Nikaraqua sahillərində göyərtəsində Mərkəzi Amerika və ABŞ turistlərinin olduğu gəmi batıb, nəticədə 13 nəfər ölüb. APA-nın "Frans Press"ə istinadən verdiyi xəbərə görə, ölənlərin hamısı Kosta-Rika vətəndaşlarıdır.
Qəza Karib dənizində, Litl Korn Aylend adası yaxınlığında baş verib.
Gəminin göyərtəsində 32 turist olub, onlardan 19 nəfəri xilas etmək mümkün olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?