    26-11-2013, 15:56

  • 
  • Ankara Avropa Birliyini terrora dəstəkdə ittiham etdi:"Güzəşt olmayacaq!"

    Ankara Avropa Birliyini terrora dəstəkdə ittiham ...

    17-05-2016, 18:53

  • 
  • Vilnüs sammitində hansı sənədlərin imzalanacağı məlum olub

    Vilnüs sammitində hansı sənədlərin imzalanacağı ...

    26-11-2013, 16:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu