Çinin Xubey əyalətində koronavirus qurbanlarının sayı artır.
Bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Regionun Gigiyena və Səhiyyə Komitəsinin yaydığı məlumata görə, əyalətdə virusdan ölənlərin sayı 1 789 nəfərə çatıb. Qeyd edilir ki, daha 7,8 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Əyalətdə koronavirusa yoluxanların sayı da artıb. Məlumata görə, xəstələrin sayı 60 min nəfərə çatıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?