GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Prezidentliyə namizədin oğlu: “Atam seçkiyə görə inəklərini satmaz” ”

Prezidentliyə namizədin oğlu: “Atam seçkiyə görə inəklərini satmaz” ”

Tarix: 22-08-2013, 13:16 Bölmə :Müsahibə Baxış: 1 247
Prezidentliyə namizədin oğlu: “Atam seçkiyə görə inəklərini satmaz” ”
Abdul Orucov: “Əhməd müəllim bilir ki, siyasət çirkin işlərlə doludur, halal malı çirkin əməllərə qurban verməz”

Prezidentliyə namizədin oğlu: “Atam seçkiyə görə inəklərini satmaz” ”
Modern.az saytı Azadlıq Partiyasının sədri, prezidentliyə namizədlik iddiasında olan Əhməd Orucun oğlu Abdul Orucovdan maraqlı müsahibə alıb.Həmin müsahibəni təqdim edirik.

- Babanızın adını daşıyırsınız. Maraqlıdır, babanızdan nəyi öyrənmisiniz?

– Babam Qazaxda riyaziyyat müəllimi işləyib. Qazax mahalında “Qazaxlı Abdul”u hər kəs tanıyır.

– Atanız Əhməd Oruc bütün günü siyasi proseslərin içindədir. Evə gələndə gündəlik işlərinizlə maraqlanırmı?

– Çox diqqətlidir. Evə girən kimi dibçəkdə yeni gül kolu varsa, o dəqiqə gözü onu görəcək. İstənilən dəyişiklik atamın diqqətindən yayınmır. Evə 5 dəqiqə geciksək, həmin dəqiqə zəng vuracaq. Qaş qaralan kimi hamı evdə olmalıdır.

– Məktəb illərinizdə atanız oxuduğunuz təhsil müəssisəsinə tez-tez baş çəkirdi?

– Yox, məktəbə gedən deyildi. Amma bir dəfə 10-cu sinifdə oxuyanda respublika birincisi oldum. Ondan sonra dərsə getmədim. Buna görə evə şikayət etmişdilər. O zaman atam məktəbə getmişdi. Amma məni danlamamışdı.

– SiyasətdəƏhməd Oruca xələf olmaq istəmirsiniz?

- Sadəcə, Azadlıq Partiyasının üzvüyəm. Hər hansı tədbirlərə qoşuluram. Neçə ildir atam öz fikrindən dönmür. Ağlım kəsəndən eyni hadisələri görürəm. Mənim isə siyasətə meylim yoxdur.

– Siyasətçi oğlu olasan, siyasətə meylin olmaya...

– Bu normaldır. Siyasətçi oğlu olmaq o demək deyil ki, birmənalı olaraq siyasətdə atanın yolunu tutmalısan. Özümün ideyalarımı həyata keçirməyi daha üstün tuturam. “Atam bu yolu gedib, mən də bu yolu gedəcəyəm” kimi fikirlərim yoxdur. Qarşıma qoyduğum məqsədə çatmaq arzusu ilə yaşayıram. Atam isə bizi heç vaxt nəyəsə məcbur etməyi sevmir. Əksinə, bütün fikirlərimə dəstək nümayiş etdirir. Ən çox sevdiyim iş elmin bir çox sahələri ilə maraqlanmaqdır. Magistr, bakalavr üzrə təhsil almışam. Hazırda İqtisad Universitetində məntiqdən dərs keçirəm. Ailədə 3 qardaşıq. Böyük qardaşım atamın yolunu gedir. Bütün siyasi proseslərin içindədir. O baxımdan siyasətdən tamamilə kənaram. Elmlə məşğul olmaqdan zövq alıram. Bir zamanlar QHT yaratmaq istəmişəm. Amma bu fikrimi atam dəstəkləməyib.

– Cəmiyyətdə nədən narazısınız?

– Çox şeydən. Bu cəmiyyətdə yüksəlməyin başqa yolu yoxdur. Kimsə işləyirsə belə, irəli getmək ehtimalı çox azdı. Demək olar ki, bir çox sahələrdə hər kəs öz adamlarını işə götürür. Atamın siyasətdə olmasına baxmayaraq, inanmıram kimsə məni hansısa sahədə irəli aparsın. Atam heç vaxt heç kəsdən asılı olmayıb. Kirayə ev verir, təsərrüfatla məşğul olur. Bizə görə kimdənsə asılacağı olan yerdə işlədiyini görməmişik.

– Atanızın təsərrüfat işlərini davam etdirmək fikrinizi varmı?

– İmkan olarsa. Məncə, ən halal yol təsərrüfatla məşğul olmaqdır. Uşaq olanda heyvanları otarmağa mən də getmişəm. Həyətimizdə həmişə at olub. Uşaq olanda tez-tez at çapmışıq. Bir çox yerlərə gedəndə atdan minik vasitəsi kimi istifadə etmişik.

– Bəs Əhməd Orucun özü at çapmağı bacarır?

– Əlbəttə. Hətta bununla bağlı videoları da yayılıb. Atam uzun müddət balıqçılıqla məşğul olub. Hətta balıq tutmağa atla gedib.

– Ailədə 3 qardaşsınız. Atanız sizinlə siyasi söhbətlər edirmi?

– Açığı, bizim ailədə bir az fərqlidir. Atam evə gələndə heç vaxt siyasətdən danışmır. Ailədə daha çox böyük-kiçik münasibətlərinə xüsusi fikir verilib. Siyasət haqqında nə sözü varsa, kənarda danışır.

– Atanızın siyasətdə çiyin-çiyinə çalışdığı insanlar sizə gedib-gəlir?

- Əlbəttə. Yaşadığımız ərazi istirahət baxımından çox əlverişlidir. Ad çəkməyəcəm, amma kimlərlə münasibətdə olubsa, bizim evə gəlib. Atam da onların evinə gedib.

– Bəs siz həmin siyasətçilərin övladları ilə dostluq edirsiniz?

– Mirmahmud Mirəlioğlunun oğlu ilə dostluq edirik. Bir çox siyasətçilərin övladlarını şəxsən tanımasam da, tədbirlərdə görmüşəm.

– Əhməd Oruc prezidentliyə namizədliyini irəli sürüb. Seçki kampaniyasında namizədlərə pul ayrılmayacaq. Atanız öz təbliğatına pulu hardan tapacaq? Təsərrüfatındakı inəkləri sata bilər?

– İnanmıram. Atam həyatı boyu elə iş görməz. Nə qədər gülməli səslənsə də, deyəcəm: atam öz heyvanlarını siyasətdə olanlardan üstün tutur. Həyətdəki heyvanlar atama çox əzizdir. Hətta atam yaşı keçən heyvanları belə, satmağı sevmir. Xəstə toyuğu belə, pulla istəsələr atam satmaz. Çünki atam heyvanların bərəkətinə çox inanır. Siyasi təbliğata imkanı olmaya bilər, amma təsərrüfatdan nəsə satmaz.

– Neçə baş mal-qaranız var?

– 9 baş.

– 9 baş mal-qaranın ağartı məhsullarını satışa çıxarırsınız?

– Yalnız qohum-əqrəbaya pay edirik. İnşallah, nə vaxtsa təsərrüfatı böyüdə biləriksə, o zaman düşünməyə dəyər. İndiki durumda təsərrüfatımız iri həcmdə deyil.

– Maraqlıdır, Əhməd müəllim məişətdə daha nəyi bacarır?

– Atamın bacarmadığı iş yoxdur. Ailədə gözümüzü açandan evdə usta görməmişik.

– Siyasətçi atanızdan siyasətdən kənar öyrəndikləriniz nəsə var?

– 3 qardaş təsərrüfat işlərini yaxşı bacarırıq. Təvazökarlıqdan uzaq da olsa, deyəcəm: bəzi siyasətçilərin övladlarını təhsildə özümlə müqayisə edəcək səviyyədə tutmuram. Siyasətdə kimsə kiməsə görə tanına bilər. Atam isə sənədli-sübutlu riyaziyyat üzrə 3 dəfə respublika birincisi olub. Bəzi siyasətçilər özlərini reklam edib deyir ki, universiteti “qırmızı diplom”la bitiriblər. Onların arxivini axtarsanız, ortaya yalandan başqa heç nə çıxmaz. O baxımdan atamı bütün siyasətçilərdən üstün tuturam. Oğluyam deyə demirəm. Atamın elə nailiyyətləri var ki, oğlu olaraq mən də can atmışam ki, o uğurlara sahib olum. Etiraf edim ki, pul olmadığına görə Əhməd müəllim o qədər də tanınmır.

– İstəsə heyvanları pula çevirib qısa müddət ərzində tanına bilər.

- Heyvandarlıq atamın qazanc yeridir. Həm də atam çox yaxşı bilir ki, siyasət çirkin işlərlə doludur. Halal malı çirkin əməllərə qurban verməz.

– Bayaq dediniz ki, atanız heyvanları siyasətçilərdən üstün tutur. Bunun məğzini aça bilərsiniz?

– Heyvanlar yalan danışmağı bacarmır. İstənilən heyvanın rəngi ağdırsa, – ağ görürsən, qaradırsa, – qara görürsən.

– Görünür, Əhməd müəllim üçün siyasətdə ağ-qaranı seçmək çətindir.

– Sadəcə olaraq rəngi tuta bilmirsən. Baxırsan ağ qaralır, qara ağarır. Siyasətdə üzləri tutmaq olmur. Həmçinin bir dəqiqəni qaçırmaq belə, əhəmiyyət kəsb eləmir. İdeal siyasətçi yoxdur. Ad çəkmək yaxşı deyil. Bir də eşidirsən ki, filankəs siyasi əqidəsini dəyişib. Buna görə atam həmişə bu cəmiyyəti bəyənməyib.

– Məhz bu cür hərəkətlərə görə siyasətçi olmaq istəmirsiniz?

– İdeal zəmanə olsa siyasətçi olmağa dəyər. Atam bu millət üçün özünü qurban verib. Gün ərzində çox əsəbi olur. Buna baxmayaraq, atam nə qədər əsəbi olsa da, ailəsinə qarşı kobudluq etmir. İmkanlı ailəm olmayıb. 7-ci sinifdən yanacaqdoldurma məntəqəsində, şadlıq sarayında ofisiant, Binəqədi qarajında dispetçer, sahə üzrə briqadir işləmişəm. İmkansız olmağımıza görə bir zaman utanmışam. İndi isə utanmıram.

– Şəxsi maşınınız var?

– Var.

- Bu gün qardaşınızın da, sizin də işiniz var. Nə yaxşı evlənmək haqqında düşünmürsünüz?

– Hələki bu haqda fikirləşmirik.

– Ailə qurmaq seçiminizi kimin ixtiyarına buraxmağı düşünürsünüz?

– Təbii ki, seçim bizə məxsus olacaq. Valideynlərimiz isə təsdiqləmə işinə baxacaq. Bizim üçün ailə dəyərləri möhkəm olmalıdır.

– Gənc müəllim olaraq müəllim-tələbə münasibətlərini necə tənzimləyirsiniz?

–Tələbələrlə şit münasibət qurmağı sevmirəm.

– Atanızın prezident seçkilərində qələbə çalması üçün nə edəcəksiniz?

– İmzatoplama kampaniyasında aktiv iştirak edə bilərəm. Xalq öz söz azadlığından, seçki azadlığından istifadə edib istədiyi namizədə səs verəcəksə, onda hər şey müəyyən olunacaq.

– İstərdinizmi atanız prezident olsun?

– Təbii ki, istəyərəm. Atamın prezident olsa, mənim üçün çox şey dəyişər, amma insan olaraq, mənim özümü dəyişdirməz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb

    İlham Əliyevin prezidentliyə namizədliyi qeydə ...

    25-08-2013, 14:32

  • 
  • İlqar Məmmədovun namizədliyi qeydə alınmadı

    İlqar Məmmədovun namizədliyi qeydə alınmadı ...

    24-08-2013, 17:21

  • 
  • Bu gün müxalifət daha bir vahid namizədin adını açıqlayacaq?

    Bu gün müxalifət daha bir vahid namizədin adını ...

    19-08-2013, 11:22

  • 
  • Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb

    Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə ...

    12-09-2013, 16:26

  • 
  • MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA

    MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA ...

    13-09-2013, 11:05


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (115)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu