GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hakimiyyətin içərisində müəyyən qüvvələr baş qaldırıb''

Hakimiyyətin içərisində müəyyən qüvvələr baş qaldırıb''

Tarix: 22-05-2020, 10:35 Bölmə :Müsahibə Baxış: 352
Hakimiyyətin içərisində müəyyən qüvvələr baş qaldırıb''


Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri, partiya Siyasi Şurasının sabiq üzvü, əməkdar elm xadimi, professor Əli Əlirzayevin “Press Klub”a müsahibəsini təqdim edirik.

– Əli müəllim, ölkənin mövcud vəziyyətini necə görürsünüz? Həm siyasi, həm iqtisadi, həm də idarəetmə baxımından.


– Qloballaşmanının həm xeyirli, həm də ziyanlı tərəfləri Azərbaycanda çox açıq şəkildə görünür. Xüsusilə də koronavirus pandemiyası ilə əlaqadər iqtisadi əlaqələrdə müəyyən çətinliklər yaranıb. Pandemiya təkcə iqtisadiyyatda deyil, insanların yaşayışı, cəmiyyətdə qorxu xofu yaranması baxımından da xeyli problemlər ortaya çıxarıb. Bu mənada, ölkədə vəziyyət o qədər də yaxşı deyil. Düzdür, Azərbaycan əhalisi hər şeyi görmüş insanlardır, vəziyyəti başa düşür və bir-birini yola verə bilirlər…

– Koronavirus pandemiyası dövründə icra hakimiyyəti orqanlarındaki xoşagəlməz hallar da üzə çıxdı…

– Bunların hamısı idarəetmədəki çox ciddi qüsurların təzahürüdür. Vəziyyətin bu yerə gəlib çatmasında subyektiv amillər daha çox rol oynayır. Azərbaycanda rüşvət və korrupsiyanın ən eybəcər üsullarından istifadə olunur. Bunu dünya ölkələrində də görürlər, irad tuturlar ki, heç yerdə ömürboyu rüşvət ola bilməz. Vallah, nə deyim, adam utanır. Azərbaycanda həm iqtisadi, həm mənəvi, həm də insani xüsusiyyətlər baxımından, doğrudan da, deformasiya gedib…

– Az qala 30 ildir eyni problemdən danışılır, deyilir ki, korrupsiya və rüşvət, inhisarçılıq iqtisadiyyatın, ümumən ölkənin inkişafının qarşısını alır. Amma heç nə dəyişmir. Hansısa başqa bir mexanizm görürsünüzmü? Bu problemlərdən yaxa qurtarmaq üçün nə təklif edərdiniz?

– Korrupsiya və rüşvətxorluq sovet vaxtında da vardı və dünyanın bir çox ölkələrində davam etməkdədir. Korrupsiya özü bir iqtisadiyyatdır, korrupsiya həyatın bir hissəsidir. Amma bir ölkədə daha çoxdur, başqasında zəifdir. Bəzi ölkələrdə isə tamamilə dondurulub. Bu prizmadan baxanda korrupsiyanın səviyyəsinə görə Azərbaycanın hansı yerdə olduğunu demək çətindir. Amma müşahidələr göstərir ki, Azərbaycanda korrupsiya var və yüksələn xətt üzrə cərəyan etməkdədir. Son aylar həbs olunan icra başçılarının hansı motivlər əsasında saxlanıldığına diqqət yetirəndə də bunu görürürk.
İcra başçısı nə deməkdir? İcra hakimiyyəti yuxarı təbəqədə ikinci ierarxiyadır, yəni, dövlət idarəetməsində mərkəzi icra orqanlarından sonra ikinci sıradadır. Yerlərdə olan korrupsiyanın səviyyəsinə baxanda, nə qədər yaramazlıqların olduğunu görürük. Elə vəzifədən çıxarılan nazirlərin əməllərində də korrupsiya faktları az deyil, indi də eyni motivlərlə nazir müavinlərini həbs edirlər. Bu, o deməkdir ki, korrupsiya dövlət idarəçiliyinin yuxarı ieararxiyasına qədər yüksələ bilib. Korrupsiya qeyri-bərabərlik, ölkənin ən yaxşı ənənələrini məhv etmək, inkişaf imkanlarını boğmaq baxımından çox pis haldır və dəhşətli xəstəlikdir. Bizim ölkədə isə korrupsiya daha eybəcər haldadır. O dərəcədə eybəcərdir ki, indiki ağır şəratdə kiminsə payına sahib olurlar, kiminsə zəifliyindən istifadə edib, ona düşən yardımı götürürlər. Belə hallar çox qorxuludur, Azərbaycan iqtisadiyyatını geri itələyir, mənəviyyatını korlayır, bundan istifadə edən qüvvələr isə hədsiz dərəcədə varlanır. Ona görə də əhali arasında narazılıq yaranır, beynəlxalq ictimaiyyət isə deyir ki, bu qədər zəngin iqtisadi resursları olan ölkə niyə belə olmalıdır?

– Bu suala sizin özünüzün cavabınız varmı?

– Azərbaycanda belə hallar olmamalıdır. Axı, yaxın keçmişimizə baxanda Azərbaycanın hansı mərhələlərdən, hansı ağır sınaqlardan gəlib bu günə çıxdığını hamı görür – özümüz də, beynəlxalq təşkilatlar da, Avropa ölkələri də. Ancaq çox təəssüf ki, bu cür eybəcərliklər hələ var və çox pis şəkildə cərəyan edir. Ən pisi odur ki, korrupsiya ilə məşğul olub tutulan icra başçıları həm də bizim əzab-əziyyətlə qurduğumuz Yeni Azərbaycan Partiyasını təmsil edən məmurlardır. Bu, dəhşətdir!

– Bu, həm də onu göstərir ki, sizin də qurulmasında iştirak etdiyiniz, zəhmətiniz olan YAP-ın yuxarı eşelonunda korrupsiya elementləri var. İcra başçılarının həbsi həm də bu demək deyilmi?

– Bu sualı mənə tez-tez verirlər. Amma korrupsiya təkcə YAP-ın eyibi və təqsiri deyil ki! YAP-ın ideologiyasında belə şeylərə rəvac verə biləcək bir işartı tapmaq mümkün deyil. Partiyanın iqtisadi islahat platformasını mən yazmışdım və bu işdə Heydər Əliyevin sağ əli idim. Amma indi söhbət ondan gedir ki, bəzi adamlar ondan öz şəxsi məqsədləri üçün istifadə etdilər. YAP-ın qurucuları bu saat partiyadan kənardadırlar, amma sonradan gələnlər indi də vəzifə başındadır. Halbuki onlar YAP-ın üzvlüyünə qəbul ediləndə də, səlahiyyət veriləndə də, sovet hökumətinin vaxtında olduğu kimi, düzgün yoxlanılmalı idi. Amma birdən-birə gəlib, partiya üzv olmaq üçün ərizə yazıblar və dərhal yüksək vəzifəyə təyin olunublar. Adamlar var ki, 2002-ci ildə YAP-a keçib, 2003-cü ildə yüksək vəzifə alıb. Əslində, o adamlar YAP-çı deyillər. O vaxt YAP-ın təşəbbüsü ilə vəzifəyə təyin olunanların bəziləri hələ də vəzifədədirlər, amma əksəriyyəti vəzifədən çıxarılıb. Halbuki birinci növbədə o adamlar vəzifəyə seçilməlidir ki, xalqa, dövlətə sədaqətlə xidmət eləməyi bacarsınlar. Ola bilsin ki, o adamlar müəyyən mənada açıq danışırlar, amma dövlətçiliyə, xalqa-millətə sadiq adamlardır. Belələrini vəzifədən çıxarmaq yox, əksinə, irəli çəkmək lazımdır. Mənə elə gəlir ki, indi YAP-ın özündə də çoxlu adamlar var ki, onları heç bir halda icra başçısı qoymaq düzgün deyil. Axı, Biləsuvarın, yaxud da İmişlinin icra baçşılarını hansı keyfiyyətlərinə görə, nə ilə əsaslandırıb bu vəzifəyə irəli çəkmişdilər?! İndi həmin adamların korrupsiya əməllərini, hansı eybəcər üsullarla işlədiklərini gördünüzmü?! Bu baxımdan, gözütox, dövlətə və dövlətçiliyə, xalqa, millətə bağlı olan adamları vəzifəyə qoymaq lazım idi. Bu da bizim səhvimizdır!

– Bunu həm də şəxsən sizin səhviniz kimi qiymətləndirmək olarmı?

– Bəli, bu, doğrudan da bizim səhvimizdir. Biz YAP-ı yaradanda, Heydər Əliyevin ətrafına toplaşanda partiyanın daxilində belə hadisələrin olacağını gözləmirdik. Elə təşkilatlanmışdıq ki, hakimiyyətə gələcəyimizi bilirdik. Çünki hər şey birdən-birə baş verməmişdi. Yadımdadır, 91 nəfər yığışıb Naxçıvana getdik ki, partiya yaradaq. Amma biz tələsmirdik, hələ yaxşı təşkilatlanmaq istəyirdik. O zaman partiyanın ideologiyasını müzakirə edəndə də, strukturlara nümayəndə təyin edəndə də kadrların seçilməsi məsələsinə xüsusi diqqət yetirirdik. Amma indi qorxmadan deyirəm ki, partiya zəbt olunub. Partiyanın bütün strukurlarındakı insanlar o vaxt YAP-ın ideologiyasının hazırlanmasında iştirak edən adamlar deyillər. Hazırda ideologiyanı korlayanlar da yerində olmayan, düzgün seçilməyən kadrlardır. Biz bu məsələlərə etiraz edəndə, YAP-ın rəhbərliyindəki bəzi adamlar danışmağa imkan vermirdilər, deyirdilər ki, vaxtilə səhvi olanlar indi özünü düzəldib və artıq YAP-a gələ bilər. Mən də bilirəm ki, insan dəyişir, yaşa dolduqca formalaşır, əvvəlki yaramazlıqlarına görə tövbə edir və sair… İnsan olan yerdə belə şeylər mümkündür, kimsə səhv edibsə, tövbə edib, səhv hərəkətlərindən əl çəkə bilər. Amma əgər o adamlar Mütəllibovun və ya Xalq Cəbhəsinin dövründə işləyib satqınlıq ediblərsə, indi də edəcəklər.

– Deyirsiniz ki, korrupsiyanın hakimiyyətin yuxarı eşelonuna qalxmasında günahkar YAP deyil. Amma ölkədə dövlət idarəetmə aparatı və hakimiyyət YAP-ın əlində cəmləşib. Bu mənada “indiki vəziyyətə görə təqsirkar təkcə YAP deyil” söyləmək nə dərəcədə düzgündür?

– Yenə də o fikirdəyəm ki, təqsirkar YAP deyil, YAP-dan istifadə edib, yüksək vəzifələrdə oturan kadrlardır. Bunlar o kadrlardır ki, YAP-a məhz bu məqsədə çatmaq üçün daxil olublar. Onlar YAP-ı ona görə seçmişdilər ki, buradan vəzifəyə getsinlər. 1992-1993-cü illər bizim üçün çox ağır dövr idi, YAP-da üzvlərin sayı çox az idi, hətta “Səs” qəzetini buraxmaq üçün pul tapmırdıq. O vaxt varlı adamları çəkib gətirdik ki, partiyaya kömək etsinlər. Heydər Əliyev tapşırırdı ki, gedin, filankəsə deyin, partiyaya pul versin. Çünki yenicə yaranmış partiya iqtisadi cəhətdən də zəif idi. Zəif partiya ilə nə etmək olar? Ona görə də çoxlu varlı adamlar cəlb etmək lazım idi. Heydər Əliyev vəzifəyə gələn kimi, YAP-a kütləvi axın başladı. Bu axının içərisində çoxlu sayda yaramaz, rüşvətxor, özlərinin şəxsi məqsədlərini güdən adamlar vardı. Halbuki Ziya Bünyadov, Sirus bəy kimi saf əqidəli, xalqına və dövlətinə bağlı olan insanlar da az deyildi. Belə adamlara rüşvətxor demək olardımı? Bu insanların yeganə amalı dövlətə və dövlətçiliyə xidmət etmək idi. Amma sonradan YAP-a qoşulanların böyük əksəriyyətinin məqsədi vəzifəyə gəlmək idi və belə də oldu. YAP yaranan vaxt partiyaya gəlmək istəməyən, qaçıb gizlənən adamlar indi vəzifə başındadır, mən bunu çəkinmədən o adamların üzlərinə deyirəm. Özləri deyirlər ki, YAP-a üzv olmasan, vəzifəyə təyin eləmirlər. Hətta mərkəzdən uzaqda olan, bölgələrdə yaşayan adamlar da bunu bilirlər. Bu, biabırçılıqdır. Adam var ki, qoyarsan xəzinəyə, onun da tamahı var, yedikcə yeyər, amma doymaz. Belə adamları vəzifəyə qoymaq YAP-a və xalqa böyük xəyanətdir.

– Belə adamları necə tanımaq olar? Vəzifə təyinatında kadrları necə seçmək lazımdır ki, bu cür adamlar dövlət idarəçiliyinə yol tapa bilməsin?

– Hər şeydən əvvəl, ictimai nəzarət və ictimai idarəetmə sistemi qurulmalıdır. Axı, insanları xalq hamıdan yaxşı tanıyır, ona görə “el gözü tərəzidir” deyirlər. Vəzifəyə qoyulan adamın ictimai şüuru olmalıdır, xalq onun şəxsiyyətini, nəslini-kökünü, əqidəsini tanıyır. Belə şeyləri seçilmiş kadrların vəzifəyə namizədliyini irəli sürən adamlar yaxşı bilməlidir. Düzdür, prezident yeni kadrları vəzifəyə təyin edəndə onun haqqında məlumatları toplayır, müxtəlif yollarla nələrisə öyrənməyə çalışır. Amma xalqın rəyi, fikri əsasdır, gərək xalqın da rəyini nəzərə alasan. Ona görə deyirəm ki, ictimai nəzarət və ictimai idarəetmə sistemi qurulmalıdır. Cəmiyyətdə tanınan və qəbul olunan adamları vəzifəyə qoymaq lazımdır ki, təmiz işləyə bilsin, xalqa ləqayətlə xidmət eləsin, dövləti və milləti şərəfləndirsin.

– Dediniz ki, bəziləri YAP-da təmsil olunmağı vəzifəyə gəlmək vasitəsi kimi görür. Bu tendensiyanı, bu kadr siyasətini quran da hakimiyyət özü deyilmi?

– Əlbəttə, bunun təqsirkarı hökumətdir. Amma hökumət deyəndə, kimi nəzərdə tutursunuz? YAP-ı nəzərdə tutursunuzsa, partiya kadr təyinatında yeganə söz sahibi deyil. Kadrları prezidentə təqdim edənlər var, YAP-ın rəhbərliyi, Əli Əhmədov da onlardandır. Amma Əli Əhmədovun kimdən xoşu gəlir, onu qoyur, xoşu gəlməyənləri qoymur. Orada elə adamlar var ki, nə YAP-ın yaranmasında itirak edib, nə də sonrakı inkişafında hansısa əməyi olub, nə də əqidəsinə görə tanınır. Yaltaqlıq da gərək qəlbən olsun. Qəlbən olmayanda, bu, sözün həqiqi mənasında yaltaqlıq və yaramazlıq sayılır. Gərək, obyektiv olasan, adamların mənfi tərəfini də, müsbət tərəfini də deyəsən. O adam da mənfi tərəflərini aradan qaldırsın ki, daha güclü olsun. Kadrları da bu cür öyrətmək, onlara belə təlqin etmək lazımdır. Yoxsa, boş-boşuna “çiçəklənən iqtisadiyyat” dedirtməklə heç bir gerçək inkişaf mümkün deyil. Bəli, sovet dövründə “çiçəklənən iqtisadiyyat” deyirdilər, amma tənqidlərdən, səhvlərdən nəticə çıxarmaq üçün istənilən məsələni müzakirə edib, təkliflər də hazırlayırdılar. İndi isə nə təkliflərə baxan var, nə də tənqidlərə… Çünki ürəkləri yanmır, o adamlar YAP-ın qurulmasında, yetişməsində və inkişafında iştirak etməyib, əksinə, bu cür əməlləri ilə partiyanı nüfuzdan salırlar.

– Son bir neçə ayda 5 icra başçısının həbs olunmasından sonra YAP-a inamın sarsıldığını deyənlər çoxalıb…

– Belə də olmalıdır, 20-30 il icra başçısı işləmiş bir adamı gətirib o biri rayona icra başçısı qoyurlar. Axırda da dövlətin vəsaitləri, camaatdan oğurladığı pullar hesabına özünə var-dövlət yığandan sonra həbs edirlər. Bunu xalq görür axı… Belə olan halda partiyaya inam, əlbəttə, azalmalıdır. Ona görə də YAP-ın strukturunda dəyişiklik lazımdır. İndi elə dövrdür ki, təkcə çıxış eləməklə, təbliğatla nəyəsə nail olmaq mümkün deyil, fundamental proqramlar işlənib hazırlanmalıdır. İctimai narazılıq müəyyən səviyyəyə qalxandan sonra cəmiyyət təbliğat yox, konkret iş gözləyir. Narazılıqların hamısı ədalətsizlikdən yaranır. Rüşvətin və korrupsiyanın yüksək olduğu cəmiyyətlərdə ədaləti bərpa etmək mümkün deyil. Ona görə də korrupsiyaya qarşı mübarizə sadəcə, təbliğata yox, konkret addımlara söykənməlidir. Xüsusilə ədliyyə, prokurorluq, polis və məhkəmə orqanları təmiz işləməlidir. Ədalətli sistem təkcə idarəetmə ilə bağlı deyil, bu, cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Mən açıq deyirəm, polis sistemində vicdanlı, qeyrətli, əqidəli kadrlar çoxdur. Amma korrupsiyanın əhatə dairəsi o qədər genişdir ki, onlar da rüşvətxorları həbs etməkdən qorxur. Çünki hakimiyyətin içərisində müəyyən qüvvələr də baş qaldırıb. Axı, hamı Heydər Əliyevin ideoloji xəttinə sadiq deyil, İlham Əliyevi istəməyənlər də var. Bu adamlar müəyyən dairələrə diktə edir. Ona görə deyirəm ki, tövbə edib partiyaya gələn adamlara inanmaq olmaz. Onlara səlahiyyət vermək, Milli Məclisdə oturtmaq çox təhlükəlidir. Amma Milli Məclisin tərkibinə baxın, oradakı adamların əksəriyyətini əqidəsini, ideoloji xəttini dəyişən adamlardır. Bəziləri isə hətta bir neçə dəfə əqidəsini dəyişib. Bütün bunlara baxanda əlbəttə ki, hökumətə inam azalmalıdır, burada təəccüblü bir şey yoxdur.

Elxan SALAHOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Koronavirus pandemiyası nə qədər davam edəcək?

    Koronavirus pandemiyası nə qədər davam edəcək? ...

    16-04-2020, 11:49

  • 
  • Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı

    Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı ...

    24-03-2020, 16:42

  • 
  • Qulu Məhərrəmli: Azad media cəmiyyət üçün oksigen deməkdir

    Qulu Məhərrəmli: Azad media cəmiyyət üçün oksigen ...

    18-04-2020, 12:57

  • 
  • Rəsul Cəfərov: İnzibati həbsin adekvat olmayan cəza kimi tətbiqini müşahidə edirik

    Rəsul Cəfərov: İnzibati həbsin adekvat olmayan ...

    16-04-2020, 15:26

  • 
  • Koronavirus pandemiyası qlobal iqtisadiyyata ziyan vura bilər

    Koronavirus pandemiyası qlobal iqtisadiyyata ...

    26-02-2020, 11:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu