GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Həbslərin aparılmasında məqsəd qorxu xofu yaratmaqdır”

“Həbslərin aparılmasında məqsəd qorxu xofu yaratmaqdır”

Tarix: 28-09-2013, 12:07 Bölmə :Müsahibə Baxış: 806
“Həbslərin aparılmasında məqsəd qorxu xofu yaratmaqdır”
Vidadi Mirkamal: “Müxalifətin və iqtidarın əsas namizədi istisna olmaqla yerdə qalanların hamısı “xor kapellası”nın üzvləridir”
“Gündəm-xəbər”in suallarını Milli Şuranın Hüquq Komitəsinin sədri, ədliyyə generalı, vəkil Vidadi Mirkamal cavablandırır.
- Vidadi bəy, Milli Şuranın vahid namizədi professor Cəmil Həsənlinin mətbuat katibi Oqtay Gülalıyevin 16 yaşlı oğlunun bıçaqlanması və döyülməsini necə qiymətləndirirsiniz?
- Açığını deyim ki, mən bu haqda yalnız mətbuatdan oxumuşam. Xəbər də qısaca ondan ibarətdir ki, Oqtay bəyin oğlunu bıçaqlayıblar. Yəni, bununla bağlı geniş bilgim yoxdur. Amma onu da deyim ki, indiki mühitdə hər bir yeniyetmənin öz dostları ilə mübahisə etməsi, mübahisə zəminində bir-birinə xəsarət yetirməsi nadir hadisə hesab olunmur. Bunu sizə bir hüquqşünas kimi deyirəm. Şəxsən mən düşünmürəm ki, bu siyasi aksiyadır. Hər halda mən bu cür fikirləşmək belə istəməzdim. Ancaq hadisəyə müvafiq qurumların münasibəti siyasi xarakterdə ola bilər. Yəni, bunu kimsə təşkil etməyib, amma müxalif şəxslərin ailələri ilə bağlı problemlər yarananda onlara münasibət siyasi xarakterdə ola bilir. Məsələn, Qurban Məmmədovun həbsi ilə bağlı biabırçılıq bunun bariz nümunəsidir. Çünki gündə avtomobil qəzaları ilə bağlı yüzlərlə hadisə baş verir. Bu işə görə, insanı həbs etmək, məhkəməni uzatmaq artıq siyasi aksiyadır. Hərçənd ki, Qurban Məmmədov kiçik qəza törədib, bundan sonra da üzərinə düşən insani addımları atıb, qarşı tərəfi təmin edərək razı salıb və s. Amma buna baxmayaraq hadisənin üzərindən 9 ay keçəndən sonra siyasi münasibət zəminində Qurban Məmmədovu həbs etdilər. Bu biabırçı hadisədir.
İndi Oqtay bəyin oğlu ilə bağlı hadisə məişət zəminində ola bilər, amma ona münasibətdə siyasi yanaşmaların olacağını biz istisna edə bilmərik. Hər halda 16 yaşlı bir yeniyetmənin siyasi aksiya olaraq bıçaqlanmasını mən qəbul etmək istəmirəm.
- AXCP sədri Əli Kərimlinin oğlunun həbsinin motivləri haqda nə deyə bilərsiniz?
- Əli Kərimlinin oğlunun həbs ediməsi sırf siyasi aksiyadır, bu yolla AXCP sədrindən acıq çıxırlar. Üstəlik nəzərə almalıyıq ki, Əli Kərimlinin ailə üzvləri hədələnir, təhqir edilir, yaxınlarına qarşı münasibət pisdir, qaynı bir ildən çoxdur ki, uydurma ittihamlarla həbsdədir. Odur ki, Türkel Kərimlinin həbsi siyasi motivlidir və onu məhz atasına görə saxlayıblar. İkincisi, həbs edilən üç gənc guya hansısa prezidentliyə namizədin plakatını cırırmış. Amma sonda nə oldu? Bu gənclər polisə müqavimət ittihamı ilə 25 sutkalığa həbsə göndərildi. Əslində hər bir insanı hüquq və qanun müdafiə etməlidir. Polis günahsız yerə vətəndaşı tutanda, insan polisin onu əsassız yerə tutduğunu sübut etmək imkanında olmalıdır. Ancaq gəncləri polis həbs edib bölməyə aparıb. Bir gün bölmədə saxlayıblar. Sonra isə iddia ediblər ki, polis əməkdaşlarına müqavimət göstəriblər. Şübhəsiz ki, bir-iki polis əməkdaşı da onların üzünə durub. Nəticədə gənclər günahsız olduğunu sübut edə bilməyiblər. Bax, bu birmənalı şəkildə siyasi mahiyyət daşıyır.
- Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli həbs edilib, ona qarşı silah saxlama ittihamı irəli sürülüb. Sizcə, bu həbslər, repressiyalar nəyə hesablanıb, hakimiyyətin məqsədi nədir?
- Sizə deyim ki, hakimiyyət daxilində pis bir təcrübə formalaşıb. Böyük siyasi hadisələr baş verməzdən öncə, iqtidar bu prosesə bildiyi formada hazırlaşır. İndi prezident seçkilərinə 20 gündən də az qalır. Özünə hörməti olan hakimiyyət çalışmalıdır ki, belə ərəfədə səs-küylü hadisələr baş verməsin, həbslər aparılmasın və s. Nəticədə də, bu hallar seçkinin nəticələrinə təsir etməsin. Amma bizim bu hakimiyyət əvvəlcədən həbslər aparır. Çünki onun dayağı seçici deyil, polis və hüquq mühafizə orqanlarıdır. Əslində bu formada idarə olunan dövlətə polis dövləti deyirlər. Hər hansı bir xırda mülki işin arxasınca da polis göndərirlər. Odur ki, bu həbslərin aparılmasında məqsəd cəmiyyətdə qorxu xofu yaratmaq, insanların gözünü qorxutmaq, siyasi cəhətdən fəal kəsimin üzərinə getməkdir. Belə həbslərdə bir məqsəd şəxsi cəzalandırmaqdırsa, digər məqsəd də başqalarının gözünü qorxutmaqdır. Əlbəttə, bununla da xof yaradırlar. Mesaj verirlər ki, kimsə hakimiyyətin əleyhinə çıxsa, yeridilən siyasəti tənqid etsə taleyi bu cür olacaq. Mən düşünürəm ki, bu son nəticədə hakimiyyət başçısının xeyrinə işləmir. Əksinə, bu hakimiyyətdən olan narazılığı bir qədər də artırır.
- Mümkündürmü ki, bütün bu hadisələri hakimiyyət içində olan bəlli qüvvələr edir. Məqsəd son nəticədə beynəlxaql qurumların seçkilərin nəticələrinə pis qiymət vermələrinə nail olmaq və bu yolla özlərinin prezidentə lazım olduqlarını göstərməkdir?
- Qanuni formalaşmayan hakimiyyətdə belə hadisələr çox olur. Amma sıravi vətəndaş üçün bunun nə fərqi var ki, bunu hansısa bir qrup edir və ya bunu etmək üçün prezindentdən icazə alırlar? Nəzərə alın ki, bütün bunlar dövlətin öz resursları hesabına reallaşır. Bu faktı araşdıran, yaradan və nəticəni doğuran məqamlar dövlətin resursu hesabına başa gəlir. Ona görə də, düşünmürəm ki, bütün bunlar dövlət başçısına və ya onun yaxın ətrafına xeyir gətirə bilər. Bu hallar heç kimə bəraət qazandıra bilməz. Əgər burada dövlətin resursundan istifadə olnursa, bu zaman vətəndaş qeyri-qanuni həbs edilirsə, prokurorluq, məhkəmə orqanları şikayətə baxıb ədalətli qərar çıxarmırsa, nəticədə siyasi şou yaradılırsa, bu haqda hər bir adam düşünməlidir. Bunlar dövlətin imkanları hesabına baş tutur. Demək bu halda konstutusiya ilə hər bir vətəndaşın hüququnu qorumalı və təmin etməli olan prezidentin üzərinə məsuliyyət düşür. Bunu qanunlar deyir.
- Seçki kampaniyası davam edir. Kampaniya, seçkidə mübarizə aparan tərəflər, onların perspektivi, seçkinin nəticələri haqda hansı proqnozlar vermək olar?
- İndidən seçkinin nəticələri haqda danışmaq tezdir. Həm də nəzərə alın ki, mən münəccim deyiləm. Amma seçki prosesi barəsində müəyyən fikirlər işlətmək, müəyyən mülahizələr irəli sürmək olar. Görünən budur ki, hakimiyyət özünə çox arxayındır və elə həmin dərəcədə də narahatdır. Ona görə narahatdır ki, ölkədə normal seçki mühiti yaratmayıb. Seçki mühitinin yaradılmasının ilkin şərti seçki rəqabəti aparan şəxslərin obyektiv olmasıdır. İlham Əliyevin üçüncü dəfə namizədliyinin irəli sürməsi onun əleyhinə işləyən ən ciddi faktordur. Bu həm də Azərbaycan dövlətçiliyinin ziyanınadır. Çünki bu halda dünya düşünəcək ki, şəxsin üçüncü müddətə prezident olması demokratik dəyərlərə ziddir, hüquqi deyil. İkincisi, seçki formatı haqqında danışmalıyıq. On siyasətçi namizədliyini irəli sürərək qeydiyyata alınıb. Ancaq müxalifətin və iqtidarın əsas namizədi istisna olmaqla yerdə qalanların hamısı “xor kapellası”nın üzvüdürlər. Hamı da bilir ki, bu “xor kapellası” İlham Əliyevin çəkindiyi və narahat olduğu demokratik qüvvələrin namizədi olan Cəmil Həsənlinin üzərinə getməkdir. Əlbəttə, mən İqbal Ağazadə və Sərdar Cəlaloğlunun özlərini bir qədər fərqli göstərmələrini qeyd edirəm, amma onlar da ümumi ansamblın bir hissəsini təşkil edirlər. Teledebatlara baxsanız görərsiniz ki, Hafiz Hacıyev kimi bir nadürüst küçə söyüşləri ilə Cəmil Həsənlinin üzərinə gəlir. Heç YAP üzvləri də ondan geri qalmır. Seçkilərə bu prizmadan yanaşanda belə nəticə çıxır ki, nisbət doqquzun birədir. Hakimiyyət həm çox namizədlə seçkinin demokratik imicini yaratmağa çalışır, həm də bu yolla real müxalifət namizədinin vaxtına və şəxsiyyətinə ziyan vurmağa çalışır. Ancaq düşünmürəm ki, buna nail olublar. Onların sürü halında professor Cəmil Həsənlinin üzərinə gəlməsi Milli Şuranın namizədinin nüfuzunun artmasına səbəb olub.
Üçüncüsü, diqqət edin, Milli Şuranın vahid namizədi Cəmil Həsənli sentyabrın 29-da Yasamalda mitinq keçirmək üçün Bakı meriyasına müraciət edib. Ancaq meriya buna icazə vermir və deyir ki, həmin günə Hafiz Hacıyev də mitinq keçirmək üçün müraciət edib və öncədən ona icazə verilib. Həm biz, həm də aktiv siyasi insanlar Hafiz Hacıyevi yaxşı tanıyırlar. Onun keçirdiyi mitinqə 20 nəfər normal adam gəlməz. Amma ortada real müxalifətə maneçilik istəyi var. Sentyabrın 29-u bazar ertəsidir, insanlar evdə olurlar. Lakin hakimiyyət bundan çəkinərək bizim aksiyamıza maneçilik törədir. Biz də məcbur olub mitinqimizi sentyabrın 28-nə təyin etdik. Belə hallar var. Həm də indi ölkənin informasiya resursları, xüsusilə milyonların evinə icazəsiz daxil olan televiziya kanalları hakimiyyətin əlindədir. Onlar da hakimiyyəti təbliğ edirlər. Təsəvvür edin ki, İctimai Televiziya real müxalifətin namizədinə pullu efir vaxtı belə verməkdən imtina edib. Bizim nümayəndəmiz sentyabrın 23-də İctimai Televiziyaya gedərək ödənişli efir vaxtı istəyiblər. Amma bizim nümayəndələrimizə bildirilib ki, bu işə cavabdeh olan şəxs hazırda işdə deyil, siz sabah gəlib bu haqda onunla danışın. Sentyabrın 24-də yenidən kanala gedən nümayəndələrimizə bildirilib ki, pullu efir vaxtı verə bilməzlər, çünki bunun üçün ayın 23-də onlara müraciət eləmək lazım imiş. Sizcə, özünə hörmət edən televiziya buna gedərmi? Bunlar bu səviyyədə narahatdırlar və qorxurlar. Hazırda seçki mühiti qeyri bərabər şəraitdə mübarizə ilə müşahidə olunur. “İlham Əliyevin təbliğatı ilə məşğul olmuruq” deyən kanallar bütün günü onun rayonlara səfərlərini, lentkəsmə görüntülərini yayımlayırlar. Maaşların artırılmasını xüsusilə qeyd edirlər. Normal ölkələrdə bu yolverilməzdir. Odur ki, seçkidə qeyri bərabər mübarizə gedir.
- Nəticə nə ola bilər?
- Şəxsən mən inanmıram ki, bütün bunlar iqtidara kömək edə bilər. Düşünürəm ki, əslinə qalanda son nəticədə Cəmil Həsənlinin səsi İlham Əliyevin səslərindən 3-4 dəfə çox olacaq. Amma bu nəticələrin tanınması məsələsi var. MSK-da olan YAP, ona yaxın olan partiyalar və seçki prosesini keçirən müəllimlər qrupu elan edəcək ki, seçkilər demokratik və ədalətli keçirilib.2003-cü ildə olduğu kimi əsas qələbə qazanan namizədin topladığı səslər də İlham Əliyevin adına yazıla bilər. Odur ki, biz səslərin qorunması üçün çalışırıq və onun uğrunda sona qədər mübarizə aparacağıq.
- Səslərin qorunması imkanı nə qədərdir?
- Biz hesab edirik ki, bu imkan var. Düşünürəm ki, 2003-cü il təkrar olmayacaq. Həmin vaxt onlar insanları amansızlıqla dağıtdılar, döydülər, həbsə atdılar. Biz 2003-cü ilin qarşılığını verəcəyik. O mənada ki zora zorla cavab verməyəcəyik, çünki biz zor aparatı deyilik. Biz bütün qanuni vasitələrdən istifadə edərək səsimizi qoruyacağıq. Həm də belə bir hadisə baş versə, mən buna təəssüf edərəm. Çünki Azərbaycanda qanuni və legitim hakimiyyətin formalaşmasında bizim imicimizə ziyan dəyə bilər. Azərbaycanda marağı olan xarici qüvvələr də bu amildən istifadə edərək ölkəmizdən daha çox güzəştlər qoparmağa cəhd edərlər. Bu isə millətimiz və dövlətçiliyimiz baxımından doğru olmaz.
Söhbətləşdi: HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • OQTAY GÜLALIYEVİN OĞLUNU VƏHŞİCƏSİNƏ DÖYÜB, BIÇAQLAYIBLAR

    OQTAY GÜLALIYEVİN OĞLUNU VƏHŞİCƏSİNƏ DÖYÜB, ...

    24-09-2013, 15:48

  • 
  • Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı

    Oqtay Gülalıyevin oğluna cinayət işi açıldı ...

    1-08-2014, 00:53

  • 
  • Milli Şuranın Koordinasiya Mərkəzi toplanır

    Milli Şuranın Koordinasiya Mərkəzi toplanır ...

    3-09-2014, 12:13

  • 
  • Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim olunacaq

    Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim ...

    23-08-2013, 21:56

  • 
  • Milli Şura sabah toplanır

    Milli Şura sabah toplanır ...

    21-01-2014, 17:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu