GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mehri Cəfəri: İranın ailə hüququnda kişini rəis görən baxış hakimdir

Mehri Cəfəri: İranın ailə hüququnda kişini rəis görən baxış hakimdir

Tarix: 22-05-2020, 18:13 Bölmə :Müsahibə Baxış: 637
Mehri Cəfəri: İranın ailə hüququnda kişini rəis görən baxış hakimdir


Hüquqşünas Mehri Cəfəri Amerikanın Səsi ilə söhbətdə deyir ki, “İranda ailə hüququ həyat yoldaşları arasında dostluq, məhəbbət və ailə sevgisini əsas tutaraq yazılmır. Rəislik baxışı ilə, yəni kişini qadına rəis görən baxış əsasında qanun yazılır.”
Mehri Cəfəri müsahibədə İranda ailə qanunvericiliyini şərh etməklə yanaşı, ailə və qadın məsələləri üzrə İran prezidentinin müavini Məsumə İbtikarın bu yaxınlarda bəhs etdiyi “boşanma şəraitini kişilər üçün çətinləşdirən” layihəni dəyərləndirib.

İran prezidentinin qadın və ailə məsələləri üzrə müavini Məsumə İbtikarın bildirdiyinə görə, “kişilərə boşama şəraitini çətinləşdirmək” məqsədilə tənzimlənən layihə hökümətin layihələr komissiyasına göndərilib. İbtikar deyib ki, bu layihəyə görə “kişilər ancaq müəyyən şəraitdə həyat yoldaşlarını boşaya biləcəklər.”

Mehri Cəfərinin sözlərinə görə, “İranda boşanma statistikasını aşağı salmaq məqsədilə istəyirlər, qadınlarda olduğu kimi, kişilərə də bəzi şərtlər qoyalar ki, sadəcə o şəraitdə boşaya bilələr. Amma bu şərtlər çox dəqiqləşdirilməyib.”

Cəfəri ailə hüququ ilə əlaqədar qanunların hazırlanmasında toplumun ehtiyaclarının nəzərə alınmadığını önə çəkir.
“Bu şərtlərin bəzisinə baxanda, konkret şərtlər olmadığını görürük. Məsələn deyib ki, əgər qadın ‘nasazgar’ (yola getməyən, uyğunsuz davranan) olsa, ya əgər ‘təmkin’ (itaət) etməsə, kişi boşanma ərizəsi verə bilər. Bu özü problemdir. ‘Nasazgar’ sözünü necə məna etmək olar?.. Əməldə mən düşünmürəm ki, bu qanun kişilərə boşanmaqda problem yarada. Amma bunun ictimai təsirləri çox olacaq. Ailələr üzərində təsiri çox olacaq,” hüquqşünas qeyd edir.

Qanun kişilər üçün boşanmağı çətinləşdirsə, kişi görər ki, əli bağlanıb, elə bir şərait yaradar ki, qadın tamam haqq-hüququndan keçsin və desin ki, gəl gedək ayrılaq.
O, hesab edir ki, boşanma şəraiti kişilər üçün çətinləşdirilsə də, ziyanı qadınlara da olacaq: “məsələ budur ki, qanun deyə bilməz ki, sən biri ilə yaşamaq istəməsən də mən əmr edirəm ki, onunla yaşanmalısan. Dövlət bunların bərabər yaşamasını istəyirsə, yardım edə bilər. Büdcə ayıra bilər ki, ailənin problemləri müəyyənləşdirilsin, bunlara təlim və məsləhət xidmətləri verilsin.”

Mehri Cəfəri həmçinin kişilər üçün boşanma şəratinin çətinləşdirilməsinin ailə içində zorakılığın artmasına yol aça biləcəyini vurğulayır:

“Məsələ budur ki, kişinin gücü çoxdur. Qadınlarımız həm fiziki, həm iqtisadi və ictimai cəhətdən kişilərin gerisindədir. Hətta Avrupada da belədir. Bu şəraitdə bunlar birlikdə yaşamağa məcbur edilsə, kişi görər ki, əli bağlanıb, elə bir şərait yaradar ki, qadın tamam haqq-hüququndan keçsin və desin ki, gəl gedək ayrılaq.”

Hüquqşünasın söylədiklərinə görə, həm ailə qanunvericiliyi həm də hakimiyyət sisteminin qadına baxışı, qadınların hərəkət sərbəstliyini əngəlləyir.

Dövlət bunların bərabər yaşamasını istəyirsə, yardım edə bilər. Büdcə ayıra bilər ki, ailənin problemləri müəyyənləşdirilsin, bunlara təlim və məsləhət xidmətləri verilsin.

“Qadın həyatında bir dəyişiklik aparmaq istəsə və ya ayrılmağı düşünsə, ilk başda görəcək ki, qanunlar bunun hərəkət etməsinə mane olur. İran qanunlarında qadınlar, bu şərtlə ki, məsələn şiddətə məruz qaldıqlarını isbat edələr, boşanma ərizəsi verə bilərlər. Amma bu qanunları o qədər təfsirlə dolandırıblar ki, görürsən qadın kişinin narkoman olduğunu isbat edir, işgəncə altında olduğunu isbat edir, amma yenə də çətinliklərlə üzləşir,” Mehri Cəfəri söyləyir.

O əlavə edir, “hətta Məsumə İbtikar ki, bir az gözlənilirdi qadınlara yaxşı baxışı ola, görürük ki, necə qadınların əleyhinə yazır. Məsələn təmkindən danışır. Təmkinin mənası nədir? Yəni ki, qadın bir kölə kimi kişiyə itaət etməlidir. İtaət etməsə, tamam hüququnu itirir və o kişiyə də bu haqqı verir ki, bunu boşasın. Yəni bunlar dostluq, məhəbbət və ailə sevgisini əsas tutaraq yazılmır. Rəsilik baxışı ilə, yəni kişini qadına rəis görən baxış əsasında qanun yazılır. Odur ki, bu, heç vaxt düzəlməz. O zaman düzələr ki, sistem insani şəraitə çevrilə, ədalətli şəraitə çevrilə.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehri Cəfəri: Kəndli qadının taleyi ilə bağlı şəhərli kişi qərar verir

    Mehri Cəfəri: Kəndli qadının taleyi ilə bağlı ...

    11-07-2019, 22:25

  • 
  • İranın vitse-prezidenti koronavirusa yoluxub

    İranın vitse-prezidenti koronavirusa yoluxub ...

    28-02-2020, 11:56

  • 
  • Nəcəf Neməti: İranda epidemiyadan ən çox azgəlirli ailələr əziyyət çəkir

    Nəcəf Neməti: İranda epidemiyadan ən çox ...

    5-05-2020, 12:35

  • 
  • "Xarici vətəndaşla ailə qurdum, sözümüz tutmadı"

    "Xarici vətəndaşla ailə qurdum, sözümüz ...

    3-03-2015, 15:13

  • 
  • Həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər

    Həm kişi, həm də qadın 7 gün ödənişsiz ...

    19-03-2015, 20:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu