Ermənilər bizi girov götürərkən birinci Şahbaz tutuldu.
Bunu bu gün keçirilən mətbuat konfransında erməni girovluğundan azad olunan Dilqəm Əsgərov deyib.
O bildirib ki, Şahbaz Quliyev girov götürüləndən sonra Həsənlə 2 gün bir yerdə qalıb:
"Onların hərbi texnikaları, vertolyotları gəldi, biz Həsən Həsənovla ayrıldıq. Mən yenidən Kəlbəcərə qayıtdım. Bir neçə gün orada olandan sonra qayıtdım Həsənlə ayrıldığım yerə. Həmin yerə çatanda məni gördülər. Yaralı idim deyə qaça bilmədim. 2 vertolyot və hərbçiləri məni mühasirəyə aldılar və bildirdilər ki, Həsənlə Şahbazı əsir götürüblər. Onların üzərindəki silaha qədər dedilər. Mənim isə cəmi 7 patronum qalmışdı. Mən tutuldum. Səhəri gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları mənimlə görüşdü və məndən soruşdular ki, neçə nəfər olmusunuz. Mən dedim ki, 4 nəfərik. Mən Həsəndən məlumat almaq istəyirdim. Onda bildim ki, Həsəni öldürüblər".
Sorğu
Yeni dizaynımız necədir?