Koronavirusun sürətli şəkildə yayılması nəticəsində fond birjalarında çaxnaşma yaşanıb və hər qitdədə bəzi indekslər kəskin itkilərlə üzləşib. Çin və virusun böyük təsir göstərdiyi digər ölkələr giriş-çıxış qadağaları tətbiq edib ki, bu da istehsalı iflic vəziyyətə salıb, təchizat zəncirini kəsib, turizm və digər mühim sektorlara ziyan vurub. Bəzi səhiyyə rəsmiləri koronavirusun pandemiya olmasınan narahatdır. Bunun isə qıobal iqtisadiyyat üçün böyük riskləri ola bilər.
Yaxın Şərqdən Avropaya kimi bir çox ölkələrdə səhiyyə rəsmilərinin yeni koronavirus hallarını təsdiqləməsi Birləşmiş Ştatlardan tutmuş Asiya və Avropaya qədər bir çox yerdə fond birjalarına mənfi təsir göstərib.
Bazar bu epidemiyanın pik həddə çatmadığını dərk edir. Belə görünür, virus hələ ki, yayılmaqda davam edir və qlobal təchizat zəncirinə, turizmə və bir çox başqa sahələrə maneəçilik törədir. Desmond Lohman “Bazar bu epidemiyanın pik həddə çatmadığını dərk edir. Belə görünür, virus hələ ki, yayılmaqda davam edir və qlobal təchizat zəncirinə, turizmə və bir çox başqa sahələrə maneəçilik törədir” - deyə, Amerika Sahibkarlıq İnstitutundan Desmond Lohman bildirir.
Koronavirus qorxulara səbəb olub və bir neçə ölkələrdə rəsmilər koronavirusa kəskin reaksiya verib. Onlar, xüsusilə də dünyanın ikici ən böyük iqtisasdiyyatı olan Çin, giriş-çıxışlara qadağalar tətbiq edib. Bunun isə ticarətə məhvedici təsirləri ola bilər.
“Çində vəziyyət elədir ki, 150 milyon insan bir yerdə ilişib qalıb. Onlar arasında tətil üçün ora gedən insanlar var. Onlar işlərinə geri dönə bilmirlər”, Lohman deyir.
Şirkətlər bunun təsirini artıq hiss edir, çox yaxında isə müştərilər də hiss edəcək.
“Biz bu epidemiyasnın real iqtisadi təsirlərini görəcəyik. Biz əslində artıq görməyə başlamışıq. Məsələn, Apple yaxın gələcəkdə iPhone istehsal etmək imkanına açıq təsirin olacağını bildirib” - Mark Hamrik bildirir.
Bəziləri düşünür ki, iqtisadi təsir kəskin olsa da, qısa ömürlü olacaq. Təhlilçi Mark Hamrik koronavirusu fırtınaya bənzədir, yəni hər şey keçəndən sonra bərpa işləri başlayır və hər şey yavaş-yavaş normal vəziyyətə dönür.
“Bunlar yalnızca qısa müddətlə maraqlanan investorlar üçün real təsirlərdir”, o deyir.
Lakin tədqiqatçı Desmond Lohman düşünür ki, koronavirusun Çinə təsiri daha uzun-müddətli olacaq və şirkətlər gələcəkdə Çindən asılıqlarını azaltmaq üçün təchizat zəncirlərini müxtəlifləşdirmək istəyəcəklər.
“Şirkətlər bu təcrübədən dərs çıxaracaq. Mənim gözləntim odur ki, bu, uzun müddətdə Çin iqtsadiyyatını zəiflədəcək. Çin xarici investisiyanı cəlb etməyəcək”, Lohman söyləyir.
Koronavirus iqtisadiyyata zərər vuran ölkələr və qitələr boyu yayılan son patogen olmayacaq. Təhlilçilər deyir ki, buradakı sual ölkələr və şirkətlərin bu epidemiyadan hansı dərslər çıxaracağı və qlobal iqtisadiyyatın gələcək şoklara daha davamlı olub-olmayacağıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?