GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə »  Ruslar “nəbz yoxlayır”: “Qarabağa hərbi qruplaşmalar gətirir” – “Dəmir Yumruq” havada...!

 Ruslar “nəbz yoxlayır”: “Qarabağa hərbi qruplaşmalar gətirir” – “Dəmir Yumruq” havada...!

Tarix: 5-02-2021, 13:39 Bölmə :Müsahibə Baxış: 390
 Ruslar “nəbz yoxlayır”: “Qarabağa hərbi qruplaşmalar gətirir” – “Dəmir Yumruq” havada...!


10 noyabr bəyanatı ilə Azərbaycan qazandığı tarixi qələbədən sonra da Qarabağ ətrafındakı proseslər davam etməkdədir. Bir neçə gün əvvəl türk-rus birgə Monitorinq Mərkəzinin regionda fəaliyyətə başlaması, əlbəttə, sevindirici haldır. Lakin düşmənin Qazax istiqamətində törətdiyi təxribatdan sonra narahat olmaya bilmirik. Çünki onsuz da xislətlərinə bələd olduğumuz ermənilərin dinc dayanmaq istəmədikləri göz önündədir. Bu isə onu deməyə əsas verir ki, növbəti “Dəmir yumruq” hər havaya qalxa bilər.

Türkiyədə yaşayan soydaşımız, Kırklareli universitetinin beynəlxalq münasibətlər kafedrasının müəllimi Gülara Yenisey də baş verən proseslərlə bağlı “Sherg.az”ın suallarını cavablandırarkən növbəti savaşı istisna etmədiyini söylədi:

-Azərbaycanın tarixi qələbəsini necə qiymətləndirirsiniz?

-Bu zəfərlə Azərbaycanın müasir tarixində yeni, şanlı bir səhifə açıldı. Beləliklə, tariximiz və taleyimiz dəyişildi. Qazandığımız uğur, əlbəttə, bölgəyə də təsir göstərdi. Bütün türk və İslam dünyası bizim qələbəmizdən cəsarət aldı. Bu təsirlər tədricən artacaq. Azərbaycan güclənəcək və həm demokratiya, həm də sosial ədalət baxımından dünyaya nümunə olacaq. Qeyd etməliyəm ki, ədalətin yerini tapması millətimizi də mənəvi cəhətdən gücləndirdi. Bu zəfəri qazanan Azərbaycan xalqıdır. Və həmin xalq yüksək səviyyəli rifaha layiqdir.

-Qarabağdakı rus sülhməramlılarınının fəaliyyətini necə qiymətləndirirsiniz?

-Hadisələri yaxından izləyirik. Ruslar sülhü təmin etməkdən ötrü gəlsələr də, fəaliyyətləri bizi təşvişə salır. Birincisi, rusların “əli ilə” Qarabağa hərbi qruplaşmalar gətirilməkdədir. İkincisi isə regiona əlli mindən çox erməni yerləşdirilib. Amma bircə nəfər belə, olsun azərbaycanlı yoxdur. Niyə?! Bax, bunlar bizi düşündürür.

-Elə isə nə etməliyik?

- Bu məsələdə həm millətimizin, həm dövlətimizin üzərinə vəzifə düşür. Əslində xalqımız kifayət qədər oyaqdır. İnsanlar baş verənlərə operativ reaksiya göstərirlər. Fəqət, hadisələrə eləcə də, rəsmi səviyyədə münasibət bildirməli, narahatlığımızı çatdırmalıyıq. Rusların bu addımları “nəbz yoxlamaq”dır. Əgər indi səsimizi çıxarmasaq, gələcəkdə daha böyük problemlər yaradacaqlar.

-Artıq yaradılmış türk-rus birgə monitorinq mərkəzinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Təəssüf ki, proses bir az gec tamamlandı. Amma bu təşəbbüs çox vacib idi. Bundan sonra Qarabağda nə Rusiya “at oynadacaq”, nə Ermənistan aktivləşəcək. Türk hərbçiləri bütün regiona nəzarət etməlidirlər. Onlar təkcə sülhü təmin etməklə kifayətlənməməli, həm də qanunsuz məskunlaşmaların qarşısını almalı və erməni hərbi birləşmələrini tamamilə silahsızlaşdırmalıdırlar. Türkiyə ilk dəfədir ki, Qafqazda belə ciddi addım atır. Fikrimcə, bundan sonra vəziyyət Azərbaycanın lehinə inkişaf edəcək və “əlimiz güclənəcək”.

-Bilirsiniz ki, yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistan baş naziri Nikol Paşinyan məsələnin hələ bitmədiyini deyib. Deməli, yeni müharibə başlaya bilər?

-Bu məğlubiyyəti nə Paşinyan, nə də onun əsas rəqibi olan Vazgen Manukyan qəbul edir. Əksinə, hər ikisi də revanşist iddialar səsləndirir. Hətta Manukyan hakimiyyətə gələcəyi təqdirdə Azərbaycana “dərs verəcəyini” deyir. İkinci bir tərəfdən isə Ermənistan süni, başqa sözlə desək, “mafiya dövlətidir”. Onu Ermənistan diasporu idarə edir. Yerli əhali yüz illərdir davam edən ideologiya ilə zəhərlənib. Guya ki, bütün dünya, xüsusilə türklər onların düşmənidir. Və guya nə vaxtsa ermənilərə qarşı soyqırım törədilib. Təəssüf ki, bu ideologiya hələ mövcudluğunu qoruyur. Hər iki fakta əsasən hər an hər şeyin ola biləcəyini deməliyik. Yəni indi arxayınlaşmaq vaxtı deyil. Əksinə, ayıq-sayıq olmalıyıq.

-Bəs yeni müharibə başlasa nələr olacaq?

-Təbii ki, bu, Ermənistan üçün uğursuz ssenaridir. Hərbi əməliyyatlar bərpa olunacağı təqdirdə, biz digər torpaqlarımızı da azad edəcəyik. Hətta, ola bilsin, bir dövlət kimi Ermənistanın varlığına da son qoyulsun. Əslində ağıllı erməni siyasətçilər baş verə biləcəkləri əvvəlcədən görməli və hakimiyyəti konstruktiv mövqe sərgiləməyə çağırmalıdırlar.

-Ermənistan üçün çıxış yolu nədir?

-İlk növbədə onu deyim ki, Rusiyanın neytrallığını təmin etmək üçün beynəlxalq qurumların regiona dəvət olunması da mühüm şərtdir. Bu, Qarabağda Kremlin təsir gücünü zəiflədəcək. Ermənistan isə iddialarından əl çəkəcəyi təqdirdə, biz onunla iqtisadi və digər sahələrdə əməkdaşlıq edə bilərik. Əslində belə bir gələcək hazırda çox çətin durumda olan rəsmi İrəvanın özünə lazımdır. Azərbaycan Ermənistan üçün yeganə xilaskardır.

-İran Xarici İşlər Naziri Cavad Zərif son günlər ard-arda səfərlər edir. Onu təlaşlandıran nədir?

-Otuz illik işğal dövründə İran daim Ermənistanı dəstəkləyib. Bunu bütün dünya bilir. Elə 44 günlük müharibədə də düşmənimizin xeyrinə əlindən gələni elədi. Amma bir məqamı- Cənubi Azərbaycanı unutmuşdu. Rəsmi Tehranın sonradan ritorikasını dəyişməsi heç də təsadüfi deyildi.

-Niyə dəyişdi ki?

-Birincisi, Cənubi Azərbaycan bu dövrdə bizim üçün arxa cəbhə idi. Ordakı aksiyalar, yolların bağlanması və sair addımlar hakimiyyəti qorxutdu. İkincisi, əlbəttə, Azərbaycanın xarici siyasətinin, o cümlədən görüşlərin, telefon danışıqlarının da məsələdə xüsusi rol var idi. Həm də rəsmi Tehran bizim qalib gələcəyimizi artıq başa düşmüşdü. İran bundan sonra Cənubi Azərbaycan amilini nəzərə alaraq hərəkət edəcək. Onun bizim əleyhimizə hansısa addımı ilk növbədə özünə ziyandır.

-Hadisələrin bundan sonrakı inkişafını necə görürsünüz?

- Bizim tarixi qələbə qazanmağımız danılmazdır. Amma hələ də görüləsi işlərimiz var. Bunlardan ən başlıcası əhalinin Qarabağa köçürülməsidir. İşğaldan azad olunmuş torpaqlarımızda yaşayış nə qədər tez bərpa olunarsa, o qədər yaxşıdır. Fikrimcə, minadan təmizlənən yerlərə əhali köçürülməlidir. İkinci bir tərəfdən isə, Ermənistanın nə qərar verməsindən asılı olmayaraq, Azərbaycan güclü tərəfdir. Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazandığımız qələbəni dünya da qəbul edir. Biz gücümüzdən istifadə edərək haqq səsimizi dünyaya daha çox çatdırmalıyıq. Çünki hələ də bəzi ölkələrdə Azərbaycana aid yanlış təsəvvürlər var. Hər şeydən əvvəl milli birlik daimi olmalıdır. Necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Biz Qarabağın həqiqi sahiblərinin kim olduğunu dünyaya göstərməliyik. Əslində bu barədə ümidliyəm. Çünki Azərbaycan xalqına inamım sonsuzdur.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Ordusu düşmənə qarşı əməliyyatları “Dəmir yumruq” adı altında keçirib

    Azərbaycan Ordusu düşmənə qarşı əməliyyatları ...

    10-12-2020, 14:35

  • 
  • Deportasiya Mərkəzi 1988-ci ildə ermənilərin sonuncu türk deportasiyası haqda bəyanat yayıb

    Deportasiya Mərkəzi 1988-ci ildə ermənilərin ...

    5-12-2018, 21:39

  • 
  • Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı

    Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı ...

    4-01-2021, 11:42

  • 
  • Bu gün alman faşizmi üzərində tarixi qələbədən 68 il keçir.

    Bu gün alman faşizmi üzərində tarixi qələbədən 68 ...

    9-05-2013, 00:34

  • 
  • Alimpaşa Məmmədov o qədərmi kasıblayıb? - GİLEY

    Alimpaşa Məmmədov o qədərmi kasıblayıb? - GİLEY ...

    18-12-2020, 12:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu