GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Ramin Cabbarlı: İran Azərbaycanda aktiv ideoloji təbliğatla məşğuldur

Ramin Cabbarlı: İran Azərbaycanda aktiv ideoloji təbliğatla məşğuldur

Tarix: 18-01-2020, 13:34 Bölmə :Müsahibə Baxış: 376
Ramin Cabbarlı: İran Azərbaycanda aktiv ideoloji təbliğatla məşğuldur


ABŞ-ın Vaşinqton universitetində sosiologiya üzrə doktorantura tələbəsi Ramin Cabbarlı Amerikanın Səsinə müsahibəsində İran rəsmilərinin sərnişinlərinin çoxunun iranlı olduğu Ukrayna hava yollarına məxsus təyyarənin hərbi qüvvələr tərəfindən vurulduğunu etiraf etməsindən sonra baş qaldırmış etirazların xarakteri, İran Azərbaycanında hazırkı hadisələrə reaksiyalar və İranın Azərbaycanda dini-ideoloji təbliğat səyləri haqda danışıb.

Ramin Cabbarlı İranda hazırkı etirazların ölkədə insanların ciddi narazılığının göstəricisi olduğunu bildirib və “hakimiyyətin legitimliyinin sual altında olduğunu” deyib. Onun fikrincə, bu etirazların davam etməsi ölkədə “ciddi bir legitimlik böhranının yaranmasına” gətirib çıxara bilər. O, etirazların davam edəcəyini gözlədiyini deyib.

1918-ci ildə Azərbaycan Cumhuriyyəti qurulandan sonra İranın qəzetlərində birbaşa iddialar var idi ki, `siz Azərbaycan adını verə bilməzsiniz cumhuriyyətinizə, çünki ora Azərbaycan deyil, ora Arandır`... O zaman Məmməd Əmin Rəsulzadə şəxsən cavab verirdi Tehran qəzetlərinə və orada yazıları yayılırdı.
Ramin Cabbarlı “İran azərbaycanlılılarının etirazlara qoşulmasının bir neçə vacib səbəbləri” olduğunu qeyd edib. “Birinci, azərbaycanlılar təkcə fars olmayan etnikdirlər ki, həm İranın mərkəzində yaşayırlar, həm də İranın sərhədyanı bölgələrində. Yəni həm Azərbaycan bölgəsində, həm Tehranda və başqa şəhərlərdə də bir sıra təxminlərə görə ən azı 5 faiz azərbaycanlılar yaşayır. Hətta farsların çoxluqda yaşadıqları bölgələrdə. Onun üçün yəni bunların, azərbaycanlıların etiraza qoşulması önəmlidir bu baxımdan. Keçən etirazlarda da, indiki etirazlarda da azərbaycanlılar bəlli dərəcədə qoşulmuşdular. Bu, milli hərəkatın tam şəkildə etiraza qoşulması anlamında deyil. Amma milli hərəkat da bu etirazlara təbii ki, müsbət baxır. Amma bir məsələ də var. Yəni azərbaycanlılar və başqa fars olmayan etniklər bu hərəkatlardan sonra, yəni etirazlardan sonra nə əldə edəcəkləri haqqında daha çox düşünürlər. Yəni bu qədər riskdən sonra, etiraz riskindən sonra - orada ölüm riski var, həbs olunma riski var- ondan sonra nə ola bilər. Mənim şəxsi düşüncəm budur ki, azərbaycanlılar və fars olmayan digər etniklər, hətta farslarla birlikdə bəlli bir gələcək haqqında, yəni İslam cumhuriyyətindən sonra İran hakimiyyəti hansı yönə gedə bilər, bu haqda daha çox danışmalı, daha çox anlaşmalı və ümumi etirazlar başlanmalıdır.”

Ramin Cabbarlının fikrincə, hazırkı etirazlara keçən ilin noyabr ayında benzinin qiymətinin artırılmasından sonra hökumət əleyhinə nümayişlərin yatırıldığı kimi sərt reaksiya göstərilməməsinin bir səbəbi İran hakimiyyəti daxilində fikir ayrılıqları ilə əlaqədar ola bilər. O, hakimiyyətin öz daxilində birliyin saxlanmasına çalışdığını deyib. Ramin Cabbarlı “daxildəki böhranın” ABŞ sanksiyarına görə iqtisadi imkanları ciddi şəkildə azalmış İran hökumətinin bölgədəki xarici siyasətinə də öz təsirini göstərə bildiyini bildirib. O, İran hakimiyyətinin bölgədə Suriya, İraq və Livanın daxili işlərinə müdaxilə ilə yanaşı, qonşu Azərbaycan və Gürcüstanda “aktiv şəkildə” siyasi-ideoloji təbliğatla məşğul olduğunu deyib. Ramin Cabbarlı Qasım Süleymaninin öldürülməsindən sonra Azərbaycanda verilən reaksiyaları xüsusi qeyd edib.

"Azərbaycana qarşı, Azərbaycanın mənafelərinə qarşı İrandan iki ana təhdid var" - deyə, o bildirib.

“Biri çox əvvələ gedir bu məsələ. Misal üçün, hətta 1918-ci ildə Azərbaycan Cumhuriyyəti qurulandan sonra İranın qəzetlərində birbaşa iddialar var idi ki, `siz Azərbaycan adını verə bilməzsiniz cumhuriyyətinizə, çünki ora Azərbaycan deyil, ora Arandır`. Bu, daha çox İran milliyyətçiliyinin, İran millətçiliyinin və hətta irqçiliklə qarışmış bir millətçiliyinin Azərbaycan mənafeyinə qarşı təhdidi idi. O zaman Məmməd Əmin Rəsulzadə şəxsən cavab verirdi Tehran qəzetlərinə və orada yazıları yayılırdı. Hətta bəzən bir sıra güneylilər də İran millətçilərinə qarşı məqalələr yazırdı və nəşr olunurdular. Bunlar sonra Bakıda da nəşr olundu. Bu, İran millətçilərinin təhdididir.”

Ramin Cabbarlı İranın “dini-ideoloji təbliğatının Azərbaycan üçün daha bir təhdid olduğunu” bildirib.

Yəni istər Azərbaycan hakimiyyəti olsun və ya istər Azərbaycan aydını, ziyalısı, məncə, bir Azərbaycan `rəvayəti` olmalıdır burada, yəni ideoloji bir şəkildə və Azərbaycan vətəndaşları özlərini ona bağlı bilməlidirlər.
“İkinci bir təhdid İran dinçilərinin, İranda dini ideologiyadan istifadə edənlərin təhdididir. Yəni dini ideologiyadan istifadə edənlər hakimiyyətlərini sadəcə İranın indiki coğrafiyasında görmürlər. Yəni onlar daha çox şiələrin yaşadığı yerləri onların potensial hakimiyyət coğrafiyaları kimi görürlər və bunun üçün ciddi təbliğatlara başlayırlar. Ciddi təbliğatlar misal üçün, Qumda dini bir müəssisə var və ora Azərbaycandan burslu şəkildə insanlar gedirlər dini təhsil alırlar və bu, sadəcə dini təhsil deyil, bu, eyni halda bir ideoloji təhsildir və bu ideoloji təhsil İranın maraqlarına qulluq edən bir ideoloji təhsildir. Və onlar təsəvvür edin, qayıdırlar Azərbaycan Respublikasına ki, bir ideoloji sistemdən çıxıb və ideoloji sistemdən çıxdıqdan sonra, sovet dağıldıqdan sonra ciddi bir şəkildə bir ideoloji böhran içindədir. Bu ideoloji böhranı doldurmaq üçün təbii, ciddi şəkildə milli fəallar və milli düşüncəli insanlar fəaliyyət göstəriblər. Ciddi bir ideoloji və milli `rəvayət` lazım olduğu halda, təəssüf ki, bunu tam məncə, Azərbaycan içində hələlik oturuşdura bilməyiblər. Yəni istər Azərbaycan hakimiyyəti olsun və ya istər Azərbaycan aydını, ziyalısı, məncə, bir Azərbaycan `rəvayəti` olmalıdır burada, yəni ideoloji bir şəkildə və Azərbaycan vətəndaşları özlərini ona bağlı bilməlidirlər. Bu, təbii ki, milli bir Azərbaycan `rəvayəti` olmalıdır. Və bunun içində libellar da ola bilər, solçular da ola bilər. Yəni fərqli ideoloji baxışlar ola bilər, amma Azərbaycan üçün ideoloji baxışlar. Bunlar İranın müdaxiləsinin qarşısını ala bilər.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramin Cabbarlı: Bu rejim getmədən İranda heç bir millət haqlarını əldə edə bilməyəcək

    Ramin Cabbarlı: Bu rejim getmədən İranda heç bir ...

    23-11-2019, 16:01

  • 
  • İranın İnqilab Keşikçiləri etirazların liderlərinə “maksimum cəza” istəyir

    İranın İnqilab Keşikçiləri etirazların ...

    25-11-2019, 10:37

  • 
  • Faxtə Zamani: Etirazlar güclənsə İran rejimi Azərbaycan bölgələrinə təzyiqləri artıra bilər

    Faxtə Zamani: Etirazlar güclənsə İran rejimi ...

    6-01-2018, 10:50

  • 
  • ABŞ İranda etiraz səslərini dəstəkləyir

    ABŞ İranda etiraz səslərini dəstəkləyir ...

    13-01-2020, 10:11

  • 
  • İran sərnişin təyyarəsini vurduğunu etiraf etdi

    İran sərnişin təyyarəsini vurduğunu etiraf etdi ...

    11-01-2020, 12:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu