GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Anar Məmmədov: Hazırda pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol yoxdur

Anar Məmmədov: Hazırda pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol yoxdur

Tarix: 8-12-2020, 08:54 Bölmə :Müsahibə Baxış: 451
Anar Məmmədov: Hazırda pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol yoxdur


“Koronavirus pandemiyasının başladığı andan Prezident İlham Əliyevin pandemiya ilə səmərəli mübarizənin təmin olunması üçün beynəlxalq platformaların yaradılması təşəbbüsü ilə çıxış etməsi dünyada böyük rəğbətlə qarşılanmışdır. Xüsusilə də Azərbaycan liderinin təşəbbüsü ilə ilk dəfə koronavirusa qarşı mübarizə istiqamətində beynəlxalq səylərin səfərbər olunması dünya birliyində müsbət reaksiya doğurmuşdur. Bu məqsədlə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Prezident İlham Əliyevin təşəbbüsü ilə bu təsisatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə Görüşünün və Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsi bunun bariz nümunəsi idi. Ötən gün Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi də Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Cənab Prezidentin bu təşəbbüslə çıxış etməsi qlobal həmrəyliyə öz töhfəsini verməklə yanaşı, Azərbaycanın beynəlxalq ictimaiyyətin məsuliyyətli və bəşəri dəyərlərinin fəal müdafiəçisi kimi statusunu da gücləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə Prezident İlham Əliyevin təşəbbüsünü dünyanın 130-dan çox ölkəsinin dəstəkləməsi dünya dövlətlərinin Azərbaycana böyük etimadının və hörmətinin göstəricisi idi. Azərbaycan ilk gündən pandemiyaya qarşı ölkə daxilində ardıcıl mübarizə tədbirləri gördüyü kimi, beynəlxalq miqyasda da özünü çox məsuliyyətli dövlət kimi aparması ilə böyük rəğbət doğurur, qlobal həmrəyliyin möhkəmlənməsinə fəal dəstək nümayiş etdirməsi müxtəlif beynəlxalq platformalarda alqışlanır. Təsadüfi deyil ki, Azərbaycan COVID-19-la mübarizə məqsədilə indiyədək qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım göstərmişdir.

Deputat qeyd edib ki, COVID-19 infeksiyasının yaratdığı pandemiya reallığı ilə əvvəllər heç bir ölkə qarşılaşmamışdır: “Buna görə də, pandemiya indi dünya üçün ümumi bəla və ciddi imtahan sayılır. Hazırda bu vəziyyət bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Bütün ölkələrdə genişmiqyaslı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, vəziyyət hələ də mürəkkəb olaraq qalmaqda davam edir. Hazırda bütün dünyanın COVID-19 pandemiyasına qarşı, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında müzakirəyə çıxarılması isə dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcəyi şübhə doğurmur. Elə Prezident İlham Əliyev xüsusi sessiyada Qoşulmama Hərəkatının sədri kimi çıxışında pandemiyanın təsirindən formalaşmış qlobal problemləri və həll yollarını göstərməsi də bunun əyani sübutudur. Azərbaycan Prezidenti COVID-19 pandemiyasının fəsadları ilə bağlı Qoşulmama Hərəkatının narahatlığını ifadə edib. Pandemiyanın bütün ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirdiyini, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırdığını, pandemiyanın ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurduğunu diqqətə çatdırıb. Bütövlükdə, 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib və bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirib, insanların yaşayışına sarsıdıcı təsir göstərib. Xüsusilə qeyd etmək vacibdir ki, ölkə başçısı COVID-19 pandemiyası ilə mübarizənin ayrılıqda deyil, birlikdə mümkün olduğunu vurğulayır. Hamı da anlayır ki, hazırda pandemiya ilə mübarizədə birgə əməkdaşlıqdan başqa yol da yoxdur. Buna görə də, Azərbaycan lideri belə bir tarixi təşəbbüslə çıxış etdi.

Bir sözlə, Prezident İlham Əliyevin bəşəriyyət üçün əhəmiyyətli olan təşəbbüsünün dəstəklənməsi və bu istiqamətdə BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsi dünyanı çənginə almış COVID-19 pande-miyasına qarşı mübarizədə önəmli addım olmaqla yanaşı, Azərbaycanın dünya birliyinin məsuliyyətli və bəşəri problemlərin həllində çevik davranan ölkə olduğunu da təsdiqləyir”.


Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • XİN-dən İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi barədə AÇIQLAMA

    XİN-dən İlham Əliyevin təşəbbüsü ilə BMT-nin ...

    6-11-2020, 09:23

  • 
  • İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə

    İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşündə ...

    4-05-2020, 15:36

  • 
  • BMT-nin Baş katibi İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək xüsusi sessiyadan danışdı

    BMT-nin Baş katibi İlham Əliyevin təşəbbüsü ilə ...

    8-07-2020, 11:03

  • 
  • ''COVID-19 pandemiyası dünya dövlətlərinə mənfi təsir göstərir'' - TƏHLİL

    ''COVID-19 pandemiyası dünya dövlətlərinə mənfi ...

    9-07-2020, 09:53

  • 
  • Pandemiya ilə mübarizədə Azərbaycan modeli

    Pandemiya ilə mübarizədə Azərbaycan modeli ...

    29-06-2020, 09:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu