GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Səməd Seyidov: “Mnatsakanyanın beynəlxalq qanuna meydan oxuyan bəyanatı onları süquta və fəlakətə sürükləyəcək”

Səməd Seyidov: “Mnatsakanyanın beynəlxalq qanuna meydan oxuyan bəyanatı onları süquta və fəlakətə sürükləyəcək”

Tarix: 23-04-2020, 10:43 Bölmə :Müsahibə Baxış: 983
Səməd Seyidov: “Mnatsakanyanın beynəlxalq qanuna meydan oxuyan bəyanatı onları süquta və fəlakətə sürükləyəcək”


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Ermənistan XİN rəhbəri Z.Mnatsakanyanın Yerevanda keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həllinin yolverilməzliyinə dair bəyanatına münasibətini bildirib.

S. Seyidov bildirib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli yanaşma əsasında nizamlanmasını nəzərdə tutan sənəd haqqında açıqlamasından sonra Ermənistanın xarici işlər naziri Zorab Mnatsakanyan isterik səciyyəli bir bəyanatla çıxış edib: “Bu bəyanata əsas olan, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilən sənəd, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini, nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur. Ermənistan XİN rəhbəri Yerevanda keçirdiyi mətbuat konfransında Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həllinin yolverilməzliyinə dair bəyanatı ilə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın faktiki olaraq gücsüzlüyünü göstərərək, regionda təhlükəsizliyə və sabitliyə böyük bir təhdidi özündə ehtiva etdiyini sübuta yetirdi. Faktiki olaraq, Z.Mnatsakanyan bu bəyanatla Minsk qrupunun həmsədrlərinin də fəaliyyətinə çox ciddi zərbə vurub. Məhz bu nöqteyi-nəzərdən çıxış edərək, Minsk qrupunun həmsədrləri öz münasibətlərini bildirməlidirlər. Biz dəfələrlə münaqişənin sülh və beynəlxalq qanunlar çərçivəsində danışıqlar yolu ilə həllinin tərəfdarı olduğumuzu desək də, dünyaya, eləcə də beynəlxalq qanuna zidd, azğın və işğalçı bir bəyanatın şahidi olduq.

Mən bu bəyanatın hüquqi aspektlərini təhlil etmək fikrində deyiləm. Çünki bu mövqeyin nə dərəcədə beynəlxalq hüquqa zidd və cəfəngiyat xarakterli olduğunu hamı çox gözəl başa düşür. Mən bəyanatın ərsəyə gəlməsinin özü-özlüyündə bəzi beynəlxalq təşkilatların, Ermənistanı himayə edən dövlətlərin, yaxud da qurumların tamamilə məsuliyyətsiz, ikili standartlarla dolu bir siyasətin nəticəsi kimi qiymətləndirmənin labüd olduğunu qeyd etmək istəyirəm. Təəssüf hissi ilə deməliyəm ki, Ermənistanın apardığı siyasət ciddi qınağa çevrilməyəndə, beynəlxalq qanunun tapdalandığı, hətta cinayətlərə hansısa formada bəraət qazandırmaq cəhdlərinin nəticəsində, bax belə məsuliyyətsiz, regionda sülhə və təhlükəsizliyə təhdid yaradan sözlərin, fikirlərin, bəyanatların meydana çıxdığını görürük. Bu gün biz hamımız regionda sabitliyin qorunması üçün çalışır, beynəlxalq qanunu bu regiona gətirmək istəyirik”.

REKLAM

www.facebook.com

Daha ətraflı

S. Seyidov qeyd edib ki, bunun üçün ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, Ermənistan dövlətinin apardığı siyasətin faktiki olaraq, insanlığa qarşı bir siyasət olduğunu dünya ictimaiyyəti başa düşməlidir: “Dünya ictimaiyyəti anlamalıdır ki, Ermənistan hakimiyyəti heç bir zaman insanları, insan hüquqlarını, beynəlxalq qanunu düşünmür. Regionda fəaliyyət göstərən nüfuzlu, təsir imkanlarına malik dövlətlərin də mövqeyini nəzərə almadan, bu qəbildən məsuliyyətsiz bəyanatlarla çıxış edirlər. Hesab edirəm ki, bütün bunlar Ermənistanın gücsüzlüyü və ən əsası çıxılmaz bir vəziyyətə düşdüyünü göstərir. Ölkə Prezidentinin apardığı hücum siyasəti, Münhendə, Davosda, eləcə də digər beynəlxalq arenalarda çıxış edərkən gətirdiyi və Ermənistanın iç üzünü tam şəkildə açan faktlar onları danışıqlar prosesinə xələl gətirməyə məcbur edir. Məhz bu təxribat burulğanında beynəlxalq qanunu tam şəkildə pozan bəyanata öz münasibətimizi bildirməli, heç bir ölkənin Azərbaycan ərazisində hər hansı bir qondarma rejimi yaradılmasının imkansızlığını, Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunacağını bəyan etməliyik. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Ermənistan hökuməti və onun havadarları, bu qəbildən olan nə qədər çox bəyanatlar verərsə, fikir ifadə edərsə, qeyri-qanuni seçkilər keçirib beynəlxalq ictimaiyyət qarşısında özlərini ifşa edərsə, regiona sülh və əmin-amanlıq gətirmək istəyən qüvvələrə qarşı fəaliyyət göstərərsə, özlərini bir o qədər tez süquta və fəlakətə sürükləyəcəklər”./apa
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib

    Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin ...

    28-09-2015, 23:16

  • 
  • Səməd Seyidovdan AŞPA-da çıxış edən Serj Sarkisyana SƏRT CAVAB

    Səməd Seyidovdan AŞPA-da çıxış edən Serj ...

    24-01-2018, 20:45

  • 
  • Səməd Seyidov: “Hazırda Avropa Şurası böhran yaşayır”

    Səməd Seyidov: “Hazırda Avropa Şurası böhran ...

    10-10-2018, 22:53

  • 
  • Rəsmi Bakı Lavrovun Yerevandakı bəyanatına cavab verdi

    Rəsmi Bakı Lavrovun Yerevandakı bəyanatına cavab ...

    12-11-2019, 12:53

  • 
  • ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı Qarabağ münaqişəsini müzakirə ediblər

    ATƏT-in baş katibi və Ermənistanın XİN başçısı ...

    5-09-2018, 11:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu