GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əli Kərimli: Səhv yoldadırlar, Azərbaycanı uçuruma aparırlar

Əli Kərimli: Səhv yoldadırlar, Azərbaycanı uçuruma aparırlar

Tarix: 17-04-2020, 20:18 Bölmə :Müsahibə Baxış: 699
Əli Kərimli: Səhv yoldadırlar, Azərbaycanı uçuruma aparırlar


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində karantin dövründə yaranan problemlər, ölkədəki sosial-iqtisadi durum, iqtidar-müxalifət münasibətlərindən danışıb.

-Siz qeyd edirsiniz ki, internet əlaqələriniz, mobil telefon əlaqələriniz, ümumiyyətlə evinizdə olan digər kommunikasiya vasitələri kəsilib. İndi, hazırda vəziyyət necədir? Əlaqələriniz nə vaxtdan kəsilib?

-13 apreldən, Sevinc xanım Osmanqızı ilə canlı yayımda müsahibəm olacaqdı, həmin axşamdan evdəki bütün internet əlaqələri kəsilib. Amma son iki gündə ara-sıra mobil telefonla əlaqəm olur. Mobil telefonum bəzən işləyir, bəzən işləmir. Deməli, onu özləri tənzimləyir. Məsələn, iki gün bundan qabaq axşam yayınlarının birində Sevinc xanım məni telefonla canlı yayıma qoşmaq istədi, elə o andaca, - `sizi efirə qoşuruq`, - deyən kimi mobil telefonla əlaqə kəsildi. Onu da vaxtaşırı kəsirlər. Amma gündüzlər mobil telefonum işləyir, internet olmur.

- Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası koronavirus pandemiyasından əvvəl bəyanatla çıxış edib ki, bütün toplantıları, etiraz aksiyalarını, tədbirləri dayandırır. Belə olan halda hökumətin yüksək səviyyəli məmurlarının, dövlət başçısının tənqidi çıxışlarına münasibətiniz necədir?

Gürcüstan öz rezervinin 22 faizini xalqının sosial problemlərinin həllinə yönəldib, Azərbaycan hakimiyyəti öz rezervlərinin 1,2 faizini Azərbaycan hakimiyyətinin bu vəziyyətdən çıxmasına yönəldib. Buna arqument tapa bilmirlər. Ona görə də aqressiya yaranır, bir tərəfdən hökumətdən narazılıq artır, o biri tərəfdən alternativ təkliflərlə çıxış edən müxalifətin tərəfdarları artır.
Əli Kərimli: Həqiqətən də biz hələ karantin dövründən əvvəl öz strukturlarımızda karantin elan etmişik və hər kəsə tam izolyasiya müraciəti etmişik. Pandemiya başlayandan sonra da mənim çıxışlarımın hamısında hökumətə təkliflər, tövsiyələr olub ki, onun qarşısını necə alaq. Təkcə bir faktı xatırladım ki, süni nəfəs aparatları ilə bağlı (təvəzörkarlıqdan uzaq olmasın) mənim qədər Azərbaycanda heç kim yazmayıb, danışmayıb. Mən məxsusi olaraq bunun kampaniyasını aparmışam ki, ölümlərin sayının azalması üçün indidən, - mən yanvar-fevral aylarından başlamışam bu kampaniyanı, - Azərbaycan süni tənəffüs aparatları almalıdır. Onun deposunu yaratmalıdır. Çünki xəstəlik pik həddinə çatanda o, bizdə çatışmaya bilər. Eləcə də bütün başqa məsələlərlə bağlı bizim təkliflərimiz, bu pandemiyanın qarşısını almaq, onu yüngül keçirməklə bağlı olub və ölkəmizin insanlarının sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olub. Ona görə də İlham Əliyevin özünün və ətrafının belə aqressiv çıxışlarının heç bir obyektiv əsası yoxdur. Bəs, bu aqressiv çıxışlar nədən irəli gəlir? İlham Əliyev görünür bilir ki, xalq həddindən artıq narazıdır. Nə hal-hazırda olan dövlət resurslarından insanların sosial problemlərini həll etmək üçün istifadə etmir. Onu hansı məqsədlər üçünsə saxlayır. Biz konkret olaraq ona təkliflər veririk. O təkliflərin arasında, bax deyirsiniz ki, büdcəmizdə profisit (büdcə gəlirlərinin büdcə xərclərindən artıq olan məbləği-red) var, istifadə edin. Deyirsiniz ki, 52 milyard dollar rezervimiz var, istifadə edin. Biz konkret rəqəmlərlə sübut edirik ki, Azərbaycandakı indiki vəziyyətdə sosial problemləri həll etməyə Azərbaycan hakimiyyətinin resursları var. Amma ondan istifadə etmir. Biz də bunu cəmiyyətə başa salırıq. Misal üçün, mən çıxıb cəmiyyətin qarşısında bunu açıq deyəndə ki, balaca Güncüstanın cəmi 3,2 milyard rezervi var. Azərbyacandan haradasa 16 dəfə azdır. 14 milyard xarici borcu var, yəni Azərbaycandan 4 milyard artıqdır. Amma Gürcüstan öz rezervinin 22 faizini xalqının sosial problemlərinin həllinə yönəldib, Azərbaycan hakimiyyəti öz rezervlərinin 1,2 faizini Azərbaycan hakimiyyətinin bu vəziyyətdən çıxmasına yönəldib. Buna arqument tapa bilmirlər. Ona görə də aqressiya yaranır, bir tərəfdən hökumətdən narazılıq artır, o biri tərəfdən alternativ təkliflərlə çıxış edən müxalifətin tərəfdarları artır. Onlar da bunu izləyirlər ki, müxalifətin tərəfdarları artır. Narazı insanlar müxalifətin tələblərini, təkliflərini dəstəkləyir. Bu onda aqressiya yaradır. Amma səhv bir istiqamətdə düşüncədir. Bununla nəyə nail olmaq olar? Bilirisiniz, İlham Əliyev başda olmaqla, hökumətin səhvi ondandır ki, şəxsiyyət faktorunu siyasətdə çox önəmsiyir. Bu gün Əli Kərimlini xeyli adam dinləyirsə, ona görə bunu dinləyir ki, mən onların sözünü deyirəm. Sabah Əli Kərimli təcrid olunacaq, bir başqası onların sözünü deyəcək, yenə də insanlar həmin o müxalif sözü deyən adamı, haqq sözü deyən adamı dəstəkləyəcək. İstənilən halda İlham Əliyevin arxasınca getməyəcək. İstənilən halda onu dinləməyəcəklər. Mən təcrid olundum-olunmadım, Cəmil Həsənli, başqa müxalifətçilər təcrid olundu-olunmadı, əgər o xalqa doğru addım atmayacaqsa, xalqın ona qarşı neqativ münasibəti get-gedə artacaq və bu narazılıq günün birində hansısa bir hərəkata çevriləcək. Ona görə də bax, indi İlham Əliyev situasiyanı düzgün qiymətləndirə bilmir. Narazılığın artdığını görür, amma onu düzgün təhlil edib, çıxış yolunu axtarıb tapa bilmir. Aqressiyasını bizə yönəldir. Bizi vaxtaşırı `düşmən`, `beşinci kolon`, nə bilim, `tarixin zibilliyində olanlar` və sairə adlandırmaqla, əslində bütün dünya miqyasında özünü gündəmə gətirir. Baxın, bu günləri dünyanın ən nüfuzlu kütləvi informasiya vasitləri, dünyanın ən məşhur hüquq-müdafiə təşkilatları İlham Əliyev rejimini dünyaya nümunə, simvol kimi gəstərirlər ki, koronavirus dövründən necə öz rəqiblərini əzmək üçün istifadə edir. İyirimi nəfərədək müxalifətçi həbs ediblər. Ətrafımdakı bütün yaxın adamları həbs ediblər. Bu həbslər davam edir. Bunun koronavirusla mübarizəyə nə dəxli var? Bunun millətin sosial problemlərinin həllinə nə dəxli var? Sən doğrudan da xalqın könlünü almaq istəyirsənsə, o rezervlərin 3-5 faizini xalqın problemlərini həll etrməyə yönəlt.

- Vəziyyətdən çıxışı nədə görürsünüz?

Ölkənin sosial partlayışdan, xaosdan xilasının yolu siyasi, iqtisadi, sosial islahatlar həyata keçirməkdən keçir.

-Vəziyyətdən çıxış ondan ibarətdir ki, İlham Əliyev başa düşməlidir ki, neft erası gerçəkdən başa çatır. Artıq avtoritar rejimlərin də erası başa çatır. Yeri gəlmişkən, yəqin ki, bu böhran, ardınca davam edən həmin o neft qiymətləri böhranı təkcə Azərbaycanda yox, dünya miqyasında avtoritar rejimlərə elə bir zərbə vuracaq ki, yəqin ki, bundan sonra çox nadir halda avtoritar rejim qalacaq. Ona görə də indi çıxış yolu hərbə-zorba deyil. Leksikonu sərtləşdirib, siyasi opponentləri düşmən adlandırmaq deyil. Özünə müxalifət seçmək deyil. Yeri gəlmişkən, o özü-özünə müxalifət seçir, o, siaysi qüvvələri pis günə qoyur. Bu qədər zülmkar bir hakimiyyət, əgər, o hansısa müxalifəti özü üçün müxalifət kimi seçirsə, həmin qurum avtomatik olaraq xalqın gözündən düşür. O, başa düşməlidir ki, onun müxalifət seçmək lüksu yoxdur. O çox şey edə bilər, amma özünə müxalifət seçə bilməz. İndi xalqa doğru addımlar atılmalıdır. Birincisi, bu saat sosial məsələdir. Ölkədə 6-7 milyon nəfər çox ciddi ehtiyacı olan insan var. Bu karantin dövrü davam etdikcə onlara aylıq minimum 300 manat pul yardımı etmək lazımdır. Bu, birinci məsələdir. Ardınca digər sosial problemləri, - uşaq pulu, tibbi sığorta məsələlərini həll etmək lazımdır. Bu büdcədən müəyyən qədər pul aparacaq. Nə qədər aparacaq? Ən uzağı 2-3 milyard dollar aparacaq. Bu nə qədər olacaq? Bizim rezervlərimizin 4-5 faizi qədər olacaq. Yaxşı, bu pul xərclənməkdən ötrüdür. Dünyada kim pul xərcləmir ki? Heç bizim qədər, müqayisədə rezervi olmayanlar borca gedib xərcləyirlər. İndi bizim, şükür allaha, rezervimiz var. O puldan xalq üçün xərcləmək lazımdır. Bu vəziyyətdən çıxmaq və dərhal açılım, iqtisadi-siyasi açılıma getmək lazımdır. İqtisadi açılım olmasa, neftin, qazın qiymətlərinin də bu aşağı vəziyyətində olduğu dövrdə, ölkə labüdən dərin iqtisadi və sosial krizisə (böhrana) girəcək. Ona görə mütləq ciddi iqtisadi açılım olmalıdır. İnsanların bu qədər narazı olduğu şəraitdə mütləq çoxpartiyalı sistemin önü açılmalıdır. Gerçək müxalifətin hüquqları tanınmalıdır. Sərbəst toplaşmaq azadlığı olmalıdır. Nədən ötrü? İnsanlar narazılığını legitim yolla ifadə etsinlər ki, Azərbaycan günün birində sosial partlayışla üz-üzə qalmasın. Ölkənin sosial partlayışdan, xaosdan xilasının yolu siyasi, iqtisadi, sosial islahatlar həyata keçirməkdən keçir. Əgər bunu etməyəcəksə, Azərbaycanda pisləşən vəziyyətə görə şəxsən İlham Əliyevin özü məsuliyyət daşıyacaq.

- Beynəlxalq təşkilatlar, o cümlədən Amerika Dövlət Departamenti Azərbaycan hakimiyyətinə siyasi məhbus deyilən şəxslərin azadlığa buraxılmasını, eyni zamanda ehtiyacı olan məhbusların azadlğa buraxılmasını təklif edib. Sizin münasibətiniz necədir?

Nəinki demokratik ölkələr, baxın, ətrafda o qədər də demokratiyası ilə fərqlənməyən dövlətlər də məhbusları kütləvi şəkildə azad edirlər. İnsan həyatından söhbət gedir.

-Əlbəttə, sağlam məntiq belə də tələb edir. Nəinki demokratik ölkələr, baxın, ətrafda o qədər də demokratiyası ilə fərqlənməyən dövlətlər də məhbusları kütləvi şəkildə azad edirlər. İnsan həyatından söhbət gedir. Tutaq ki, həqiqətən də cinayət törətmiş adamdır. O, məsələn, üç il müddətində azadlıqdan məhrumetməyə haqq edir, amma o, ölümə haqq etmir ki? Amma bu günləri həmin bu COVİD-19-un geniş yayıldığı şəraitdə 3 il müddətində azadlıqdan məhrumetməyə haqq edən insan həbsxanada həyatını itirə bilər. Ona görə də dünyada belə bir tendensiya var ki, maksimum kimi azadlığa buraxmaq mümkündürsə (ağır cinayət törətmiş insanlar istisna olmaqla), kimin cəmiyyətə adaptasiya imkanı varsa o adamları buraxmaq lazımdır. Sağımızda, solumuzda hamı bunu edir, İlham Əliyev də, Azərbaycan hakimiyyəti də etməlidir. Üstə gəl, Azərbaycanda bu gün 130 nəfərin üzərində, çox ləyaqətli, xalqının sözünü dediyi üçün cinayət törətmədən həbs olunmuş siyasi məhbus hesab olunan insanlar var. O adamlar azad olunmalıdır. Baxın, ardıcıl olaraq ABŞ-ın dini azadlıqlar üzrə səlahiyyətli nümayəndəsi inanclı məhbusların da azad olunmasını tələb edir. İndi, bu adamlar özlərini nə yerə qoyurlar ki, - ABŞ dünyəvi dövlət tərəfdarı deyil? ABŞ da Azərbaycanda şəriət dövləti qurulmasını istəyir? Bunlar həmişə bizi bununla şantaj edirdilər. Biz inanclı insanların hüquqlarını müdafiə edəndə, bizə nə şantaj edirdilər? Yox, siz burada şəriət dövləti qurmaq istəyirsiniz? Başa düşmürlər ki, insanın görüşlərindən asılı olmayaraq, dünya görüşünün necə olmasından asılı olmayaraq onun fundamental hüquqları var. Beynəlxalq konvensiyaların təminat verdiyi hüquqları var. Ona görə də, bütün siyasi məhbuslar azad edilməlidir. Amma İlham Əliyev nə edir? Əvəzində, Tofiq Yaqublu kimi böyük bir mübarizi, şəxsiyyəti, Qarabağ savaşçısını bu iki daşın arasında həbsə atdırır. Nə edir? Əlavə Xalq Cəbəhsinin funksionerlərinə, Təzəxan Mirələmliyə, Əlzamin Salayevə cinayət işi açdırır. Başqa bir neçə nəfərlə bağlı, hüquq müdafiəçisi və jurnalist Elçin Məmmədə cinayət işi açıblar, həbs olunub. Müsəlman Birliyi Hərəkatından Elvin Mürvətoğlu bax bu günlərdə həbs olunub. 5 nəfər cinayət işi ilə təqib olunur. 20 nəfərə yaxın adam da inzibati qaydada həbs olunub. Ona görə də bunu durdurmaq lazımdır. Dünya Azərbaycan hakimiyyətinin bu qeyri-adekvat davranışlarını qınayır. Azərbaycanı bu qədər qınağa gətirməyə ölkəyə rəhbərlik edənlərin haqqı yoxdur. Çünki, özləri də etitaf edir ki, ölkənin sosial-iqtisadi vəziyyəti pisləşəcək və Azərbaycanın bütün dünyanın dəstəyinə ehtiyacı olacaq. İndidən dünya ilə konfrantasiyanı, xalqla konfrantasiyanı durdurmaq, siaysi məhbusları və digər mümkün olan məhbusları azad etmək lazımdır.

- Bu gün Azərbaycan hökumətinə və beynəlxalq ictimaiyyətə bir sözünüz, müraciətiniz varmı?

Bu yolda davam edəcəkləri təqdirdə gerçəkdən də ölkəni çox neqativ istiqamətə aparacaqlar.
Əli Kərimli: Azərbaycan hökumətinə demək istəyirəm ki, səhv yoldadırlar. Bu yolda davam edəcəkləri təqdirdə gerçəkdən də ölkəni çox neqativ istiqamətə aparacaqlar. Əlbəttə, bizə də, bütövlükdə xalqa da bunun zərbəsi dəyəcək. Amma ən sonda ən böyük zərbəni özləri almış olacaqlar. Dayanmaq lazımdır. Əgər, İlham Əliyevin ətrafında elə adam qalmayıbsa ki, onu labüd səhv yoldan durdurmaq üçün səsini qaldırsın, heç olmasa bu sözləri müxalifətdən eşitsin. Səhv yoldadırlar və bu yolda getməkdə davam etsələr, bu yol bütövlükdə Azərbaycanı da, onun iqtidarını da uçuruma aparır. Dayanmaq lazımdır. İslahatlara gerçəkdən getmək lazımdır. Bu, imitasiya var, bu heç kimi inandırmaz. Nə Azərbaycanda islahat olmağına heç kim inanmır, nə bu ölkədə iqtidar-müxalifət dialoqu yoxdur, nə siyasi qüvvələrin yeni bir konfiqurasiyası yoxdur. Elə 27 ildir ata-oğul Əliyevlərin dövründə həmişə hökumətin özünün himayəsində olan bir müxalifət olub. Onunla da çox mehriban olublar. İndi nə dəyişib ki? Ona görə də, özünü aldatmaq siyasətindən imtina edib, gerçəkliyin üzünə baxıb, nəhayət dəyişikliklərə getmək lazımdır. Dünya ictimaiyyətinə bir tərəfdən təşəkkür etmək istəyirəm ki, belə bir vaxtda, yüz minlərlə, hətta milyonlarla insanın həyatı riskdə olduğu bir vaxtda onlar Azərbaycandakı vəziyyəti unutmayıblar. Vaxtaşırı, biz, dünyanın nüfuzlu kütləvi informasiya vasitələri və hüquq-müdafiə təşkilatlarından Azərbaycandakı repressiyalarla bağlı münasibət görürük. Amma beynəlxalq təşkilatların hamısı barədə bunu deyə bilmərəm. Axı Azərbaycan hökumətinin konkret olaraq öhdəliyi var. Bizim qarşımızda, Azərbaycan hökumətinin biz xalqın qarşısındaöhdəliyi konstutisiyada təsbit olunub. Bir də var Azərbaycan hökumətinin dünya birliyi qarşısında öhdəliyi. Həmin öhdəliklər BMT Nizamnaməsində, ATƏT-in Yekun Aktında, Azərbaycan hakimiyyətinin imzaladığı beynəlxalq konvensiyalarda, Avropa Şurasının üzvü olarkən götürdüyü öhdəliklərdə nəzərdə tutulub. Nədir o öhdəliklər? Bizim hamımızın yaşam hüququmuz var. Bizim sərbəst toplaşmaq, söz azadlığımız var. Çoxpartiyalı sisten qurmaq azadlığımız var. Bu hüquqlarımız pozulur. Mən həmin beynəlxalq təşkilatları daha ucadan danışmağa çağırıram. Çünki onlar da görməlidirlər ki, onlar susduqca Azərbaycandakı kimi avtoritar rejimlər daha birmənalı şəkildə insan hüquq və azadlıqlarını məhdudlaşdırlması siyasətinə keçirlər. Ona görə də artıq Azərbaycanda və başqa avtoritar ölkələrdə baş verənləri öz adı ilə çağırmaq lazımdır.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AXCP sədrinin internet və telefon əlaqələri yenidən kəsilib

    AXCP sədrinin internet və telefon əlaqələri ...

    15-04-2020, 16:56

  • 
  • Dünyanın ən çox satılan mobil telefonu

    Dünyanın ən çox satılan mobil telefonu ...

    27-03-2016, 23:41

  • 
  • Canlı yayımda aparıcı xanıma evlilik təklif edildi-AZƏRBAYCANDA (VİDEO)

    Canlı yayımda aparıcı xanıma evlilik təklif ...

    18-08-2015, 21:51

  • 
  • Azərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə başlayır

    Azərbaycanda mobil etibarnamə sistemi fəaliyyətə ...

    20-11-2019, 14:12

  • 
  • Manat, dollar, qızıl, mobil telefon, sənədlər... – Zaur Rzayev saxlanıldı

    Manat, dollar, qızıl, mobil telefon, sənədlər... ...

    1-12-2018, 17:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu