GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Koronavirusdan sonra dünya Çingiz Abdullayevin gözü ilə – Məqalə

Koronavirusdan sonra dünya Çingiz Abdullayevin gözü ilə – Məqalə

Tarix: 30-03-2020, 13:27 Bölmə :Müsahibə Baxış: 635
Koronavirusdan sonra dünya Çingiz Abdullayevin gözü ilə – Məqalə


Bütün dünyada milyardlarla insanın adi həyat tərzini tamamilə dəyişdirən koronavirus pandemiyası alovlanır. Müxtəlif ölkələrin səhiyyə nazirliklərinin hesabatları elan olunmamış dünya müharibəsinin cəbhələrindən gələn xəbərlərə bənzəyir. Hər gün yüzlərlə yeni ölü və yoluxma ilə bağlı xəbərlər gəlir. Elm adamları hələ də koronavirus pandemiyasının nə vaxt bitəcəyinə dair dəqiq bir cavab verə bilmirlər... Ancaq o, bir gün bitəcək və dünyanı kökündən dəyişdirəcəkdir. Koronavirusdan sonra dünya necə olacaq? Koronavirusu “Tanrının bəlası” adlandıran məşhur yazıçı Çingiz Abdullayev məqaləsində bundan bəhs edir.

Gundemxeber.Az teleqraf.com-a istinadla rus dilində yazılan məqalənin tərcüməsini təqdim edir:

Dünya XXI əsrin ortalarında. Koronavirusdan sonra dünya. O, necə olacaq? Ən ehtiyatlı proqnozlara görə, mövcud peşələrin 30-40%-i ya yox olacaq, ya da transformasiya olunacaq.

Ticarət kökündən dəyişir. Demək olar ki, istənilən məhsul evdən sifariş verilə bilər. Ümumdünya hörümçək toru yalnız həyatımıza girmir. Bu gün istənilən şəxsi izləyə bilərsiniz. Onun bütün hərəkətləri, alış-verişi, danışıqları, maraq dairəsi. Yeni texnologiyalar hətta insan orqanlarını da çap etməyə imkan verir. Bəşəriyyət vəba, qızılca, ebola kimi dəhşətli xəstəlikləri məğlub etdi. Hətta daxili orqanlarını dəyişdirməyi, mürəkkəb cərrahi əməliyyatlar aparmağı və ciddi xəstəliklərə qarşı uğurla mübarizə aparmağı öyrəndi. Hamısı budur? Cənnət yer üzündədir? Heç də belə deyil. Liberalizmin bütün dünyada qələbəsi gözlənilməz nəticələrə səbəb oldu.

İki sistem tarixin tarazlığında bir-birini tuturdu. Reyqanomika və tetçerizmin qələbəsi (o dövrdə olduqca uğurlu idi) bütün problemləri həll etmiş kimi görünürdü. Lakin Reyqanın varisi və vitse-prezidenti ata Buş ikinci dönəm seçkiləri, Marqaret Tetçer hətta öz partiyasının üzvlərinin də etimadını itirməyi bacardı. Və leyboristlər uzunmüddətli dövrdə üstünlük əldə etdi. Barri Sandersin uğurları təsadüfi görünməməlidir, necə ki, Tramp və ya Consonun dəyişən dünyanın sistemsiz şəxsləri olarq aşkar populizmi təsadüfi görünmür. Fransa nümunəsi daha yaxşı göstəricidir. Böhran əlamətləri artıq prezidentlik müddətini nümayişkəranə şəkildə kəskin qısaltmış Şirakın zamanında özünü göstərirdi. Növbətilər digərlərindən daha pis idi. Sarkozi sevilmədi, Ollanda xor baxıldı, Makrona isə sadəcə nifrət edilir.

Bütün Avropada sağçı partiyaların qələbələri olduqca həyəcan doğuran bir simptomdur. Əvvəla, Avropanın özü üçün. Brexit kimi... Kataloniyada, Şotlandiyada, Şimali İtaliyada, Korsikadakı separatçıların təzyiqi. Dünya liberalizmi və onun mütləq azadlıq şüarı öz dominantlığına hazır deyilmiş. Ənənəvi dəyərlər rədd edildi. Hətta xristianlığın aparıcı rolunun tanınması azadlıq aşiqlərinə elə də vacib deyildi. Əgər bu gün ABŞ-da əksər gənclər, anketlərə görə sosializmi seçsələr, tektonik sürüşmələr baş verəcək. 90-cı illərin əvvəllərində əbədi olaraq basdırılmış kimi görünən insanların ədalət və bərabərlik ideyaları yeni nəfəs aldı. Və bu, hətta əldə etdiyi uğurlara dünyada milli xüsusiyyətlərinin nəticəsi kimi baxılan Çinin uğurları fonunda da baş vermir. Əgər adambaşına düşən ÜDM-in həcminə görə İtaliyadan 4 dəfə geri qalan Kuba bu gün həkimlərini varlı İtaliyaya göndərirsə, demək sistemdə nəsə işləmir. Fransadakı “Sarı jiletlilər”, “Almaniya üçün alternativ”, ABŞ-da radikal feministlərin hərəkatı və hətta Rusiyanın yeni konstitusiya layihəsində Allah haqqında danışılırsa (keçən əsrin ən allahsız ölkəsi, hərçənd ki, bu SSRİ idi) – bütün bunların hamısı eyni mozaikanın bir hissəsidir. Hansı ki, bu mozaikalardan yeni dünya yaranır. Ziddiyyətli və adi dünya nizamından köklü şəkildə fərqlənir.

Bircinsli evliliyin geniş yayılması ciddi əxlaq qəyyumları üçün dəhşətlidir. Uşaqlara öz cinslərini seçməsinə icazə vermək qiyamət günü kimi görünür. Halbuki liberalizm bütün bu faktları mütləq azadlığın təzahürləri hesab edir. Opponentlərin fikirlərinin başa düşülməməsi və qəbul edilə bilinməməsi hər iki tərəfin vəhşicəsinə rədd edilməsinə səbəb olur. Artıq indidən yeni dünyada ultramühafizəkar meyillərin və cəmiyyətlərin meydana çıxacağını, onların da öz növbəsində dünyada “xaç yürüşünə” çıxacaqlarını proqnozlaşdırmaq olar.

“Surroqat analar” və süni mayalanma artıq bir çox dinlərin xadimlərinin qətiliklə rədd etməsinə səbəb olur. Baxmayaraq ki, bu, minlərlə ailəni xoşbəxt edir. Ekoloji problemlərə nümayişkaranə laqeyd yanaşma, içməli su probleminin tədricən artması, okeanların çirklənməsi, canlı növlərin məhv edilməsi – bunların hamısı heç bir mənəvi normalarla məhdudlaşmayan geniş istehlakın nəticəsidir. Bir ideya psixopatı sizi hansısa küçədə mətbəx bıçağı ilə bıçaqlaya, yaxud avtomobilini kütləvi qətl silahına çevirə bilər. Hər gün mülki insanların öldüyü hərbi münaqişələr səngimək bilmir. Avropada təkcə irqi deyil, həm də dini kimliyini itirən miqrantların problemləri. Bu da öz növbəsində sağçı və açıq millətçi partiyaların populyarlığının artmasına səbəb olur. Bir də koronavirus – tortun üzərindəki albalı kimi.

Otuz-qırx il əvvəl Şərqi Avropadakı rejimlər bir-birinin ardınca çökdüyü zaman dünya belə təsəvvür edilmirdi. Orta Asiyadakı yerli sultanlar və padşahlar hələlik radikalizm dalğasını öz sərhədləri daxilində saxlaya biliblər. Ancaq bu, yalnız müvəqqəti qələbədir. Avrasiyanın ənginliklərində radikalizm virusu artıq gəzir. O, 10-15 il ərzində qələbəyə məhkumdur. Və sonra cənub sərhədləri tamamilə müdafiəsiz qalan Rusiyaya qaçqın dalğası axacaq. Bəlkə elə bir an gələcək ki, həmin an taktiki nüvə silahından istifadə barədə düşünmək lazım gələcək? Çox pessimistdir? Mən belə düşünmürəm. Tarixdə vəba yayılmış şəhərlərin bütün sakinləri ilə birlikdə yandırılması halları olub. Və Beslan və ya Nord-Ost faciələri ilk növbədə adamlar və uşaqlar haqqında düşünülməyəcəyini göstərdi. Görəsən kiçik İsrail niyə nüvə silahına sahibdir? Yoxsa bu son qisas vasitəsidir? Breyvik bu qədər adamı öldürdükdən sonra iyirmi bir il, əhəmiyyətsiz qadın düşkünü Vaynşteyn (mart ayında ABŞ-da seksual zorakılığa görə 23 il müddətinə azadlıqdan məhrum edilən prodüser Harvi Vaynşteyn nəzərdə tutulur-S.Həmid) iyirmi üç il həbs cəzası aldıqda dünya ağlını itirir. Maraqlıdır ki, Rusiya mediası cinayətkarın adını demək olar ki, tam yazmır... Avqust Berinq Breyvik. Bəlkə də düz edir. Vitus Berinq görkəmli dənizçi, səyyah, digəri isə sadəcə məxluqdur. Lakin kütləvi şüurda bir ad digəri ilə üst-üstə düşə bilər.

Müasir kommunikasiya vasitələri, sosial şəbəkələr artıq həm əsas xəbər mənbəyinə, həm də açıq mübarizə vasitələri, dezinformasiya, feyk mənbəyinə çevrilib. İnqilablar bu gün tam olaraq sosial şəbəkələrdə yaranır və inkişaf edir. Əxlaq normalarının, hər hansı əxlaqi qadağaların ləğvi və həvəskarlığın təntənəsi dünya mədəniyyətində üstünlük təşkil edir. İyirmi birinci əsrin ortalarında artıq belə bir dünya formalaşır. Ziddiyyətli, mürəkkəb və bəşəriyyət bu növbəti sivilizasiya dövrünə uyğunlaşmağa məcburdur? Yeni epoxaya tullanmaq üçün ümumi iqtisadi böhranı yaşamağı bacarmaq… Və bu fonda yaşlı nəslin kütləvi məğlubiyyəti ilə nəticələnən koronavirusun meydana çıxması “Tanrının bəlası” kimi artıq çoxdan görünməli idi. Və o göründü.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ÜST koronavirusdan ölənlərin sayını açıqlayıb

    ÜST koronavirusdan ölənlərin sayını açıqlayıb ...

    10-03-2020, 10:00

  • 
  • Koronavirusdan ölənlərin sayı 5 000-i ötdü

    Koronavirusdan ölənlərin sayı 5 000-i ötdü ...

    13-03-2020, 16:16

  • 
  • Türkiyədə general koronavirusdan öldü, qurbanların sayı 3-ə çatdı - YENİLƏNİB

    Türkiyədə general koronavirusdan öldü, ...

    21-03-2020, 15:32

  • 
  • ABŞ-da koronavirusdan ölənlərin sayı 17-yə çatdı

    ABŞ-da koronavirusdan ölənlərin sayı 17-yə çatdı ...

    7-03-2020, 10:29

  • 
  • Koronavirusdan ölənlərin sayı artır-Xubeydə

    Koronavirusdan ölənlərin sayı artır-Xubeydə ...

    18-02-2020, 13:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu