GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Yaxın günlərdə Dağlıq Qarabağda təmizləmə əməliyyatı gözlənilir” – DEPUTAT

“Yaxın günlərdə Dağlıq Qarabağda təmizləmə əməliyyatı gözlənilir” – DEPUTAT

Tarix: 13-08-2020, 13:36 Bölmə :Müsahibə Baxış: 1 114
“Yaxın günlərdə Dağlıq Qarabağda təmizləmə əməliyyatı gözlənilir” – DEPUTAT


Aqil Abbas: “Biz Dağlıq Qarabağda müharibə aparmırıq, biz Dağlıq Qarabağı terrorçulardan təmizləməyə çalışırıq”

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Müdafiə naziri Zakir Həsənov avqustun 11-də Türkiyə Respublikasına rəsmi səfərdə oldular. Bir gün sonra isə Türkiyənin Milli Müdafiə naziri Hulusu Akarın rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Azərbaycana səfərə gəldi.

Azərbaycanlı nazirlərin Ankara səfəri çərçivəsində bir sıra mühüm məsələlər müzakirə edilib və Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq gündəliyinin bir çox istiqamətləri, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həll yolu, hərbi əməkdaşlıq, o cümlədən iki ölkə arasında tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin olması da müzakirə edilən əsas məsələlərdən olub.

Ümumiyyətlə, Tovuz döyüşlərindən sonra iki ölkənin bir-birinə həmişəkindən daha sürətlə yaxınlaşması, birgə hərbi təlimlər, o cümlədən digər məsələlərin müzakirəsi həm müharibə ehtimallarını artırıb, həm də Türkiyə ilə Azərbaycanın hansısa konfederasiya doğru getdiyi barədə fikirlər formalaşdırıb.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas AYNA-ya deyib ki, Türkiyənin Ukrayna və Gürcüstanla yalnız şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişi var idi, amma bizdə başqa problemlər var idi deyə bu, baş tutmurdu: “Hətta, əvvəl viza da tətbiq edilmiş, sonradan ləğv edilmişdi. Bunun da əsas səbəbi PKK terror təşkilatı ilə bağlı idi. Yəni, kim istəsə, Türkiyədən qaçıb Azərbaycana gələ bilərdi. Ki, bunu da yoxlamaq çətin proses idi. Lakin görünür, indi bu məsələlər həllini tapıb ki, tək şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş müzakirə edilir”.

“O ki, qaldı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrə, bu, çox müsbət haldır və görünür, yaxın vaxtlarda nəsə olacaq. Yəni hadisələrin gedişatı və Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyətinin Azərbayacana səfər etməsi müəyyən məsələlərə işarədir”, - millət vəkili bildirib.

O, Tovuz hadisələrindən sonra iki ölkənin bir-biri ilə daha da yaxınlaşdığını qeyd edib: “Tovuz hadisələrində generaldan tutmuş, siravi əsgərə qədər bizim qeyrətli oğullarımız şəhid oldu. Təbii ki, baş verənlər Ermənistanın həm bizə, həm də Rusiyaya qarşı provakasiyası idi və ikisində də Ermənistan məğlub oldu. Göründüyü kimi, Tovuz hadisələrindən sonra dünyadakı bütün azərbaycanlılar birləşdilər. Düzdür, bəzi ölkələrdə ermənilər sayca bir az çox oldular və bizimkiləri döydülər. Qalan digər yerlərdə keçirilən nümayişlərdə isə bizim üstünlüyümz var idi. Bunun ardınca da cənab Ərdoğan öz sözünü dedi və heç kimin Azərbayacana mənfi rəftar etməsinə icazə verməyəcəklərini bildirdi”.
“Təbii ki, burada Rusiya faktoru da öz sözünü deyir. Amma Rusiya da müəyyən güzəştlərə getmək məcburiyyətindədir. Hətta, Putinin qeyri-rəsmi sözçüsü Jirnovski də bildirdi ki, “Rusiya Ermənistanın tərəfini saxlamaqla ölkənin dağılmasına səbəb ola bilər. Çünki Rusiyadakı türklər və müsəlmanlar Rusiyanı dağıda bilərlər. Qarabağı biz ermənilərə verməklə məğlub ola bilərik”. Bütün bunlar boşuna deyil”, - A.Abbas vurğulayıb.

Müsahibimizin sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağı azad etmək uğrunda mübarizəsi müharibə yox, ərazilərini düşməndən təmizləməkdir: “Müharibə iki dövlət arasında olur. Bizim Dağlıq Qarabağı separatçılardan və terrorçulardan azad etmək istəyimiz müharibə deyil, öz ərazilərimizi düşməndən təmizləməkdir. Burada isə əsas qüvvə Daxili Qoşunlardır. Əgər, Daxili Qoşunların üzərinə çox ağır yük düşərsə, işə Silahlı Qüvvələr qarışır”.

“Məlum məsələdir ki, biz Dağlıq Qarabağda müharibə etmirik, biz Dağlıq Qarabağı terrorçulardan təmizləməyə çalışırıq. Dağlıq Qarabağdakı erməni əhalisi vətəndaşlığımızı və Konstitusiyamızı qəbul edərsə, buyurub yaşaya bilərlər. Bizim onlarla işimiz yoxdur. Necə ki, həmişə deyirlər ki, Azərbaycanda 30 min erməni yaşayır, amma məntiqlə baxanda, bunlar artıq artıb 100 min olublar. Amma onlarla heç bir işimiz yoxdur. Məsələn, Rusiya Çeçenistanda əməliyyat aparanda Çeçenistanla müharibə aparmırdı, öz ərzisində təmizləmə əməliyyatı aparırdı. Həmçinin, biz də Ermənistana müharibə elan etmirik və Ermənistanın torpaqlarına girmirik. BMT-nin də Azərbaycan torpaqları kimi qəbul etdiyi ərazilərimizə giririk”.

Deputat sözügedən əməliyyatın yaxın günlərdə gözlənildiyini deyib: “Yəqin ki, belə bir şey baş verə bilər. Ki, bunu cənab Prezidentimizin son çıxışlarından da açıq-aşkar hiss etmək olar”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyənin hərbi rəhbərləri Azərbaycana səfərə gəlir

    Türkiyənin hərbi rəhbərləri Azərbaycana səfərə ...

    12-08-2020, 15:52

  • 
  • Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-İran Birgə İşçi Qrupunun ilk iclası başlayıb

    Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-İran ...

    24-10-2017, 22:00

  • 
  • Azərbaycan Türkiyənin təklifini qəbul etdi

    Azərbaycan Türkiyənin təklifini qəbul etdi ...

    6-05-2016, 02:26

  • 
  • Məmmədyarovla Lavrov koronavirusu və Qarabağı müzakirə etdilər

    Məmmədyarovla Lavrov koronavirusu və Qarabağı ...

    13-04-2020, 19:20

  • 
  • Zakir Həsənov: “Bütün cari məsələlər həll edilir“

    Zakir Həsənov: “Bütün cari məsələlər həll edilir“ ...

    21-11-2013, 14:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu