Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin (MK) iclası keçirilib və iclasın gündəliyində quruma sədr müavini vəzifəsinə seçkilər keçirilib.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, seçkilərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yektilliklə komitənin sədr müavini vəzifəsinə seçilib.
Toplantıdan çıxan Səməd Seyidov açıqlamasında bunun Azərbaycana verilən etimadın göstəricisi olduğunu bildirdi. "Mən bu posta Avropa Mühafizəkarları fraksiyasının dəstəyi ilə təklif olundum. Eyni zamanda, bu mənim Monitorinq komitəsində uzun illər işimin nəticəidir. Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir MK-də fəaliyyət göstərirəm. Fikrimcə, bu Azərbaycana göstərilən etimadın göstəricisidir. Xüsusilə MK, çünkü Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?