GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Sülhəddin Əkbər: “Neyləyəcək, Azərbaycana və Türkiyəyə eyni vaxtda müharibə elan edəcək?”

Sülhəddin Əkbər: “Neyləyəcək, Azərbaycana və Türkiyəyə eyni vaxtda müharibə elan edəcək?”

Tarix: 22-12-2020, 11:31 Bölmə :Müsahibə Baxış: 280
Sülhəddin Əkbər: “Neyləyəcək, Azərbaycana və Türkiyəyə eyni vaxtda müharibə elan edəcək?”


“Təxminən bir neçə ay sonra aydın şəkildə görünəcək ki, Rusiya beynəlxalq gündəlik kontekstində nə qədər asılı vəziyyətə düşəcək”

Bir sıra ciddi ekspertlər Rusiya təhdidlərindən xilas formulu barədə danışarkən Türkiyə ilə hərbi müttəfiqlik sazişinin imzalanması və sazişdən irəli gələn məsələlərin reallaşdırılmasını vacib addım kimi irəli çəkirlər. Hesab olunur ki, Rusiyanın bundan sonra regionda özünü necə aparmasından asılı olmayaraq, Azərbaycan hər cür təhdidlərdən sığortalanmaq üçün Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı möhkəmləndirməli, hərbi müttəfiqlik sazişi imzalamalıdır. Türkiyə ilə hərbi sahədə əməkdaşlıq geniş spektri əhatə edir, amma hərbi müttəfiqlik sazişi tam fərqli situasiya olar. NATO ölkəsi olan Türkiyə ilə bu, mümkündürmü?

Azad Demokratlar Partiyasının sədri, Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbərlə geniş müsahibənin ilk sualı bununla bağlı oldu. Müsahibimiz məsələni əhatəli təhlil etdi:

- Mən hər zaman bir fikri təkrar-təkrar istifadə etməkdən yorulmuram ki, 2014-cü ilin Ukrayna böhranından sonra dünyada həm yeni dünya nizamı, quruculuğu, həm də bununla bağlı olaraq geopolitik qarşıdurma həlledici mərhələyə daxil oldu. Bu, bizim regionumuza da aiddir və biz bunu son 44 günlük müharibədə də gördük. Yəni 2020-ci il bunu bizə çox açıq şəkildə göstərdi. İstər iyuldakı Tovuz hadisələri, istər avqustda ermənilərin təxribat cəhdi və nəhayət, 27 sentyabrda başlayan, 44 gün davam edən müharibə - halbuki Azərbaycanın qələbəsilə başa çatdı - bunu çox açıq şəkildə göstərdi. Bu durum, müharibənin gedişi də nümayişkaranə şəkildə göstərdi ki, yeni dünya nizamı-quruculuğu və dünyada geopolitik qarşıdurmanın həlledici mərhələyə daxil olması Azərbaycandan özünün beynəlxalq münasibətlərini yenidən əsaslı şəkildə gözdən keçirməsini tələb edir. O cümlədən nəzərə alsaq ki, bizim hərbi doktrinamızda da qeyd olunub ki, əgər regionda köklü hərbi-siyasi dəyişiklik olarsa, Azərbaycan hətta hərbi doktrinasına konkret olaraq öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə də yenidən baxa bilər. Mən çoxdan irəli sürdüyüm təkliflərdə bunu xüsusi vurğulayıram. Nəhayət, bizim çoxsaylı partiyalarla, partiya sədrləri ilə müxtəlif formatlardakı görüşlərdə təkliflərimiz də olub. Səhv etmirəmsə, ən azı üç dəfə bizim qrup şəklində belə təkliflərimiz olub ki, Azərbaycan artıq Türkiyə birliyi, strateji müttəfiqliyi hədəf götürərək, konkret hərbi-müttəfiqlik sazişi imzalamalıdır. Bəzən bizdə Türkiyə ilə olan mövcud saziş müttəfiqlik sazişi kimi qələmə verilir, bu, yanlışdır. Türkiyə ilə Azərbaycan arasında 2010-cu ildə imzalanan saziş strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında sazişdir. Bizim təklif etdiyimizsə hərbi ittifaq müqaviləsidir.

- Bu sazişlərin köklü, əsaslı fərqi nədən ibarətdir?

- Strateji tərəfdaşlıq sazişində nəzərdə tutulur ki, tərəflərdən birinə, deyək ki, Azərbaycana hücum olduqda, rəsmi Bakı Ankaraya müraciət edir, Türkiyə də bu müraciəti dəyərəndirir və öz imkanlarını dəyərləndirdikdən sonra hansı formada, hansı həcmdə yardım göstərə biləcəyini Azərbaycana bildirir. Yəni bu, indiki halda qeyd etdiyim kimi, şəraitdən, şərtlərdən, tərəflərin imkanlarından asılı olur. Amma hərbi müttəfiqlik sazişi isə... İmperativ çağırış var: birinə hücum o birinə hücumdur. Yəni burada tərəflərdən birinə hücum olanda o biri tərəf qeyd-şərtsiz özünə hücum olmuş kimi hərəkətə keçməlidir. Bizim istəyimiz odur ki, Türkiyə ilə Azərbaycan arasında belə bir saziş imzalansın, Türkiyənin hərbi bazaları Azərbaycanda yerləşdirilsin. Mən o bazaların yeri haqqında da təkliflər vermişəm: quru bazalar Naxçıvanda və Gəncədə, hava bazası Abşeronda yerləşdirilə bilər. Əslində bunun əsasları da var. Hərbi mütəxəssislər daha dəqiq yerlər müəyyən edə bilərlər. Amma ittifaq sazişinin imzalanmasına ehtiyac var. Məsələ bununla da bitmir. Azərbaycanla Türkiyə dövlətlərarası birliyin yaradılmasını - bunun hansı formada olacağını gələcək göstərəcək, Avropa Birliyinə oxşar formada da ola bilər, konfederativ formada da. Yaxud irəlilədikcə hətta federativ formaya keçmək də mümkündür. Amma əsas məsələ strateji müttəfiqliyin yaranmasıdır. Hərbi ittifaq müqaviləsi o strateji müttəfiqliyin müdafiə və təhlükəsizlik sahəsində olan komponentlərindən biridir. Digər sahələrdə, siyasi, iqtisadi, sosial, mədəni, humanitar sahələrdə də müvafiq addımlar atılmalıdır. Biz bəzi komponentləri görürük. Deyək ki, vizaların ləğvi, mərkəzi banklar arasında anlaşmanın əldə edilməsidir. Yəni biz konkret bir “yol xəritəsi” əsasında strateji müttəfiqliyi, ondan da irəliyə baxsaq, dövlətlərarası birliyi hədəf götürərək hərəkətə keçməliyik. Xüsusən də son dövrlərdə Rusiya sülhməramlı qüvvələrinin, rus və erməni birliklərinin hərəkətlərinə baxdıqda bunun nə qədər önəmli və aktual olduğu göz qabağındadır.

- Bəs Türkiyə-Azərbaycan birliyinə, hərbi müttəfiqliyinə Rusiyanın nə kimi təpkiləri ola bilər? Yoxsa Kremlin Qərb dünyası ilə münasibətlərindəki konfrantasiya bizim üçün unikal imkanlar yaradır... Yəni Rusiya ABŞ-ın Azərbaycana, regiona girməsindənsə, Türkiyənin burada varlığı ilə barışmalı olacaq, demək olarmı?

- Təşəkkür edirəm ki, mənə köməklik elədiniz. Hələ bu günədək Rusiyanın salındığı vəziyyəti demirəm, xüsusilə Bayden hakimiyyətə gəldikdən sonra əgər qlobal strateji gündəlikdə strateji bir dəyişiklik olmayacaqsa, ümumiyyətlə, Rusiya məsələsi gündəmə çıxacaq. 21-24-cü illər Rusiya məsələsinin beynəlxalq gündəlikdə, xüsusən də Amerikanın və müttəfiqlərinin gündəliyində olacağını düşünürəm. Siz əgər postsovet məkanına diqqət edirsinizsə, bunlar baş verir: Belarusda siyasi böhran artıq sistem böhranına çevrilir, Moldovada anti-Rusiya, qərbpərəst Maya Sandunun hakimiyyətə gəlməsi və Rusiyanın silahlı qüvvələrinin ölkə ərazisindən çıxarmasını tələb etməsi, Ukraynada müharibəyə hazırlığın getməsi, nəhayət, Gürcüstanda siyasi böhranın yaranması və Azərbaycanla Ermənistan arasındakı müharibənin Azərbaycanın qalibiyyəti ilə başa çatması... Ən başlıcası Türkiyənin 100 ildən sonra bölgəyə daxil olmasına Rusiyanın razılıq vermək məcburiyyəti qarşısında qalmasını və nəhayət, 2021-ci ildən Rusiyanın beynəlxalq gündəliyə gələcəyini biz nəzərə almalıyıq. Əgər Rusiya artıq Türkiyənin regionda, xüsusən də Azərbaycanda geopolitik iştirakına qarşı çıxa bilmədisə, sonda buna razılıq verməyə məcbur oldusa... Əslində hazırda Cənubi Qafqazda geopolitik ikihakimiyyətlilik yaranıb. Mən buna ikili kondominium (birgə idarəçilik-red.) deyirəm. Əslində kondominimuma Rusiya razı olub və getdikcə Azərbaycan Türkiyə ilə birlikdə bu təşəbbüsü inkişaf etdirməlidir, burada Pakistanı da yaddan çıxartmaq olmaz. Rusiyanın məncə, onun başqa yolu qalmayacaq, enində-sonunda həm Türkiyənin regionda geopolitik iştirakına, həm Azərbaycanda varlığına razı olacaq. Neyləyəcək, Azərbaycana və Türkiyəyə eyni vaxtda müharibə elan edəcək? Sizin də qeyd etdiyiniz kimi, belə ağır bir vəziyyətdə... Təxminən bir neçə ay sonra aydın şəkildə görünəcək ki, Rusiya Türkiyədən və Azərbaycandan nə qədər asılı vəziyyətə düşəcək, beynəlxalq gündəlik kontekstində. Ona görə də sonucda nə qədər müqavimət göstərsə də, Rusiya məcbur qalıb, sizin qeyd etdiyiniz kimi, NATO-nun, ABŞ-ın birbaşa Azərbaycana, regiona girməsindənsə, Türkiyənin iştirakına razılıq verməli olacaq.

- Sülhəddin bəy, məlumatlar və müşahidələriniz nə deyir: Türkiyənin özü necə, Azərbaycanla hərbi müttəfiqliyi arzu edirmi? Hərbi müttəfiqlik Ankaranın və Bakının üzərinə hər hansı hüquqi və mənəvi məsuliyyət qoyurmu?

- Artıq Türkiyə görür ki, dünyada, regionda hərbi-siyasi, geopolitik, geostrateji, geoiqtisadi vəziyyət dəyişir, Azərbaycanın strateji əhəmiyyəti artır, xüsusən də bütün neft, qaz, nəqliyyat yolları baxımından. Artıq TAP da istifadəyə verilib, ilin sonuna kimi qaz artıq Avropaya verilməyə başlayacaq. Yəni regionda bütün vəziyyət dəyişir. Türkiyə hazırda Böyük Britaniya və müttəfiqləri ilə bir hərəkət edir. Ona görə də qeyd etdim ki, qarşıdakı aylarda ABŞ, Böyük Britaniya, İsrail və Brüssel arasında, o cümlədən Ankara ilə çox ciddi danışıqlar gedəcək, strateji dialoq olacaq. Yəqin ki, Türkiyə həm ABŞ, həm Böyük Britaniya, həm Brüssel, həm də Təl-Əvivlə bu dialoqu aparacaq. Ona görə də, məncə, yaxın aylarda, uzağı may ayına qədər strateji durum aydınlaşacaq və Ankara da öz qərarını verəcək. Əgər Türkiyə, nəhayət, yenidən geopolitik müstəvidə öz müttəfiqləri ilə Rusiyaya qarşı birgə hərəkət etmək qərarı verəcəksə, təbii ki, o, ABŞ-dan, Qərbdən, NATO-dan dəstək alacaq və Azərbaycanla ittifaq müqaviləsinə daha rahat gedəcək. Yox, əgər ikinci bir variantda Rusiya ilə birgə hərəkət edəcəksə, öncə Rusiyanı qıcıqlandırmamağa çalışacaq, amma bir müddətdən sonra, Rusiya ki, çətin vəziyyətə düşəcək, məncə, o halda Ankara operativ-taktiki vəziyyəti dəyərləndirib tədricən Rusiyadan uzaqlaşmaq və Qərbə yenidən yaxınlaşmaq xətti götürəcək. O vaxt Azərbaycanla daha rahat ittifaq müqaviləsinə gedəcək. Yəni buradan nə nəticə çıxır: Ankara və Brüssellə anlaşma bu tezlikdə olacaqsa, anti-Rusiya koalisiyasına qoşulacaq, daha rahat hərəkət edəcək. Yox, əgər dil tapa bilməyəcəksə, bu məsələdə bir qədər çəkingən davranacaq, ən azı görünən perspektivdə. Gələcəkdə isə vəziyyət dəyişəcək və onda Türkiyənin də mövqeyi bu məsələdə dəyişə bilər.

- Yəni zaman Azərbaycanın lehinə işləyir...

- Bəli, zaman Azərbaycanın, Türkiyənin xeyrinə, Rusiyanın isə ziyanına işləyir. Məsələn, deyək ki, gələn ilin may-iyun aylarında, ən geci sentyabrdan başlayaraq bunu adi vətəndaşlarımız da görəcək.

- Bütün bu proseslərin də fonunda Qarabağ məsələsinin birdəfəlik həlli sürətlənə bilər, eləmi?

- Sürətlənə bilər. Ona görə də mən daim vurğulayıram ki, Azərbaycan üçün hələ üç potensial müharibə irəlidədir, biz buna çox ciddi hazır olmalıyıq. Bu, o demək deyil ki, mütləq olacaq, mən cəmiyyəti qorxutmaq üçün demirəm. Sadəcə, biz buna dövlət, cəmiyyət olaraq hazır olmalıyıq ki, hazırlıqsız yaxalanmayaq. Biri sizin də qeyd etdiyiniz kimi, Qarabağda yarımçıq qalmış məsələnin bitirilməsi, qəti qələbənin əldə olunması, oradakı rus və erməni varlığına son verilməsi; 2. Zəngəzurla bağlı məsələ gündəmə gələ bilər, bu, çox gözləniləndir, ehtimal yüksəkdir; 3. Bizdən asılı olmayaraq Cənub məsələsi gündəmə gələ bilər və biz istəməsək də, o prosesə cəlb oluna bilərik. Bu, üç məsələyə biz tam hazır olmalıyıq. Bizim üçün də əlverişli vəziyyət var, ordumuz müharibədən qələbə ilə çıxıb, Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya kimi müttəfiqlərimiz var, situasion, konyukturalı müttəfiqlərimiz... Bu yaranmış vəziyyətdən, qurulan yeni operativ-taktiki ittifaqlardan istifadə edib, müharibə təcrübəsini nəzərə alıb, çox ciddi hazırlaşmalıyıq.

Gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Türkiyənin təklifini qəbul etdi

    Azərbaycan Türkiyənin təklifini qəbul etdi ...

    6-05-2016, 02:26

  • 
  • Markov: Bu savaşda Türkiyə Bakını tək qoymayacaq

    Markov: Bu savaşda Türkiyə Bakını tək qoymayacaq ...

    20-12-2017, 11:19

  • 
  • KİV: Kreml Ermənistanın Türkiyə ilə sərhədində yeddi min əsgərini yerləşdirəcək

    KİV: Kreml Ermənistanın Türkiyə ilə sərhədində ...

    16-12-2015, 18:01

  • 
  • Səməd Seyidov: “Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əlaqələrin güclənməsi bütün dünyaya mesajdır”

    Səməd Seyidov: “Azərbaycan, Türkiyə və Gürcüstan ...

    14-09-2018, 13:56

  • 
  • Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının növbəti iclası Türkiyədə olacaq

    Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının növbəti ...

    10-03-2017, 21:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu