Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov deyib.
Nazir bildirib ki, seçki MOK-un bu gün keçirilən Hesabat-Seçki Konfransı çərçivəsində baş tutub:
"Konfransda iştirak edən MOK üzvləri yekdilliklə, böyük həvəs və sevinc hissi ilə cənab Prezident İlham Əliyevi yenidən Milli Oilmpiya Komitəsinin prezidenti seçdilər. Bu münasibətlə idman ictimaiyyəti adından cənab Prezidenti təbrik edirik. Bugünkü böyük nailiyyətlərimizin əsasını idmançının əsl dostu, idmana böyük dəstək verən, kömək edən cənab Prezident qoyub".
Həmçinin Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yenidən MOK-un İcraiyyə Komitəsinin üzvləri seçiliblər.
Sonra MOK-un Təftiş Komissiyasının üzvləri seçilib.
Qeyd edək ki, Prezident İlham Əliyev MOK-a 1997-ci ildən rəhbərlik edir.
Sorğu
Yeni dizaynımız necədir?