Rusiya Suriyanın Türkiyə ilə sərhəd Qamışlı şəhərində yeni hərbi baza yaradır.
Modern.az Qərb KİV-nə istinadən xəbər verir ki, Qamışlıdakı aerodorma artıq Rusiya hərbi mühəndisləri yerləşdirilib. "Fox News" saytının məlumatına görə, Pentaqondakı yüksək rütbəli hərbçi qurumun hadisələri narahatlıqla izlədiyini deyib.
Bundan başqa, Suriyanın şimal-şərqində yerləşən aerodorma, hələ ki, yalnız 100 rus hərbçinin gəldiyini və onların yerli administrasiya və kürd milisi ilə bölgədə yerləşmək barədə razılıq əldə etdiyini xəbər verir.
Amerikanın Birləşmiş Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford isə Rusiyanın Qamışlıda hərbi aviasiya bazasını hansı məqsdələrlə yaratdığının müəyyən olunmadığını deyib.
Generalın fikrincə, ruslar yerli kürdlərə İŞİD-i bombalayacaqlarını, Əsəd qüvvələrinə isə onların bölgədə mövqelərini möhkəmləndirəcəkləri ilə bağlı vəd verməklə hər iki tərəfin dəstəyini qazanıb.
Hazırda Rusiya Suriyanın Latakiya şəhərindəki Xmeymim aerodromundan İŞİD mövqelərini bombalamaq üçün istifadə edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?