GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mehman Əliyev: Mediada şantaj kritik həddə çatıb

Mehman Əliyev: Mediada şantaj kritik həddə çatıb

Tarix: 17-10-2019, 15:44 Bölmə :Müsahibə Baxış: 859
Mehman Əliyev: Mediada şantaj kritik həddə çatıb


Prezident İlham Əliyev mətbuatın daxili mübarizə növünə çevrildiyini bildirib

Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə mətbuatla bağlı fikirləri yerli mediada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İlham Əliyev: Mətbuat bir növ daxili mübarizə növünə çevrilib.

Prezident İlham Əliyev deyib ki, iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edir və islahatlar onların şəxsi maraqlarına toxunur”.

Onun sözlərinə görə, həmimn adamlar islahatlara mane olmaq üçün mediadan istifadə edir.

Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur.
İlham Əliyev, Azərbaycan prezidenti


“İslahatlara meylli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali də bilsin və hər kəs mənim sözümü eşitsin. Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətlə inkişaf edən, şəffaflığı öz siyasətində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz,” prezident qeyd edib.

Bununla yanaşı, dövlət başçısı konkret adlar çəkməyib.

Mehman Əliyev: Hakimiyyət mediadan rəqiblərinə, rəqibləri də onlara qarşı istifadə edir

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, mətbuatın hakimiyyətdaxili savaş vasitəsinə çevrilməsi həqiqətdir.

“Təəssüflər olsun ki, bu proses 90-cı illərin sonlarından başlayıb. Bu daha çox hakimiyyətin özündən gələn bir siyasət idi. O zamanlar xəbərdar edirdik ki, bu proses çox pis nəticələrə gətirib çıxara bilər. Biz bu gün feyk xəbərləri görürük, müəyyən şəxslərə qarşı məlumatların, təhlillərin qərəzli formada istifadə olunmasını görürük. Bu həm də gündən-günə şiddətlənir. Məsələ artıq cəmiyyətdə kifayət qədər kritik həddə gəlib çatıb,” o qeyd edib.

Böyük problem odur ki, Azərbaycanda ənənəvi, keyfiyyətli media sıradan çıxarılıb və meydan peşəkar olmayan insanlara verilib.

Mehman Əliyev, Turan Agentliyinin direktoru


Mehman Əliyev hakimiyyət daxilində biri-digərini mətbuat vasitəsi ilə şantaj etməsi barədə danışarkən deyib ki, komanda daxilində qrupların və şəxslərin savaşı mövcuddur.

“Burada daha çox maraqlar toqquşur, iqtisadi maraqlar var. Təəssüf ki, məmurların böyük hissəsi bizneslə məşğuldur. Bu problemdir. Bu təkcə hakimiyyətdaxili problem deyil, həm də hakimiyətlə cəmiyyət arasında olan ciddi problemdir. Hakimiyyət mediadan öz rəqiblərinə qarşı isatifadə edir. Rəqibləri də onlara qarşı mediadan istifadə edir. Bu problem həm də gündən-günə şiddətlənir. Bu nə cəmiyyətə, nə dövlətə bir xeyir gətirməyəcək,” Əliyev bildirib.

Turan Agentliyinin direktoru hesab edir ki, ölkədə azad meidıann bərpası üçün ümumi siyasətdə dəyişiklik edilməlidir.

“Ölkədə islahatlar bütün sahələri əhatə edərsə, bunun azad mətbuat ruhunun yaranmasına da təsirləri olacaq. Ancaq, mətbuatı ayrılıqda sağlamlaşdırmaq çox çətin olar.”

Onun fikrincə, hazırda Azərbaycanda söz və mətbuat azadlığı yoxdur.

“Böyük problem odur ki, Azərbaycanda ənənəvi, keyfiyyətli media sıradan çıxarılıb və meydan peşəkar olmayan insanlara verilib.”

Mehman Əliyev hesab edir ki, vəziyyətdən çıxış üçün hakimiyyətin mesajları bəs etmir.

“İslahatlar bütün sahələri əhatə etməlidir. O cümlədən media sahəsində ciddi addımlar atılmalıdır. Hakimiyyət indiki siyasətdən çəkilib yeni münasibətlər qurmaq istməlidir,” o qeyd edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev radikal islahatlara başlayır - 3 nazir vurulur

    İlham Əliyev radikal islahatlara başlayır - 3 ...

    28-06-2016, 16:11

  • 
  • Prezident İlham Əliyev nazirləri topladı

    Prezident İlham Əliyev nazirləri topladı ...

    1-09-2015, 14:23

  • 
  • Prezident İlham Əliyev NATO sammitinə getdi

    Prezident İlham Əliyev NATO sammitinə getdi ...

    11-07-2018, 11:35

  • 
  • İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçilib

    İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin ...

    1-12-2016, 19:06

  • 
  • Prezident İlham Əliyev İranda rəsmi səfərdədir

    Prezident İlham Əliyev İranda rəsmi səfərdədir ...

    23-02-2016, 12:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu