GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “NAZİR BİRBAŞA BU MALİYYƏ ƏMƏLİYYATLARINDA İŞTİRAK EDİB” – “XİN-də ciddi təmizlik aparılmalıdır”

“NAZİR BİRBAŞA BU MALİYYƏ ƏMƏLİYYATLARINDA İŞTİRAK EDİB” – “XİN-də ciddi təmizlik aparılmalıdır”

Tarix: 7-07-2020, 15:09 Bölmə :Müsahibə Baxış: 1 300
“NAZİR BİRBAŞA BU MALİYYƏ ƏMƏLİYYATLARINDA İŞTİRAK EDİB” – “XİN-də ciddi təmizlik aparılmalıdır”


Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində ciddi korrupsiya faktları aşkarlanıb. Nazirliyin İşlər idarəsinin müdiri və qurumun Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol verildiyi, dövlət büdcəsindən ayrılan vəsaitlərin müxtəlif qanunsuz sxemlər vasitəsilə mənimsənildiyi üzə çıxıb. Hazırda faktla bağlı cinayət işi açılıb, adı çəkilən şəxslər isə həbs edilib.

GundemXeber.Az xəbər verir ki, “AzPolitika.info” bu mövzu ilə bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib:

- Tofiq müəllim, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyat və ortaya çıxarılan korrupsiya faktları böyük rezonansa səbəb olub. Bir zamanlar rəhbərlik etdiyiniz bu qurumda baş verənləri necə qiymətləndirirsiniz?

- Xarici İşlər Nazirliyi ilə bağlı ortaya çıxan məsələlər heç də xoşagələn hallar deyil. Nəzərə alın ki, bu nazirlik xüsusi səlahiyyətlərə və vəzifələrə malik olan qurumdur. Yəni dövlət üçün strateji bir idarədir. Orada baş verən hadisələr hamımız üçün xoşagəlməz olaylardır.

İkincisi, bu səviyyədə və bu şəkildə həyata keçirilən əməliyyat onu göstərir ki, ortada dövlətin rəhbərliyinin ciddi siyasi iradəsi var. Xatırladım ki, Xarici İşlər Nazirliyi birbaşa prezidentə tabe olan strukturlar siyahısındadır. Məncə, burada baş verənlərə aydınlıq gətirilməsi üçün ortada ciddi siyasi iradə olub.

Mən və digər insanlar uzun müddətdir deyirdik ki, Xarici İşlər Nazirliyində problemlər var. Həm kadr seçimində, həm maliyyə məsələlərində, həm də siyasi mövqelərin sərgilənməsində.

Açığı, bəzi məqamlarda sərgilənən mövqeləri təhlil edəndə görünürdü ki, ya bu mövqe düşünmədən bəyan edilir, ya da qəsdlə Azərbaycanın xeyrinə olmayan şəkildə ifadə olunur. Buna aid misallar gətirmək olar. Amma indi bunların sadalanmasına ehtiyac görmürəm.

Onu da vurğulamaq lazımdır ki, buna oxşar hadisələr digər bir çox ölkələrdə də baş verir. Bizim vətəndaşlarımıza da bəllidir ki, buradakı xarici səfirliklərdə işləyən insanlar hansısa vasitəçi şirkətləri cəlb edərək, onları himayə edirlər və onların vasitəsilə külli miqdarda pul qazanırlar. Məncə bu, heç kəsə sirr deyil. Hətta Avropa İttifaqına daxil olan ölkələrdə də belə “fəaliyyətlərin” mümkün olduğunu görə bilirik. Demək istəyirəm ki, bu, çox geniş yayılan korrupsiya praktikasıdır və digər ölkələrdə də var. Odur ki, bu sistemi təmizləmək üçün bizdə keçirilən əməliyyatın nəticələri Azərbaycanın xeyrinə olacaq. Yəni xarici siyasətə və onun imicinə müsbət təsir edəcək.

Nəhayətdə, orada saxlanılan şəxs ifadəsində deyir ki, əldə edilən maliyyənin 20 faizini özlərinə götürüblər, qalan 80 faizini isə guya harasa xərcləyiblər. Buradan açıq-aşkar hiss edilir ki, nazirliyin ən yüksək rəhbərliyi belə maliyyə əməliyyatlarında iştirak edib. Mən naziri nəzərdə tuturam. Onun xəbəri olmadan əldə edilən qanunsuz pulların 80 faizi xərclənə bilməz.

- Siz iddia edirsiniz ki, bu korrupsiya əməlləri nazir Elmar Məmmədyarovun nəzarəti altında həyata keçirilib?

- Saxlanılan vəzifəli şəxsin verdiyi ifadəni siz də, mən də görmüşük. Həmin şəxs açıq deyib ki, əldə edilən maliyyənin 10 faizini özü götürüb, digər 10 faizini başqa şəxsə verib. Yerdə qalan 80 faizi isə guya nazirliyin hansısa işlərinə xərclənib. Hesab edirəm ki, bunun davamı olacaq. Yəni aparılan araşdırma o pulların çatdığı sonuncu adama aparıb çıxarmalıdır. Həmin ifadədə 2-3 halda əldə edilən pulların həcmi 10 min manatlarla göstərilib. Fikrimcə, bu pullar nəzarətsiz ola bilməzdi. Yəni kiməsə çatmalı idi.

XİN-də korrupsiya faktları təkcə bu istiqamətdə mövcud olmayıb, digər məsələlər də var. Məsələn, deyirlər ki, pandemiya ilə bağlı yığılan pulların da hansısa hissəsi mənimsənilib.

Başqa bir məqam isə odur ki, xaricdə işləyən diplomatlar bu və ya digər malları alanda, ödədikləri vergi onlara geri qaytarılır. Bu istiqamətdə də pozuntulara imkan var. Bununla da bağlı mənə müəyyən məlumatlar çatır. Hesab edirəm ki, bütün bu məsələlər araşdırılacaq.

- Bəyəm dövlət büdcəsindən XİN-ə kifayət qədər maliyyə ayrılmırmı ki, bu şəxslər belə işlərlə məşğul olurlar və yaxalananda da deyirlər ki, bu pullar nazirliyin məsrəfləri üçün xərclənirdi...

- Əvvəla deyim ki, XİN səfirliklərin büdcəsini formalaşdırmır və onlara nəzarət etmir. Bu işlərdə səfirliklər birbaşa Maliyyə Nazirliyinə tabedirlər. Amma mərkəzi aparatın maliyyələşməsi sözsüz ki, nazirin nəzarəti altındadır. Bu baxımdan söhbət böyük miqdarda puldan gedir və ola bilməz ki, bu pullar nəzarətsiz qalsın. Saxlanılan şəxsin ilkin ifadəsində 2-3 halda 40-50 min manatdan söhbət gedir. Bu pulun 20 faizinin kimə getdiyi bəllidir. Yaxşı bəs 80 faizi kimə gedirmiş? Düşünürəm ki, bu məsələlərin hamısı üzə çıxacaq. İndiki halda baş verənləri ciddi başlanğıc saymaq olar.

- Bundan əvvəl biz oxşar prosesi Mədəniyyət Nazirliyində müşahidə etdik və nəticədə nazir Əbülfəs Qarayev postunu itirdi. Sizcə, eyni aqibət Elmar Məmmədyarovu da gözləyirmi?

- Mənim vaxtımda təcrübə belə idi ki, hansısa maliyyə məsələləri həll ediləndə Maliyyə İdarəsinin və ya İşlər İdarəsinin rəhbəri gəlirdi və nazirin imzası ilə məsələ təsdiqlənirdi. Bu, bütün dövlət idarələrində baş verən prosedurdur. İndidən heç nə deyə bilmərik. Amma bilirəm ki, maliyyə məsələlərini birbaşa təsdiq edən şəxs nazirdir. İnanmıram ki, mənim dövrümdən sonra bu istiqamətdə dəyişiklik olub.

İkincisi, düşünürəm ki, ciddi şəkildə araşdırma aparılacaq. Ortada siyasi iradə var və bunun nəticəsində hər bir məsələ aydınlığa çıxmalıdır. “Bu pulları kim mənimsəyib” məsələsinə aydınlıq gətirilməlidir. Sözsüz ki, bu prosesin indiki mərhələdə dayanması mümkün deyil. Qənaətimcə, bunun siyasi, bəlkə də hüquqi nəticələri olmalıdır.

- Bu hadisə nəticəsində imici ciddi şəkildə zədələnən Xarici İşlər Nazirliyilə bağlı təklif və tövsiyələriniz varmı?

- Sözsüz ki, ilk növbədə islahatlar aparılmalıdır. Təcrübə göstərir ki, kadrlar maliyyə pozuntularına yol verirlər. Həm də siyasi səhvlər buraxılır. Öz işini lazımi səviyyədə görməyən, eləcə də dövlətimizin imicinə ləkə gətirən diplomatlar da var. Ciddi təmizlik aparılmalıdır. XİN nümunəvi qurum olmalıdır. Təmiz və Azərbaycanı xaricdə təmsil edən şəfaf qurum olmalıdır ki, hamımız onunla fəxr edək. İndi hamımız baş düşürük ki, bu istiqamətdə işlər lazımi səviyyədə təşkil olunmayıb.

- Tofiq müəllim, Sizin vaxtınızda nazir müavini Araz Əzimov təcrübəli diplomat hesab olunurdu və onun fəalıiyyəti cəmiyyət tərəfindən də maraqla izlənilirdi. Hazırda da bu şəxs nazir müavinidir, lakin o, son illər demək olar ki, medianın qarşısına çıxmır, açıqlamalarını görmürük. Sizcə, bunun səbəbi nədir?

- Əslində, XİN-də yaxşı diplomatların sayı çoxdur. Səviyyəli, intellektual, təcrübəli şəxslər var. Məsələn, hüquqşünas Xələf Xələfovun adını çəkmək olar. O, səviyyəli hüquqşünasdır və işini yüksək səviyyədə görür. Hər halda, mən işlədiyim zaman onun işini və biliklərini yüksək səviyyədə qiymətləndirirdim. Bu cür onlarla səviyyəli diplomatın adını çəkmək olar. Sadəcə, orada elə bir şərait yaradılıb ki, bu insanlar arxa plandadırlar, amma yaltaq, ola bilsin rüşvətlə hansısa mövqe qazanan insanlar daha çox üzdədir. Çox təəssüflər olsun. Deyim ki, bu da ciddi problemdir. Əslində, lazımi yerlərə lazımsız insanları təyin etsəniz, nəticə bu cür olacaq. Başqa cür ola da bilməz. Bu problemlər bir-iki günün ərzində yaranmayıb. Uzun müddətdir ki, həmin problemlər göz qabağındadır.

Nazirlikdəki əsas çatışmazlıq həm də odur ki, Qarabağ və digər aktual məsələlərə aid məsləhətləşmələr, kollegiyanın iclasları, vahid mövqenin formalaşmasında müxtəlif istiqamətləri təmsil edən mütəxəssislərin cəlb edilməsi kimi işlər aparılmır. Əslində, bu işlər görülməli, sonra isə verilən qərarlar peşəkarlar tərəfindən həyata keçirilməlidir. Ancaq təəssüflər olsun ki, kimsə yaltaqlıq və digər yollarla nazirin diqqətini cəlb edərək, özünə uyğun qərarların verilməsinə nail olur. Mən bu halları dəfələrlə tənqid etmişəm. Xüsusilə də XİN-in mətbuat xidmətinin sənəd və bəyanatlarını. Bu işdə elə siyasi səhvlər buraxılırdı ki, adam bəzən təəccüb edirdi. Hələ bu, işin görünən hissəsidir. Görünməyən hissəsi bundan da bərbad vəziyyətdədir.

- Sizcə, bu problmlər təkcə XİN-in mərkəzi aparatındadır, yoxsa xarici səfirliklərdə də belə hallara rast gəlmək mümkündür?

- Ola bilməz ki, mərkəzi aparatda çalışan diplomat hansısa xarici ölkəyə ezam ediləndə birdən-birə köklü şəkildə dəyişsin və ya sərhədi keçərkən xarakterində dəyişiklik olsun. Mən bu problemləri nazirlik və səfirliklər arasında bölməzdim. Problem var. Ən əsası da kadr problemidir. Onların bilikli və vətənpərvər olmaları çox vacibdir. Bu vəzifələrə biznes kimi baxılmamalı, pul qazanmaq məqsədi güdülməməlidir.

Bilirsinizmi, bizim xidmətimiz xüsusi xidmətdir. Bizim həm vəzifəmiz, həm də dilomatik rütbəmiz var. Bu, ordu və hərbiyə bənzər sistemdir. Xüsusi tələb odur ki, orada vətənə, dövlətə sadiqlik meyarları ilə seçilən insanlar işləməlidirlər. Yox, ora pul qazanmaq məqsədilə gələn insan nə qədər peşəkar olsa da, onun dövlətə heç bir xeyri ola bilməz. Bu, kompleks həll olunmalı bir məsələdir. Bu olmayanda isə ortaya indiki mənzərə çıxır.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​DTX əməliyyat keçirdi: XİN-in və DSX-nın əməkdaşları tutuldu

    ​DTX əməliyyat keçirdi: XİN-in və DSX-nın ...

    27-01-2018, 13:31

  • 
  • Azərbaycanın sabiq xarici işlər naziri vəfat etdi

    Azərbaycanın sabiq xarici işlər naziri vəfat etdi ...

    29-01-2020, 11:20

  • 
  • Hacı Məmmədovun xəstəliyi məlum oldu

    Hacı Məmmədovun xəstəliyi məlum oldu ...

    16-05-2016, 19:46

  • 
  • Ağcabədi Rayon Polis Şöbəsində ciddi nöqsanlar aşkar edilib

    Ağcabədi Rayon Polis Şöbəsində ciddi nöqsanlar ...

    7-11-2013, 19:54

  • 
  • Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı

    Ramil Usubov rəisi və 7 işçisini işdən çıxartdı ...

    12-05-2016, 16:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu