GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əhməd Obalı: Dilimiz bütün millətimiz üçün azad olmalıdır

Əhməd Obalı: Dilimiz bütün millətimiz üçün azad olmalıdır

Tarix: 31-08-2019, 11:03 Bölmə :Müsahibə Baxış: 476
Əhməd Obalı: Dilimiz bütün millətimiz üçün azad olmalıdır


Yeni təhsil ilində İran Azərbaycanın bəzi məktəblərində eksperimental olaraq Azərbaycan türkcəsi tədris ediləcək. Bu haqda Şərqi Azərbaycan vilayətinin təhsil idarəsi açıqlama verib. Dərslərin ilk olaraq Təbrizdə başlanılacağı və daha sonra eksperimental tədrisin digər yerlərdə də tətbiq olunacağı bildirilir. Prezident Həsən Ruhani hər iki seçki kampaniyası zamanı ana dilində təhsil məsələsi ilə bağlı vədlər verib, lakin bu vədlər indiyə qədər yerinə yetirilməyib. Günaz televiziyasının təsisçisi Əhməd Obalı Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində İran Azərbaycanında ana dilində təhsil və Azərbaycan türkcəsinin tədrisinə dair yeni pilot layihəsinə reaksiyalar haqda danışıb.

Əhməd Obalı ana dilində tədrisə dair pilot proqramın müsbət hal kimi qəbul edildiyini bildirsə də, İran Azərbaycanında dil və mədəni hüquqlar uğrunda mübarizə aparan bir sıra fəalların həbsdə olduğunu xatırladıb.

15-ci maddə icra olunmayıb. Əksinə, onun icrasını istəyənləri, o cümlədən Abbas Lisani kimi milli-mədəni fəallarımızı həbsə atırlar.
“Təxminən 40 il bundan əvvəl İran İslam Cumhuriyyətinin ana yasası yazılanda xalqların tələbinə görə, həm də 15-ci maddədə ana dilində təhsil azad elan edilmişdi. 40 il üstündən keçsə də hələ 15-ci maddə icra olunmayıb. Əksinə, onun icrasını istəyənləri, o cümlədən Abbas Lisani kimi milli-mədəni fəallarımızı həbsə atırlar. Amma biz 15-ci maddənin icra olunmasının tələbkarıyıq, tərəfdarıyıq. Bu pilot proqramı xəbərdə xoşdur, amma əməldə nə olacağından heç kəsin xəbəri yoxdur“, o bildirib.

Əhməd Obalının sözlərinə görə, layihənin detalları haqda məlumatın olmaması ilə bağlı çox sayda suallar var.

Əsl ciddi plan dilimizi öldürməyə doğru gedən bir plandır. Yəni uşaqların 1-ci sinifdən fars dilini təkmil bilmələrini tələb etmək. Bu, bizim dilimizi öldürmək deməkdir.
“Elan olunan budur ki, iki məktəbdə həftədə iki gün hər gündə iki saat ana dlində bir məktəbdə 3-cü sinif, o biri məktəbdə 9-cu sinfə guya bu şərait yaranacaq. Amma bu şərait nədir heç o da bəlli deyil. Sual budur: 3-cü sinif həftədə iki saat ana dilmizdə dərs oxuyacaq və ya 3-cü sinfə həftədə iki saat ana dilimiz haqqında dərs verəcəklər? Yəni, bu da fərqlidir. Sonra kitab nədir, kim yazıbdı, kitabın mahiyyəti nədir, orada işlədilən ədəbiyyat nədir? Təbrizin radio və televisiyasında danışılan kimi 60 faizi fars və ərəb lüğətlərindən ibarət olan dil olacaq, yoxsa Azərbaycan türkcəsində olacaq? Heç kəs heç nə bilmir.”

Əhməd Obalı Azərbaycanda türkcəsində tədris layihəsinin hazırkı zamanda başlanılmasının əsas səbəbini İran rejiminin qarşılaşdığı beynəlxalq təzyiqlərlə əlaqədar olaraq ölkənin daxilində vəziyyəti nəzarətdə saxlamağa çalışmaq cəhdi ilə əlaqələndirib.

"Və belə görünür ki, bu, bizi sakitləşdirmək üçün və dünyada indi ağır vəziyyətdə qaldığından ötrü heç olmasa içərini, məmləkətin içərisini bir az sakit saxlamağa çalışmaq kimi bir addıma bənzəyir. Ciddi ciddi bir addım olsaydı, hər şey bəlli olardı. Heç nə bəlli deyil."

Əhməd Obalı pilot tədris layihəsinin prezident Həsən Ruhaninin ana dilində təhsillə bağlı verdiyi vədlərlə əlaqədar olduğuna inanmadığını bildirib. O, İran Azərbaycanında məktəbəqədər uşaqların fars dilini mükəmməl bilməsi üçün “yetərlilik testi“ kimi tanınan testin tətbiq edilməsinə xüsusi diqqət çəkib.

Biz də arzu edirik ki, dilimiz azad olsun. Amma həftədə iki saatla, bir də iki məktəbdə, üç məktəbdə bu yetməz. Dilimiz bütün millətimiz üçün azad olunmalıdır.”
“Məncə, dövlət daha çox millət tərəfindən olan basqını, təzyiqi hiss edir. Bir növ azərbaycanlıları sakitləşdirməyə çalışır. Azərbaycanlılar İranın içində 100-ə 40-a yaxın, təxminən 100-ə 40 faizi deyirəm, icma təşkil edirlər. Bu, böyük bir cəmiyyətdir. Əgər onun əksəriyyəti qalxıb haqqını istərsə, dövlət tələf ola bilər. Məncə, sakitləşdirməyə çalışırlar. Heç bir ciddi bir plan yoxdur burada. Əsl ciddi plan dilimizi öldürməyə doğru gedən bir plandır. Yəni uşaqların 1-ci sinifdən fars dilini təkmil bilmələrini tələb etmək. Bu, bizim dilimizi öldürmək deməkdir. Əsl plan ordadır.”

Əhməd Obalı yeni pilot tədris proqramının “əməldə tətbiq olunub-olunmayacağının” yaxın zamanda bilinəcəyini deyib. “Məncə, dövlətin əgər səmimiyyətlə dilimizin azadlığı haqqında addım atması varsa, ona millət xoş baxacaq. Hələlik o görünmür. Əgər aldatmaq istəsə və sakitləşdirmək siyasəti ilə və ya xarici dövlətlər qarşısında daxildən bir basqının azalmasını istəyirsə, bu da müvəqqətidir. Yenə də bəlli olacaq. İran dövlətinin bu addımı bir-iki aya tamamən həyan olacaq. Ona tələsmirik. Biz də arzu edirik ki, dilimiz azad olsun. Amma həftədə iki saatla, bir də iki məktəbdə, üç məktəbdə bu yetməz. Dilimiz bütün millətimiz üçün azad olunmalıdır.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fərzad Səmədli: Abbas Lisaninin türkcə danışması İran məhkəmə sistemində böyük bir hadisədir

    Fərzad Səmədli: Abbas Lisaninin türkcə danışması ...

    30-03-2019, 14:47

  • 
  • İran məmurlarından türk dilinə hörmətsizlik: - “Ona bu cür açıqlama vermək tapşırılıb”

    İran məmurlarından türk dilinə hörmətsizlik: - ...

    4-01-2019, 10:56

  • 
  • Əhməd Obalı: İranda millət hər şeyə hazırdır, bu rejimin qalmasına hazır deyil

    Əhməd Obalı: İranda millət hər şeyə hazırdır, bu ...

    19-05-2018, 11:02

  • 
  • Azərbaycanla bağlı inqilaba bərabər qərar

    Azərbaycanla bağlı inqilaba bərabər qərar ...

    14-08-2016, 15:13

  • 
  • İranın bu universitetində Azərbaycan dilinin tədrisinə icazə verildi

    İranın bu universitetində Azərbaycan dilinin ...

    8-01-2017, 21:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu