GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “Hər iki doza vaksin olunanların xəstəliyi ağır keçirməsi iddiası əsassızdır” - həkim

“Hər iki doza vaksin olunanların xəstəliyi ağır keçirməsi iddiası əsassızdır” - həkim

Tarix: 17-08-2021, 10:28 Bölmə :Müsahibə Baxış: 1 701
“Hər iki doza vaksin olunanların xəstəliyi ağır keçirməsi iddiası əsassızdır” - həkim


“Əgər bütün bu qaydalara əməl olunsa, toylara da qadağa qoyulmasına, digər qapanmalara da ehtiyac olmaz”

Azərbaycanda koronavirusa yoluxma statistikasında artım davam edir. Son günlər rəqəmlər 3000-3500 arasında dəyişir. Bəs görəsən, bu artım ölkəmizə, vətəndaşlarımıza vaksin mövzusunda necə təsir edir? Vaksinasiya olunmaqda könüllülük hansı faizlə ifadə oluna bilər? Qapanmalara gediləcəyi ilə bağlı müzakirələr də başlayıb. Məhərrəmlikdən sonra toylara qadağa qoyula bilərmi? Bu arada sosial şəbəkələrdə hər iki doza vaksin olunanların xəstəliyi ağır keçirməsi ilə bağlı məlumatlar da yer alıb. Bu doğrudurmu?

Yeri gəlmişkən, bu məsələ ilə bağlı millət vəkili Soltan Məmmədov mediaya açıqlama verib. O bildirib ki, bəzi insanlar peyvənd olunduğu halda yoluxmanı əsas gətirərək lazımsız şayiələr yayır: “Tətbiq edilən peyvəndlərin özünün effektivlik dərəcəsi var. Əgər peyvəndin effektivliyi 80-90 faizdirsə, deməli, 100 peyvənd olunan insandan 10-20 nəfərində peyvənddən sonra immunitet əmələ gəlməyə bilər. Ona görə də bunun ikinci, üçüncü dozası var.Çox sevinirəm ki, bu gün həm dövlət qurumları, həm həkimlər, həm də ictimai xadimlərimiz maksimum dərəcədə insanların maarifləndirilməsi üçün işlər görür. Peyvənd proqramının uğurlu həyata keçirilməsi üçün dövlətimiz müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirir. Toy və şənliklərdə, müxtəlif müəssisələrdə insanların mütləq qaydada peyvənd olunması kimi tədbirləri alqışlayıram. Bu, heç də məcburiyyət deyil, insanların peyvəndə cəlb olunması üçün artıq təcrübədə olan addımlardır. Ümumilikdə isə insanlarla çatdırmalıyıq ki, ətrafımızdakı şəxslər peyvənd olunduğu halda xəstəliyə ya yoluxmur, ya da yoluxduğu halda yüngül keçirirlər. Ona görə də mən düşünürəm ki, bu stimullaşdırıcı tədbirlərin sayını artırmalıyıq.

Əvvəllər də olurdu ki, uşaqlar məktəbə gedərkən peyvəndlə bağlı arayışlar tələb edirdilər. Bunun məqsədi uşaqların sağlamlığı idi. Bu gün də məqsəd uşaqların, gələcək nəsillərin sağlamlığı üçün insanları müəyyən stimullaşdırıcı tədbirlər vasitəsilə vaksinasiya prosesinə cəlb etməkdir".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova "Yeni Tv"-nin canlı yayımında

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova “Yeni Müsavat”a bildirib ki, əvvəlki dövrlərlə müqayisədə vaksinasiyaya maraq daha çox artıb: “Çünki bildiyimizə görə, müəyyən toplum olan məclislərdə iştirak etmək üçün vaksin pasportunun olması tələb olunur. Bu baxımdan da vətəndaşlar əvvəlki həyat tərzinə qayıtmaq üçün vaksinasiyaya maraq göstərir. Digər bir tərəfdən, artıq yeni pandemiyadan yeganə xilas olmaq yolu təbii ki, vaksinasiyadır. Lakin sosial şəbəkələrdə hər iki doza vaksin olunanların xəstəliyi ağır keçirməsi barədə məlumatlar doğru deyil, yəni əsassızdır. Çünki əksinə olaraq qeyd edə bilərəm ki, hazırkı dünya praktikasında da ABŞ-ın Xəstəliklərin İdarəolunması və Tədbirlər Mərkəzinin (CDC) məlumatına əsasən, dəqiq söyləmək olar ki, hazırki dövrdə ”hospitalizasiya" olunan xəstələrin arasında daha çox vaksinasiya olunmayan xəstələr üstünlük təşkil edir. Yəni hər iki doza vaksin almayanlardan söhbət gedir. Hazırda istifadə olunan peyvəndlərin heç birində yüz faiz qoruma əldə olunmayıb. Ən maksimal göstərici 94-96 faizə qədərdir. Bundan aşağı göstəricilərin olması o deməkdir ki, insan yenə də xəstələnə bilər. Lakin bu zaman xəstəliyi çox yüngül əlamətlərlə keçirə bilər. Yəni belə halda xəstəxanaya düşmə faizi yaxud ağırlaşmaların baş verəcəyi ehtimalı çox aşağıdır".

Həkim yenidən qapanmaların olacağı ilə bağlı məsələyə münasibət bildirib: “Qabaqcadan qapanmalarla bağlı hər hansı bir qərarı proqnozlaşdırmaq mümkün deyil. Çünki bu, mövcud şəraitdən, yoluxan xəstələrin sayından, ”hospitalizasiya" hallarının sayından və digər amillərdən asılıdır. Yəni müvafiq epidemioloji göstəricilər vardır ki, onlar qiymətləndirilərək Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim olunur. Qapanmalara ehtiyac olub-olmaması bu qurumun səlahiyyətləri çərçivəsindədir. Hələlik vaksinasiya işləri gedir və qorunma tədbirləri ilə bağlı daimi biz çağırış edirik. Yenə də arxayınlıq yaranmasın. Yumşalmalardan sonra təbii ki, artım həmişə olur. Biz öz sayıqlığımızı bir qədər azaldırıq. Buna görə də bunu zaman göstərəcək. Qabaqcadan demək mümkün deyil. O ki qaldı Məhərrəmlikdən sonra toylara qadağaların qoyulması məsələsinə, Azərbaycan dövləti hüquqi dövlətdir, dini dövlət deyil. O baxımdan da Məhərrəmlik zamanı, sadəcə olaraq, xalqın etiqadına əsasən toylar keçirilmir. Lakin əgər ehtimal olarsa, yəni həddən artıq yoluxma artarsa, bayaq dediyim kimi, müvafiq göstəricilər vardır ki, ona əsasən epidemioloji vəziyyətin təhlili aparılır. Əgər ehtiyac olarsa, o halda müvafiq qurumların rəyi əsasında toyların keçirilməsinə qadağa qoyulması məsələsi müzakirəyə çıxarıla bilər. Çünki bizim koronavirusdan qorunmağımızın digər bir yolu toplaşmaqdan çəkinməkdir. Ehtiyac yaranmadıqca insan izdihamı olan mühitlərdə maksimum az olmaq lazımdır".

Bu arada ötən gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcək. Eyni zamanda nazirliyin bu və ya digər mərhələdə vətəndaşın əyani qəbulunu və ya müayinəsini, onunla əyani ünsiyyəti nəzərdə tutan elektron xidmətlərinə edilən müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımla əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.

Həkim-infeksionist İlahə Vəliyeva da mövzu ilə bağlı münasibət bildirib: “Statistikaya da nəzər salsaq görərik ki, vaksin olunanların sayı günü-gündən artır. Əvvəllər məcburiyyət var idisə, artıq könüllü şəkildə müraciət edənlər daha çoxdur. Əhali gördü ki, vaksin olunmamış insanlarla müqayisədə vaksin olunanlar bu xəstəlikdən daha yaxşı qorunur. Amma bununla belə, vaksinasiya olunsalar belə, burada maskadan istifadə, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl olunmalıdır”.

İnfeksionist qapanmalarla bağlı deyilənlərə də fikir bildirib: “Əgər bütün bu qaydalara əməl olunsa, toylara da qadağa qoyulmasına, digər qapanmalara da ehtiyac olmaz. Əgər qaydalara əməl olunmursa, təbii ki, başqa çıxış yolu yoxdur”.

İnfeksionist “hər iki doza vaksin olunanların xəstəliyi ağır keçirməsi ilə bağlı məlumatlara da münasibət bildirib: ”Əlbəttə, bu cür xəbərlər şayiələrdən başqa bir şey deyil. O ki qaldı bizə müraciət edənlərə, son günlər müraciət edən xəstələrdə eyni simptomlar müşahidə edirik. Xəstəliyin gedişatı əvvəl necə idisə, indi də elədir, hər hansı fərq yoxdur".

Bu arada Rusiya “Rospotrebnadzor”u “Delta” ştammı ilə bağlı yeniliklərdən xəbər verib. Bildirilib ki, bu gün bütün koronavirusa yoluxanların əksəriyyəti ailəsindən və dostlarından yoluxublar. Ən həssas kateqoriya isə 14-29 yaş arası gənclərdir. “Delta”nı hər hansı xarici simptomlarla təyin etmək mümkün deyil. Bunu yalnız laboratoriyada virusun genomunu və ya onun parçasını “S-protein” genini deşifrə etməklə öyrənmək olar. O ki qaldı PCR testinin “Delta” ştammını aşkar edib-etməməsinə, nümunə götürmə qaydalarına uyğun olaraq və doğru zamanda edilən bir PCR testi koronavirus xəstəliyini, hətta “Delta” variantını da aşkar edəcək. Ancaq bu testlər virusun hansı variantının xəstəliyə səbəb olduğunu təyin etməyəcək.

Qurumdan “koronavirus infeksiyasının bu variantı olan xəstələr üçün xüsusi bir müalicə varmı” sualına da cavab verib: “Yeni növ koronavirus infeksiyası olan xəstələrin müalicəsi üçün klinik təlimatlar kökündən dəyişməyib. Yalnız kütləvi peyvənd infeksiya zəncirinin kəsilməsinə və yeni infeksiya variantlarının yaranmasının qarşısını almağa kömək edəcək. Bundan əlavə, sanitariya tədbirlərinə - sosial məsafə və maska rejiminə riayət etmək vacib bir profilaktik tədbir olaraq qalır. Bu tövsiyələr peyvənddən sonra da davam etdirilməlidir. Mövcud peyvəndlər bu ştamma qarşı, xəstəliyin ağır formalarına qarşı da yaxşı profilaktik və qoruyucu xüsusiyyətlərə malikdir.

Rusiya Rospotrebnadzor Federal Büdcə Elmi Qurumunun klinik tədqiqatlar şöbəsinin müdiri Xadijat Ömərova isə bildirib ki, xəstəlikdən üç-dörd ay sonra COVİD-19-dan sağalanların təxminən üçdə biri özlərinə tam qulluq edə və gündəlik işlərini edə bilmir, postkovid sindromu həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Xəstəliyi yüngül keçirənlər təxminən iki həftədə, orta və ağır vəziyyətlərdə keçirənlər isə üç ilə altı həftədən sonra sağalırlar. Bundan əlavə, bir xəstədə PCR testi mənfi çıxdıqdan sonra simptomlar bir neçə həftə və ya aylarla davam edə bilər. Əksər hallarda postkovid sindromu altı ay ərzində düzəlir, tədricən geriləyir və yox olur, lakin bəzi hallarda daha uzun müddət davam edir.

Eyni zamanda COVİD-19-un gedişatının şiddəti ilə postkoid sindromunun tezliyi arasındakı əlaqə həmişə izlənilmir, hətta yüngül xəstəliyi olan xəstələr postkovidkomplikasiyalarla üzləşə bilərlər. Bundan əlavə, uşaqlar postkovid sindromunu böyüklərə nisbətən daha sürətli və daha yaxşı keçirirlər".

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hikmət Hacıyev: “Bəzi zəngin ölkələr tələb olunduğundan iki dəfə çox vaksin alırlar”

    Hikmət Hacıyev: “Bəzi zəngin ölkələr tələb ...

    15-02-2021, 21:58

  • 
  • Komitə sədri: “Vaksinasiyadan keçməyənlərin fəaliyyətinə icazə verilməməlidir”

    Komitə sədri: “Vaksinasiyadan keçməyənlərin ...

    9-08-2021, 15:59

  • 
  •  Hande Harmançının “yumşalma narahatlığı”: - “Onlara qalsa, Azərbaycan daim karantində yaşayar”

     Hande Harmançının “yumşalma narahatlığı”: - ...

    4-02-2021, 19:47

  • 
  • Könül Məmmədova: Sosial məsafə və maskalar ən effektiv qorunma vasitələridir

    Könül Məmmədova: Sosial məsafə və maskalar ən ...

    15-08-2020, 13:22

  • 
  • “Bizi qarşıda yoluxma sayında daha da artım gözləyir” - Yaqut Qarayeva

    “Bizi qarşıda yoluxma sayında daha da artım ...

    22-10-2020, 17:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu