GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “TÜRKİYƏ NARAHATDIR VƏ ƏLİNDƏN GƏLƏNİ EDİR...” – “Laçın dəhlizinə girişə mütləq nəzarət etməliyik”

“TÜRKİYƏ NARAHATDIR VƏ ƏLİNDƏN GƏLƏNİ EDİR...” – “Laçın dəhlizinə girişə mütləq nəzarət etməliyik”

Tarix: 11-01-2021, 13:19 Bölmə :Müsahibə Baxış: 363
“TÜRKİYƏ NARAHATDIR VƏ ƏLİNDƏN GƏLƏNİ EDİR...” – “Laçın dəhlizinə girişə mütləq nəzarət etməliyik”


10 noyabrda imzalanan sazişlə atəşkəsin əldə edilməsindən və işğal olunan bölgələrin əhəmiyyətli hissəsinin düşməndən geri alınmasından sonra da münaqişə bölgəsində həssas və gərgin atmosfer davam edir. Prezidenti İlham Əliyevin son açıqlamaları, düşmənə Azərbaycan dövlətinin gücünü xatırlatması, eləcə də sülhməramlılar haqda fikirləri bölgədə gərginliyin bitmədiyinə işarədir.

“AzPolitika.info” bu aktual mövzunu Azad Demokratlar Partiyasının (AzDP) sədri, təhlükəsizlik eksperti Sülhəddin Əkbərlə müzakirə edib:

- Sülhəddin bəy, son günlər sosial şəbəkələrdə Türkiyədən Azərbaycana uçan hərbi təyyarələr, kontingent və ölkələrimiz arasında hərbi əməkdaşlıq haqqında müxtəlif yeni məlumatlar yayılır. Bəzi media orqanları hətta Türkiyənin ölkəmizdə hərbi baza quracağından bəhs edirlər. Sizcə, bu xəbərlər haradan qaynaqlanır və deyilənlərdə həqiqət payı varmı?

- Mənim fikrimcə, hərbi əməliyyatlar dayansa da, müharibə bitməyib. Atəşkəs olsa da, sülh anlaşması yoxdur. Bu mənda müharibəni bitmiş hesab etmək olmaz. Rusiya Silahlı Qüvvələrinin “sülhməramlı” adı altında ölkəmizə geri dönməsi isə sözsüz ki, narazılığı artırır. Narazılığı daha çox artıran məqam Rusiyanın bununla kifayətlənməyərək müxtəlif adlar altında orada texnikasının və hərbi personalının sayını artırması, Azərbaycandan hərbi baza tələb etməsidir. Təəssüf ki, bu fonda Birgə Monitorinq Mərkəzinin işə düşməsi gecikir. Baxmayaraq ki, Türkiyə bu barədə qərarını verib, hərbi personalını ayırıb və onlar Azərbaycandadır. Bu arada sözsüz ki, Türkiyə də yaranan vəziyyətdən narahatdır, posesi yaxından izləyir və Rusiyanın hərəkətlərini mümkün qədər məhdudlaşdırmaq üçün əlindən gələni edir.

Dövlət başçısı 2020-ci ilin yekunlarına dair müşavirədə diplomatik dildə, Rusiyanı incitməyəcək şəkildə sülhməramlıların missiyadan kənara çıxdığını qeyd etdi. Məncə, həmin çıxışı diqqətlə oxuyanda bunu sezmək olar. Fikrimcə, dövlət başçısı qonşu dövlət kimi Rusiya ilə işləmək zorundadır, odur ki, publik açıqlamalar verəndə çalışır ki, korrekt olsun. Amma biz bilirik ki, bu məsələ ilə bağlı vəziyyət kifayət qədər gərgindir. Türkiyə ilə təmaslar intensivdir və birlikdə çalışılır ki, Rusiyanın məlum fəaliyyəti mümkün qədər məhdudlaşdırılsın. Amma bu, Rusiyadır, onu məhdudlaşdırmaq asan olmayacaq. Əslində, işin ilk başından Azərbaycan Rusiyanın təkbaşına “sülhməramlı” adı altında bölgəyə girməsinə imkan verməməli, yalnız türk ordusu ilə birgə daxil olmasına razılıq verməli idi. Mən bilmirəm ki, gizli razılaşma olub, ya yox. Çünki belə hallarda gizli razılaşmalar mümkündür. Təcrübədə belə hallar olur. Dövlət başçısı çıxışı zamanı bildirdi ki, üçtərəfli siyasi bəyannamədən əlavə ortada başqa sənəd yoxdur. Ola bilsin, heç bir sənəd yoxdur, amma diplomatiyada “centlmen razılaşmaları” olur. Biz bilirik ki, növbəti görüş gözlənilir və orada müəyyən sənədlər imzalana bilər. Başqa sözlə, əgər “centlmen razılaşması” varsa, bu dəfə həmin razılaşma imzalanan sənədə çevrilə bilər. Odur ki, Türkiyə narahatdır və Azərbaycanın Rusiya qarşısında geri çəkilməməsi üçün əlindən gələni edir.

- Prezident çıxışı zamanı həm də qeyd etdi ki, vəziyyəti nəzərə alaraq, rus sülhməramlılarının müəyyən humanitar fəaliyyət göstərməsinə razılıq verilib...

- Bilirsinizmi, bu məsələdə mən dərinə getməyin tərəfdarı deyiləm. Amma biz razılıq verməsəydik belə, Rusiya orada bu işləri həyata keçirəcəkdi. Lakin mümkündür ki, Azərbaycan tərəfinin razılığından sonra Rusiyanın bu işləri görməsi nəqliyyat və lojistik baxımdan asanlaşıb.

- Rəsmi İrəvanın mövqeyində qəribə təzahürlər müşahidə olunur - baş nazir Paşinyan deyir ki, Mehri dəhlizi daxil olmaqla, Ermənistanın heç bir ərazisinə dair üçtərəfli razılaşmada qeyd yoxdur...

- Əgər söhbət konkret danışıqdan gedirsə, bəyannamədə “dəhliz” ifadəsi yoxdur, amma biz çalışmalıyıq ki, “təhlükəsiz nəqliyyat hərəkəti” ifadəsi “dəhliz” ifadəsi ilə əvəz edilsin. Əslində, məni narahat edən məqamlardan biri odur ki, Laçın dəhlizi ilə Mehri dəhlizi adlandırdığımız ərazilər arasında sənəddə fərq qoyulub. Biri “dəhliz” adlanır və ərazini ehtiva edir, digəri isə “təhlükəsiz nəqliyyat əlaqəsi” adlanır və ərazidən söhbət getmir.

- Sizcə, Ermənistan tərəfi Mehri dəhlizinin açılması məsələsindən qaça bilərmi?

- Bu razılaşmaya Rusiya təminatçıdır, digər tərəfdən Ermənistan Moskvanın strateji nəzarətindədir. Ermənistanın sərhədləri, hava məkanı Rusiya tərəfindən qorunur. Xüsusilə, Ermənistanın dəmir yolları Rusiyanın əlindədir. Əgər Rusiya pərdə arxasından İrəvana göstəriş verməsə, Ermənistan bu dəhlizin açılmasına müqavimət göstərmək imkanında deyil. Mümkündür ki, Rusiya Azərbaycandan istədiklərini ala bilmədiyi üçün Ermənistana işarə edib ki, Mehri dəhlizi haqqında belə açıqlamalar versin. Baxmayaraq ki, hərfi mənada Paşinyanın dediyi kimi, sənəddə “dəhliz” ifadəsi yoxdur. Amma biz çalışmalıyıq ki, bu ifadə növbəti sənəddə olsun.

- Yeri gəlmişkən, yanvarın 11-dəı Moskvada üçtərəfli görüşün keçiriləcəyi gözlənilir. Sizcə, bu görüşdə əsasən hansı məsələlər gündəliyə çıxarıla bilər?

- Müzakirə ediləcək məsələlər çoxdur. Rusiyanın hərbi baza tələbləri də daxil olmaqla, açıq qalan və həll edilməmiş çoxlu məsələlər var. Ortada yalnız siyasi bəyanat mövcuddur. O zaman məqsəd qoyulmuşdu ki, təcili atəşkəs elan olunsun. Odur ki, sənəddə əsasən atəşkəsin əldə edilməsi üçün irəli sürülən şərtlər vardı. İndi isə lazımdır ki, buradakı digər çoxsaylı məsələlər də öz həllini tapsın.

Birincisi, sülhməramlı qüvvələrin hüquq və səlahiyyətləri. Bəyannamədə bu haqda heç nə yoxdur. Onlara nəzarəti kim həyata keçirməlidir? Bu saat bizim nəzarət imkanımız varmı, bilirikmi orada nə qədər canlı qüvvə, texnika var? Yoxdur! Burada nə Azərbaycanın, nə Türkiyənin, nə də hansısa beynəlxalq qurumun müşahidə-nəzarət sistemi yoxdur. Sözsüz ki, bu məsələlərin hamısının hüquqi çərçivəsi olmalıdır. Azərbaycan milli səviyyədə bununla bağlı qanunlar qəbul etməlidir. Beynəlxalq hüquqa görə bizim ərazimiz hesab olunsa da, faktiki olaraq, hazırda rus və erməni birliklərinin nəzarətində olan məlum ərazi bizim yurisdiksiyamız altında deyil. Orada bizim qanunlar işləmir. Odur ki, Azərbaycan bu ərazilərin müvəqqəti statusu haqqında qanun qəbul etməlidir. Bu qanun çərçivəsində sülhməramlıların hüquqi statusu, hərəkətlərinin yoxlanılması və onlara nəzarət haqqında normalar müəyyən edilməlidir. Təbii ki, əgər bu yetərli olmasa, Azərbaycan Türkiyə və başqa tərəfdaşları ilə birgə hərəkət edə bilər. Burada ATƏT, BMT və digər mexanizmlər var.

Məsələn, Azərbaycan istəsə, yaranan vəziyyətlə bağlı NATO çərçivəsində 30+1 formatında məsləhətləşmələr apara bilər. Yəni Rusiya birbaşa və dolayısı yolla Azərbaycana təzyiqlər edirsə, Azərbaycanın da belə imkanları var. Azərbaycan Türkiyə və Pakistan kimi təbii müttəfiqləri, eləcə də bu məsələdə geopolitik müttəfiqləri olan İngiltərə və İsraillə məsləhətləşmələr apara bilər.

Yeri gəlmişkən, mən bir məqama qayıtmaq istərdim. Şuşaya həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi haqqında qərar verilib. Yaxşı, orada Xocalı hava limanı yoxdurmu? Sovet dövründə Xankəndiyə qədər dəmir yolu yox idimi? Nəyə görə ölkənin mərkəzində avtomobil yolunu, dəmir yolunu, Xocalı hava limanını qoyub, Füzulidə hava limanı tikirik? Büdcəmiz imkan verirsə paralel yollar da olsun. Regionun, eləcə də turizmin inkişafı, həmçinin strateji baxımdan həqiqətən bunlar lazımdır. Amma öncəlik məsələsi var. İmkanımız varsa, bunları paralel aparaq. Lakin bu sual açıq qalır - nəyə görə Xocalı hava limanı dura-dura, Şuşaya getmək üçün Füzulidə hava limanı tikirik?

- Sizcə, bu sualınızın cavabı nədir?

- Mən narahatam ki, Xocalı hava limanını ruslar istəyirlər. Qorxuram ki, orada ruslar Rusiya Aviakosmik Qüvvələrinin bazasını qurmaq istəsinlər. Bundan çox narahatam. Görünür, Azərbaycan tərəfi rus-erməni birliklərinin nəzarətində olan bölgənin nə vaxt bizə qaytarılacağını bilmədiyi üçün, daha doğrusu bu işdə qeyri-müəyyənlik olduğuna görə, belə kommunikasiyalar haqqında düşünür. Bu məsələyə aydınlıq gətirilməlidir.

- Belə çıxır ki, hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginlik var?...

- Bəli, münasibətlər gərgindir və bunu başa düşmək olar. Həm də qeyd edim ki, Azərbaycanda dövlət başçısına Rusiyanın qarşısında duruş gətirmək üçün birmənalı ictimai-siyasi dəstək var. Bizim bu dəstəyimiz bu gün də, sabah da birmənalı davam edəcək. Amma necə ki, ictimaiyyətə digər məsələlər haqqında məlumat verilir, bu barədə də informasiya verilməlidir.

Sual olunur ki, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yaşayan ermənilər üçün hansı statusu düşünür? Biz nə qədər desək ki, “status məsələsi” gündəmdə yoxdur, bu məsələ mütləq gündəmə gələcək. Qeyri-müəyyənlik nə vaxta qədər davam edə bilər? Mən sual edirəm, indi oranın statusu nədir?

- Madrid prinsiplərinin başqa formada həyata keçirildiyini nəzərə aldıqda, “aralıq statusu” kimi görünür...

- Putin çıxışında dedi ki, orada status-kvo qalır, yekun statusa isə gələcəkdə baxılacaq. Bəs mövcud status nədir? Odur ki, “DQR” qalır. Ona görə də sülhməramlı adlanan qüvvələr tərəf müqabili olaraq onlarla görüşür, müzakirə aparırlar. Üstəlik, saxta respublika elan edənlər iclas keçirir, struktur yaradır, kadr dəyişiklikləri həyata keçirir və s. Bu məsələlərə də aydınlıq gəlməlidir. - Prezident son çıxışında Ermənistan Xarici İşlər nazirinin Xankəndi səfərinə ciddi etiraz etdi, hətta açıq hədələdi, bildirdi ki, “dəmir yumruq” hələ mövcuddur...

- Mən ilk gündən təklif edirdim ki, Ermənistanla sərhədimizin Laçın istiqamətindəki 5 kilometr enində hissəsinə mütləq nəzarəti bərpa etməliyik. Dövlət Sərhəd Xidməti bu gün Qubadlı və Zəngilan istiqamətində sərhəd zastavaları, postlar qurur, eyni şeyi Laçın dəhlizində də yaratmaq lazımdır. Orada keçid qapımız olmalıdır. Sülhməramlı da oraya nəzarət etsin, onun funksiyası atəşkəsə nəzarətdir. Əgər biz ölkəmizə kimin gəlib-getdiyini, nə aparıb-gətirdiyini bilmiriksə, hansı sərhəd toxunulmazlığından söhbət gedə bilər?

- Sizcə, dəhlizə nəzarəti bərpa etməyimiz mümkündürmü?

- Bəli, mümkündür. Azərbaycan dövlət sərhədini bərpa etməlidir. Kim buna qarşı çıxa bilər? Bu, atəşkəsə nəzarətə mane olur? Beynəlxalq hüquq normaları da tələb edir ki, ölkəyə giriş-çıxış, sərhədləri, hava məkanı, su sərhədləri dövlətin suverenliyi və yurisdiksiyası altında olmalıdır. Oradan Azərbaycanın icazəsi olmadan heç bir şəxs, mal və texnika ölkəyə girə bilməz. Dövlət başçısı qeyd etdi ki, noyabrın 26-dan sonra Hadrut rayonu istiqamətinə silahlılar gəlib. Hətta biz onlara qarşı əməliyyat keçirdik. İndi kim zəmanət verir ki, sabah oraya əvvəlkindən də artıq sayda qruplar gəlməyəcək? Bizim o sərhədə, Laçın dəhlizinə, rus-erməni birliklərinin nəzarətində olan əraziyə hansı nəzarət imkanımız var?

Odur ki, birinci növbədə həmin 5 kilometrlik sərhəd nəzarətə alınmalı, nəzarət-buraxılış məntəqəsi, gömrük postu yaradılmalı, polisimiz orada xidmət göstərməlidir. Mən eyni zamanda hesab edirəm ki, Laçın dəhlizi daxil olmaqla, rus-erməni birliklərinin nəzarətində olan əraziyə perimetr üzrə Azərbaycan və Türkiyənin birgə postları qurulmalıdır. Bu postlar arasında patrul xidməti həyata keçirilməlidir. Bunun da heç kəsə dəxli yoxdur. Azərbaycanın və Türkiyənin bayrağını oradan keçən hər bir kəs görməlidir...

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Fars körfəzində hərbi baza yaradır

    Türkiyə Fars körfəzində hərbi baza yaradır ...

    17-12-2015, 00:55

  • 
  • Sülhəddin Əkbərin partiyasının üzvləri Milli Şuradan çıxdılar

    Sülhəddin Əkbərin partiyasının üzvləri Milli ...

    8-07-2014, 16:20

  • 
  • Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı

    Sülhəddin Əkbərin sənədləri yenə geri qaytarıldı ...

    10-10-2014, 17:58

  • 
  • Rusiya Türkiyə ilə sərhəddə yeni hərbi baza yaradır

    Rusiya Türkiyə ilə sərhəddə yeni hərbi baza ...

    22-01-2016, 16:15

  • 
  • Cəbhə bölgəsində Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı olub - FOTOLAR

    Cəbhə bölgəsində Raket və Artilleriya ...

    19-06-2018, 20:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu