GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Murad Cəfərov: “450-yə yaxın Azərbaycan vətəndaşı Ukraynadan vətənə qayıda bilmir”

Murad Cəfərov: “450-yə yaxın Azərbaycan vətəndaşı Ukraynadan vətənə qayıda bilmir”

Tarix: 29-04-2020, 12:52 Bölmə :Müsahibə Baxış: 709
Murad Cəfərov: “450-yə yaxın Azərbaycan vətəndaşı Ukraynadan vətənə qayıda bilmir”


Dünyanın əksər ölkələri kimi Ukrayna da hazırda koronavirus pandemiyası ilə mübarizə aparır. Bu günə qədər ölkədə koronavirusa 9866 yoluxma halı qeydə alınıb. 250 nəfər virusdan ölüb, 1103 nəfər sağalıb. Lakin vəziyyət daim dəyişir, koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Media.Az “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” sədrinin müavini Murad Cəfərovla söhbət edib.

- Ukrayna karantin rejimində ölkədə hansı məhdudiyyətləri tətbiq edib?

- Ukraynadakı karantin şərtləri Azərbaycanda olduğu kimi sərt deyil. Yaşı 60-dan aşağı olanlar rahat şəkildə şəhər ətrafında hərəkət edə bilərlər. Lakin iki nəfərdən çox adamın qrup halında toplaşması qadağandır. Ailələrə uşaqları ilə gəzməyə icazə verilir. Ancaq bütün təhlükəsizlik tədbirlərinə əməl etmək vacibdir, maskalar taxılmalı və əlcəklər geyinilməlidir. Karantin şərtlərinin pozulması 17 min qrivna (1070 AZN) məbləğində cərimə ilə cəzalandırılır. Bundan əlavə, ölkədə ticarət mərkəzləri, parklar, restoranlar və kafelər bağlanıb. Yalnız marketlər, tikinti materialları mağazaları və apteklər işləyir.

- Bəs ictimai nəqliyyat barədə nə demək olar?

- Metro, tramvay və trolleybuslar işləmir. Avtobuslar yalnız iş üçün xüsusi buraxılışı olan sərnişinləri daşıyır. Digər vətəndaşlar da çölə çıxa bilərlər, ancaq piyada gəzməli olacaqlar. Bu, insanların mümkün qədər evdə çox qalmasını təmin etmək üçün edilir. Hökumət nümayəndələri Ukraynada karantin rejiminin mayın 12-dək davam edəcəyini bildiriblər.

- Pandemiya zamanı Ukraynadakı azərbaycanlıların vəziyyəti barədə danışmağınızı rica edirik.

- Ukraynada karantin elan edildikdən dərhal sonra “Ukrayna Azərbaycanlıları Radası” (UAR) nəzdində əməliyyat qərargahı yaradılıb. Epidemiya ilə əlaqədar sərhədlərin bağlanmasına görə, ölkəni tərk edə bilməyən vətəndaşlarımıza burada yardım göstərilir. Yeri gəlmişkən, karantin zamanı UAR-ın əməliyyat qərargahına ukraynalı deputatlar Dmitri Nataluxa və Lyudmila Marçenko qonaq gəlib.

- Ukraynada Azərbaycana qayıda bilməyən nə qədər vətəndaşımız var?

- Bu gün təxminən 450 azərbaycanlı vətənə təxliyyə olunmasını gözləyir. Lvov və Xarkovda təxminən 80 vətəndaşımız var, digərləri Kiyevdədir. Onların psixoloji durumu gərgindir, çox həyəcan keçirirlər. Təsəvvür edin, onların Bakıda uşaqları, yaşlı valideynləri, ailələri qalıb.

- Diaspor onlara necə kömək edir?

- Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə biz onlara mənzil problemini həll etməkdən tutmuş, ərzaq və dərman almağa qədər mümkün olan hər cür köməyi göstərməyə çalışırıq. Bu günə qədər 300-ə yaxın vətəndaşa yardım edilib. Hər gün orta hesabla 50-60 vətəndaş kömək üçün müraciət edir.

- Ukraynada yaşayan neçə azərbaycanlı COVID-19-a yoluxub?

- Bu barədə çox söz-söhbətlər olsa da, ancaq bircə hal təsdiqini tapıb. Etik səbəblərə görə, xəstənin adını çəkmirik. Bu qohumlarının yanında qalmağa gələn və yoluxan yaşlı qadındır. Hazırda o, xəstəxanada müalicə olunur. Diasporumuz hər gün həmvətənimizin səhhəti ilə maraqlanır. Onun tez bir zamanda sağalmasını arzulayırıq.

- Ukraynada işsiz qalan azərbaycanlılar çoxdur?

- Ukraynadakı azərbaycanlılar əsasən, kiçik və orta bizneslə məşğuldurlar. Buna görə də əksəriyyəti işsiz qalıb. Bununla belə, biz heç nəyə baxmayaraq onlara dəstək göstərməyə çalışırıq.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda 38 yeni koronavirusa yoluxma qeydə alınıb, 79 nəfər sağalıb

    Azərbaycanda 38 yeni koronavirusa yoluxma qeydə ...

    20-04-2020, 22:00

  • 
  • Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxub, 56-sı sağalıb

    Azərbaycanda daha 30 nəfər koronavirusa yoluxub, ...

    16-04-2020, 18:56

  • 
  • ABŞ "koronavirus məngənəsində"-870 min yoluxma...-yeni faktlar

    ABŞ "koronavirus məngənəsində"-870 min ...

    24-04-2020, 10:45

  • 
  • Gürcüstanda koronavirusa yoluxanların sayı artır

    Gürcüstanda koronavirusa yoluxanların sayı artır ...

    1-04-2020, 12:05

  • 
  • Dünyada koronavirusa yoluxanların sayı 2,6 milyonu ötdü

    Dünyada koronavirusa yoluxanların sayı 2,6 ...

    22-04-2020, 22:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu