GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni artıqlaması ilə etdi”

Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni artıqlaması ilə etdi”

Tarix: 7-10-2013, 11:59 Bölmə :Müsahibə Baxış: 813
 Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni artıqlaması ilə etdi”

Eldar Namazov: “Cəmil Həsənli əlindən gələni artıqlaması ilə etdi”
Bu gün 2013-cü il prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasının son günüdür. Bu gün İctimai Radioda sonuncu debat olacaq. Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovla söhbətimizdə debatların favoritinin kim olduğu, ümumiyyətlə seçki kampaniyası, seçki günü ilə bağlı suallara aydınlıq gətirməyə çalışdıq.
- Eldar bəy, seçki kampaniyasının, əsasən də debatların favoriti kim oldu?

- Mən Cəmil Həsənlinin rəsmi vəkiliyəm. Ona görə də ola bilsin, daxilimdə hansısa subyektivlik olsun, ancaq tam əminəm ki, seçki kampaniyasında debatların yeganə parlaq qalibi Milli Şuranın vahid namizədidir. Təbii ki, bunları debat da adlandırmaq mümkün deyil. Hakimiyyət əlindən gələni edir ki, Azərbaycanda, ümumiyyətlə, seçki mühiti olmasın. İTV-də keçirilən “debatlar” da əslinə qalsa, cəmiyyətdə seçkiyə marağı söndürməyə yönəlmiş plan idi. Cəmil Həsənli hakimiyyətin bu planının qarşısını çıxışları ilə alt-üst etdi. İTV-də həqiqi debat keçirmək istəyirdilərsə, heç olmasa, hər verilişin konkret mövzusu olmalı idi. Ancaq debat keçirmək əvəzinə Cəmil Həsənliyə qarşı qondarma namizəd edilmiş şəxslərin hücumlarını təşkil etdilər. Burada məqsəd həm seçicilərdə seçkiyə marağı azaltmaq, həm də Cəmil Həsənlinin çıxışlarına mane olmaq idi. Bütün yaradılan maneələrə, çətinliklərə, cəmi 6 dəqiqəlik vaxta baxmayaraq, Cəmil Həsənli hər çıxışı zamanı ictimai rəydə dönüş yarada bildi. Milli Şuranın layiqli namizədi kimi Cəmil müəllim öz üzərinə düşən bütün vəzifələri mümkün olduğundan da artıq yerinə yetirdi. Televiziya çıxışları ilə hakimiyyətin bütün siyasətini ifşa etdi. Qarşısındakıları faktiki olaraq aciz, çıxılmaz durma saldı. Hər bir Azərbaycan vətəndaşı ölkədə yaranmış durumu Cəmil Həsənlinin çıxışları vasitəsilə gördü. Bu çıxışlarda iradə də, cəsarət də, ağıllı təhlil də, xalqın keçmişinə, bu gününə, sabahına hamının ürəyindən gələn bir baxış da var idi. Ona görə də bu televiziya çıxışlarının yeganə qalibinin Cəmil Həsənli olduğuna zərrə qədər də şübhə yoxdur. Hakimiyyətdəkilər, o cümlədən İTV-də çıxış edən digərləri də etiraf etməsələr də bilirlər ki, qalib Cəmil Həsənlidir.

- Seçki kampaniyası 2003 və 2005-ci illərdəkinə nisbətən sakit keçir. Bunu YAP təmsilçiləri ölkədə demokratik mühitin formalaşması ilə əlaqələndirirlər. Siz nə ilə əsaslandırırsınız?

- Azərbaycanda demokratik mühitin, demokratik seçki mühitinin mövcudluğundan söhbət belə gedə bilməz. Bütün seçki kampaniyası həm vaxt, həm mühit, eləcə də hakimiyyət orqanlarının prosesə müdaxiləsi baxımından elə qurulub ki, Azərbaycanda normal, problemsiz seçki keçirmək mümkün deyil. Üç həftə ərzində ölkənin bütün regionlarına namizədin səfər etməsi fiziki baxımdan qeyri-mümkündür. Nəzərə alsaq ki, namizəd iki gündən bir televiziyada çıxış etməlidir, bütün regionlara səfər edib seçicilərlə birbaşa görüşmək mümkün deyil. Yerlərdə Cəmil Həsənlinin görüşlər keçirməsinə çox ciddi maneçiliklər törədildi. Cəmil müəllimin rayonlarda seçicilərlə görüşünə hakimiyyət tərəfindən təşkil olunmuş müdaxilələr, əhalinin öncədən qorxudulması, hədələnməsi həyata keçirildi. Belə vəziyyətdə hansı demokratik seçki mühitindən danışırlar!? Ölkədə demokratik seçki mühitinin olduğunu iddia etmək gülüncdür. Bu cür antidemokratik seçki mühitində, təzyiqlər altında uğurlu seçki kampaniyası aparmaq çox çətindir. Hesab edirəm ki, Milli Şuranın vahid namizədi əlindən gələni artıqlaması ilə etdi ki, Azərbaycan cəmiyyətində seçkiyə maraq oyansın, cəmiyyətdə xof aradan qalxsın, xalq öz gələcəyinə biganə qalmasın. Cəmiyyətdə seçkilərə inam, demək olar ki, ölmüşdü, regionlarda müxalifət qurumlarının fəaliyyəti neçə vaxtdır faktiki olaraq dondurulub, müxalifət liderlərinin regionlara səfərlərinə qadağa qoyulub. Bütün bunların hamısını nəzərə alaraq, demək olar ki, Milli Şuranın və onun vahid namizədinin bu üç həftə ərzində apardığı işlər ona yönəldi ki, hakimiyyətin bütün maneçiliklərinə baxmayaraq cəmiyyətdə seçkilərə maraq və ümid bərpa olunsun, vahid namizədin qələbəsinə lazım olan səsləri qazanmaq üçün elektorat səfərbər olsun. Azərbaycandakı qeyri-demokratik mühitdə, cəmiyyətin seçkiyə inamının yox dərəcəsində olduğu bir vəziyyətdə bu, üç həftə ərzində reallaşdırılası iş deyil, ancaq buna baxmayaraq, Milli Şuranın vahid namizədi çox böyük iş ortaya qoydu və gözləntiləri doğrultdu, cəmiyyətdə fəallıq, seçkiyə müəyyən qədər inam əmələ gəldi.

- Cəmil Həsənlinin seçki qərargahının işini necə qiymətləndirmək olar?

- Gəlin səsverməyə qədər bu mövzunu, ümumiyyətlə, müzakirə etməyək. Çünki bu, əslində çox ciddi bir məsələdir və müzakirə aparmaq üçün gələcəkdə vaxtımız olacaq. Bu da bir təcrübədir. Onun həm uğurlarından, həm nöqsanlarından nəticə çıxarmaq lazımdır.

- YAP-ın namizədinin seçki kampaniyası necə keçdi, onu uğurlu saymaq olar?

- Hakimiyyət hansısa real seçki kampaniyası aparmadı və aparılmır. Hakimiyyət namizədi seçki kampaniyasında namizəd kimi bir dəfə olsun çıxış etmədi, görüşlər keçirmədi. Açıq-aydın görünən odur ki, hakimiyyətin əlində imkan olsaydı, ümumiyyətlə, Azərbaycanda seçkiləri ləğv edərdi və İlham Əliyev ömürlük prezident elan olunardı. Seçki görüntüsü yaratmağa məcburdurlar. Ona görə ki, Azərbaycan dünya birliyinin üzvüdür, dünyandakı böyük beynəlxalq təşkilatlarda təmsil olunur. Ancaq görüntü üçün keçirdikləri seçkilərdə də heç bir seçki kampaniyasının olmaması üçün hakimiyyət əlindən gələni edir. Özlərinin seçki kampaniyası aparmaması da buna görədir. Bu hakimiyyətin əsas “texnologiyası” MSK-nı, DSK-nı və məntəqə seçki komissiyalarını tam nəzarətdə saxlayıb istədikləri rəqəmləri seçki protokollarına yazdırmaqdır. Buna da etiraz edənlərin qarşısına isə hüquq-mühafizə orqanlarının gücü ilə çıxırlar. Hakimiyyətin “seçki kampaniyası” bundan ibarətdir.

- Hakimiyyəti deyil, müxalifətin namizədini hədəfə alan namizədlərin seçki kampaniyasını nə adlandırmaq mümkündür?

- Namizədlikləri qeydə alınmış adamların əksəriyyəti nə imza toplayıblar, nə onların qeydə alınması üçün əsas var. Necə ki, deputat mandatı veriləcək şəxslərin siyahısı Prezident Administrasiyasında təsdiq olunur və seçki komissiyası sadəcə həmin siyahını rəsmiləşdirir, elə də prezidentliyə o cür namizədlərin də siyahısı əvvəldən Prezident Administrasiyasında təsdiq olunur. Mən əminəm ki, yalnız Milli Şura namizədini özü müəyyənləşdirib və onun qeydə alınması üçün qanunun tələb etdiyi bütün prosedurları həyata keçirib. Qalan namizədlərin siyahısı əvvəldən Prezident Administrasiyasında təsdiq olunub. Onlar imza toplamayıblar. Sadəcə, Prezident Administrasiyasından MSK-ya göndərilən siyahı ilə namizəd statusunu alıblar. Onlara bu statusun verilməsinin məqsədi isə təbliğat-təşviqat dövründə hamı tərəfindən göründü.

- Seçki günü seçici aktivliyinin hansı səviyyədə olacağını proqnozlaşdırırsınız? Neçə faiz seçicinin səsverməyə gəlməsi gözləniləndir?

- Konkret rəqəm söyləmək çox çətindir. Ancaq nəzərə alsaq ki, həm 2008-ci il prezident seçkilərini, 2009-cu il referendumunu, həm 2010-cu il parlament seçkilərini, demək olar, seçicilər boykot ediblər, bu ölü nöqtədən cəmiyyətin seçkiyə marağını 2013-cü ildə artırmaq mümkün oldu. Bunun da səbəbi Milli Şuranın yaradılması, orada Azərbaycanın aparıcı müxalifət partiyaları, ziyalıları, QHT-ləri, gənclərin birləşərək seçkidə vahid namizədlə iştirak etməsi, ardınca isə vahid namizədin gözəl seçki kampaniyası aparmasıdır. Bu, təkcə ölkənin daxilində yox, xaricində də seçkilərə diqqəti xeyli artırdı. Biz əvvəlki illərdə həm Avropa Birliyi, həm ABŞ tərəfindən seçkilərlə bağlı indiki kimi ciddi mesajlar görmürdük. Ola bilsin ki, 1990-cı illərin ikinci yarısı və 2000-ci illərin əvvəllərində beynəlxalq ictimaiyyətin seçkilərə diqqəti böyük olub. Ancaq 2005-ci ildən sonra Azərbaycan cəmiyyətində seçkiyə ümid öldükdən və passivlik yarandıqdan sonra beynəlxalq ictimaiyyətdə də ölkədə keçirilən seçkilərə maraq azalmışdı. İndi marağı biz bərpa edə bildik. Təbii ki, seçki kampaniyası 20 gün yox, heç olmasa iki ay olsaydı, bu prosesi daha da gücləndirmək, artırmaq olardı. Heç bir konkret rəqəm söyləmədən demək olar ki, bu seçkilər son 7 ildə keçirilən seçkilərdən aktivlik baxımından fərqlənəcək. Bu, səsvermə günü də özünü mütləq göstərəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli və Eldar Namazov arasında TƏCİLİ görüş

    Cəmil Həsənli və Eldar Namazov arasında TƏCİLİ ...

    7-01-2014, 14:17

  • 
  • Eldar Namazov Cəmil Həsənlinin istefa ehtimalından danışdı

    Eldar Namazov Cəmil Həsənlinin istefa ...

    28-08-2013, 15:09

  • 
  • "Cəmil Həsənlinin Milli Şuradakı statusunu müəyyənləşdirməliyik"

    "Cəmil Həsənlinin Milli Şuradakı statusunu ...

    24-10-2013, 13:44

  • 
  • Cəmil Həsənli ABŞ-a getdi

    Cəmil Həsənli ABŞ-a getdi ...

    12-11-2013, 11:23

  • 
  • Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşündən danışdı

    Cəmil Həsənli Rüstəm İbrahimbəyovla görüşündən ...

    16-09-2013, 16:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu