GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Arayik Arutunyan Xankəndinin icra başçısıdır və Prezident onu vəzifəsindən azad edəcək” - deputatdan İLGİNC AÇIQLAMALAR

“Arayik Arutunyan Xankəndinin icra başçısıdır və Prezident onu vəzifəsindən azad edəcək” - deputatdan İLGİNC AÇIQLAMALAR

Tarix: 18-11-2020, 12:40 Bölmə :Müsahibə Baxış: 389
“Arayik Arutunyan Xankəndinin icra başçısıdır və Prezident onu vəzifəsindən azad edəcək” - deputatdan İLGİNC AÇIQLAMALAR


Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezident”i Arayik Arutunyan noyabrın 15-də Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Hərbi Prokurorunun birinci müavini, polkovnik Dmitri Şuvarkin ilə görüşüb. Arutunyan “Facebook” səhifəsində görüşdə Qarabağdakı “Azərbaycan təcavüzü” nəticəsində yaranan humanitar vəziyyətin müzakirə edildiyini bildirib. O, həmçinin Vladimir Putinin fərmanına uyğun olaraq Xankəndidə İdarələrarası Humanitar Mübarizə Mərkəzinin yaradılmasını da alqışlayıb.

Bununla yanaşı, görüşdən sonra Dmitri Şuvarkin qondarma rejimin “bayrağı” altında qondarma rejimin “prezidenti” ilə şəkil çəkdirib, yayımlamağı da yaddan çıxarmayıb.

Bütün bunların fonunda Rusiya birbaşa qondarma rejimlə əlaqələr qurmağa, Xankəndidə mərkəzlər yaratmağa da başlayıb. Bu mərkəzlərdən biri də Rusiya Müdafiə Nazirliyi tərəfindən Xankəndidə yaradılan İdarələrarası Humanitar Mübarizə Mərkəzidir. Mərkəz humanitar adı daşısa da, Müadifə Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Fövqaladə Hallar Nazirliyi və digər dövlət orqanlarının təmsilçilərindən formalaşdırılır.

Rusiyanın ikitərəfli əlaqələri birbaşa qondarma rejimlə qurmasının yaratdığı narazılığın daha bir əlavə, Rusiyanın media kapitanlarından olan, erməni əsilli Marqarita Simonyanın “Twitter” hesabında paylaşdığı məlumat olub. Simonyan Ermənistanda sosial şəbəkə istifadəçiləri arasında yeni trendin yaradıldığını bildirib və buna belə bir açıqlama verib: “Bu trendin mənası “Qarabağ Rusiyadır” deməkdir. Dünyada ən yaxşı şey həqiqətin yalana qalib gəlməsidir.”

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi 5-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha 2 ədəd “An-124” və 18 ədəd “İl-76” tipli hərbi nəqliyyat təyyarəsinin İrəvan hava limanına endiyini açıqlayıb. Bildirilib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 avadanlıq-zirehli personal daşıyıcı, yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki avadanlıqlar Ermənistana gətirilib. Halbuki, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.

Baş verənlərlə bağlı AYNA-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas, artıq Arayik Arutunyanın seperatçı rejimin rəhbəri olmadığını deyib: “Arutunyan artıq seperatçı rejimin rəhbəri yox, Xankəndinin icra başçısıdır. İnşallah, bu yaxınlarda da Prezidentin sərəncamı olacaq və onun yerinə azərbaycanlı icra başçısı təyin edəcək. Sülhməramlıların da onunla görüşməsinin məqsədi ona işinin bitdiyini başa salmaqdan ibarət olub. Təbii ki, sülhməramlılar Xankəndidə olduqları üçün Xankəndinin icra başçsı ilə görüşməli idilər. Sabah Ağcabədiyə getsələr, Ağcabədinin icra başçısı ilə görüşəcəklər. Həmçinin, digər rayonların”.

“Ona görə də Arutunyan nə deyir desin, bizim üçün heç bir fərqi yoxdur. Xankəndidə vaxtı ilə 55 min insan yaşayırdı, onun da 15 mini azərbaycanlı idi. Biz də geri qayıdacağıq, onlar da. Sadəcə bilmək lazımdır ki, birdən-birə heç nə əldə etmək olmaz. Bircə ay gözləyək, nəticəni birlikdə görəcəyik”, - deputat bildirib.

Abbas Rusiya mətbuatının Qarabağla bağlı xoşagəlməz mövqeyinə də münasibət bildirib: “Rusiya mətbuatının xoşagəlməz xəbərlərini Rusiya hakimiyyətinin mövqeyi kimi dəyərləndirmək olmaz. Rusiyanın mövqeyi Qarabağın Azərbaycan torpağı olmasından ibarətdir və bunu Prezident Putin də deyib. Rusiyada da Putindən böyük adam yoxdur. Ona görə də Rusiyada hansısa Simonyanın, yaxud Jirnovskinin nəsə deməsi, Rusiya dövlətinin mövqeyini əks etdirmir. Sadəcə, belə məqamlarda bizim əhali dərhal təşvişə düşür. Amma buna ehtiyac yoxdur. Biraz gözləyək, sonra həll şeyi həll edəcəyik”.

“O ki, qaldı Rusiya sülhməramlılarının yeni hərbi texnikalar gətirməsinə, bundan da qorxmağa ehtiyac yoxdur. Rusiya Dağlıq Qarabağa 5 il müddətinə gəlib. Hətta, ola bilər ki, 3 ildən sonra çıxıb getsinlər. Yəni, Ermənistan və Azəbaycanın sülhməramlıları istəməyəcəyi təqdirdə, onlar 3-5 ildən sonra çıxıb gedəcəklər. Sülhməramlılar nə texnika gətirir gətirsinlər, qarşılarında Türkiyə sülhməramlıları da olacaq. Əsas odur ki, biz qalib gəlmişik, müharibəni udmuşuq. Bundan sonra nə olur olsun. Rusiya bizə mane olsaydı, 44 gün ərzində torpaqlarımızı işğaldan azad edə bilməzdik. Ona görə də kim nə deyir desin, fərqi yoxdur. Adətən məni də danlayanda nə qədər yalan uydururam. Onların açıqlamaları da buna bənzəyir”, - deyə, millət vəkili əlavə edib.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Araik Arutunyan barəsində cinayət işi açılıb

    Araik Arutunyan barəsində cinayət işi açılıb ...

    5-10-2020, 15:30

  • 
  • Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə naziri" məhv oldu?

    Qondarma "Dağlıq Qarabağ ...

    5-04-2016, 00:11

  • 
  • Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, Mnatsakanyan işdən çıxarıldı

    Qarabağdakı rejimin daxilində çaxnaşma başladı, ...

    13-12-2018, 11:30

  • 
  • Ermənilər Xankəndidə bakılı nankora heykəl qoyur

    Ermənilər Xankəndidə bakılı nankora heykəl qoyur ...

    28-06-2018, 12:52

  • 
  • Arayik döyüşü dayandırmağı Paşinyandan xahiş etdiyini etiraf etdi

    Arayik döyüşü dayandırmağı Paşinyandan xahiş ...

    13-11-2020, 13:20


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu