“Dünən gecə "Məhəmməd Əmin Rəsulzadə" gəmisinin batması barədə xəbər yayıldı. Gəmi çox yaxınlarda təqdim edilmişdi və həm Mübariz Mənsimov, həm Rəsulzadə adına qıcığı olanlar tərəfindən tənqid olunmuşdu”.
Gundemxeber.az xəbər verir ki, bunu sosial şəbəkədə ictimai fəal Bəxtiyar Hacıyev yazıb. O, bildirib ki, ilk olaraq bunun qəza və təsadüf olmasına inanmağının çətin olduğunu düşünüb: ““Palmali”nin açıqlaması da bu istiqamətdədir ki, Rəsulzadə gəmisi durduğu yerdə ondan 10 dəfə böyük Doric Warrior tərəfindən vurulub, batırılmağa çalışılıb, dərhal da yerli KİVdə "Rəsulzadə gəmisi batdı" xəbəri yayılıb. Gəmi xəsarət alsa da, 14 nəfərlik heyət xəsarət almayıb. Çox ciddi və sonuna qədər araşdırılmalı hadisədir. Arxasından kimin çıxacağı maraqlıdır, kimin çıxacağını təxmin etsəm də...”
Sorğu
Yeni dizaynımız necədir?