GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Həccə getməyə qoymadı - “O nə Allahı, nə də quranı ciddiyə alır”

Həccə getməyə qoymadı - “O nə Allahı, nə də quranı ciddiyə alır”

Tarix: 31-10-2013, 10:50 Bölmə :Müsahibə Baxış: 880
Həccə getməyə qoymadı - “O nə Allahı, nə də quranı ciddiyə alır”

Millət vəkili Fazil Mustafa Neft Akademiyasın rektoru Siyavuş Qarayevdən şikayətlənib.


“Qafqazinfo” xəbər verir ki, o bu barədə facebook hesabında yazıb. Fazil Mustafa bildirib ki, bu yazını, ölkənin taleyində az-çox məsuliyyət daşıdığını hiss edən hər kəsin oxuyub düşünməsini istərdim.

“Ölkə prezidenti, təhsil naziri, Milli Elmlər Akademiyasının prezidenti, ali məktəb rektorları, özünə elm adamı deyən hər kəs oxuyub düşünsün ki, Azərbaycan elm mühitinin dağıdılması, sıradan çıxarılması kimin, kimlərin marağına xidmət edir. Hər xəbəri soyuqqanlı qarşılasam da, bu xəbəri qarşıladığım kimi də bu yazını yazıram -əsəbi və hirsli. Ancaq həm də ürək acısı ilə. Uzun illərdir Neft Akademiyasında kafedra müdiri işləyən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Professor Ramiz Qurbanov Neft Akademiyasının rektoru, akademik (yəni heç bir sanballı elmi əsərin olmur, ancaq nəyə görəsə Azərbaycanda akademik ola bilirsən) Siyavuş Qarayevə məktub yazır ki, on günlüyə öz hesabıma məzuniyyət verin ki, Həcc ziyarətinə gedim. Rektor da təqribən bildirir ki, o, nə Allahı, nə Quranı, nə də onun Həccini ciddiyə almır və ona razılıq vermir. Ardınca yenə də müraciət edir ki, o zaman məni vəzifədən azad edin ki, Həcc ziyarətinə gedim. “Azərbaycanda akademik” cənab Qarayev dərhal onun işdən azad olunması barədə əmr imzalayır. Dəyərli bir alim, beləliklə, Neft Akademiyasından qovulur!!!

Bunu gündəlik Azərbaycan ali məktəblərində baş verən adi hadisə kimi qiymətləndirəcək kimsələri də haqsız saymadan əsas mahiyyətə keçmək istəyirəm. Professor Ramiz Qurbanov 50 ilə yaxın idi bu ali təhsil ocağında çalışırdı. Azərbaycanın say-seçmə mütəxəssislərindən biri hesab olunur. Bu cür kadrların yetişməsi üçün nələr tələb olunduğunu azacıq elmi dünyagörüşü olanlar bilməmiş olmaz. Onun yetişdirdiyi yüzlərlə kadrların ölkəmiz üçün hansı dəyər kəsb etməsini də izah etməyə gərək yox. Bu səviyyədə bir alim artıq Neft Akademiyasında çalışmır. Qocaman və dəyərli bir alimin Həcc ziyarətinə getməsini bəhanə edərək işdən çıxarılmasını, mən, bir millət vəkili olaraq Siyavuş Qarayevin Azərbaycan elminə qarşı törətdiyi cinayət kimi qiymətləndirirəm. İnsan öz inancına uyğun olaraq Həcc ziyarətinə getmək istəyir, sən Allahı tanımırsansa, başqalarıdamı sənin yolunu izləməlidirlər? Belə rahatlıqla, məsiliyyətsizliklə bir alimi necə işdən çıxarmaq olar? Rüşvətə görə deyil, işinin öhdəsindən gəlməməyə görə deyil, qeyri-əxlaqi davranışa görə deyil, Həcc ziyarətinə getməyə görə dəyərli bir elm adamını işdən çıxarmağın arxasında yalnız və yalnız Azərbaycan xalqına, onun elminə, ziyalısına amansız nifrət duyğusu dayana bilər. Onlarla tanıdığım dəyərli alim bu və ya digər bəhanələrlə cənab Qarayev tərəfindən Akademiyadan uzaqlaşdırılıb. Bir neçə müddət öncə dəyərli elm adamımız Rafiq Əliyevi də bu cür məsuliyyətsiz formada işdən çıxarmışdı. Onun Ziyalılar Forumundakı fəaliyyətini bəhanə edərək, dünya elm auditoriyasına çıxışı olan az sayda alimlərimizdən biri olmasını da nəzərə almayaraq, həmin Siyavuş Qarayev gözüyumulu əmrini imzalamışdı. O zaman da Milli Məclisdə bu elmi soyqırıma qarşı etirazımı bildirmişdim. Təbii ki, yenə də Milli Məclisdə bu mövzunu gündəmə gətirəcəyəm. O qədər sadəlövh deyiləm ki, bu hadisəyə görə elmi soyqırım həyata keçirən bu rektorun cəzalandırılacağını gözləyim. Bilirəm ki, himayəsi də böyükdür, bu hadisəyə görə bəlkə də mükafat və biznes hədiyyələrinin sayını da artıracaqlar. O qədər sadəlövh deyiləm ki, Azərbaycan Milli Elmlər Akademiyasından da akademik zümrəsinə aid edilən insanlardan hansısa etiraz reaksiyası gözləyim. Akademik Arif Həşimov kimi dəyərli elm adamının bir günün içində Akademiyadan uzaqlaşdırılaraq enerji sektorunda sıradan bir işçiyə çevrilməsini, mərhum akademik Midhət Abbasovun rəhbərlik etdiyi institutun ləğvini, akademik Eldar Salayevin portretinin Akademiya binasından çıxarılmasını necə laqeyd qarşıladıqlarını bildiyimdən hansısa umacağım da yoxdur. Kimlərsə ötüb keçmiş saylan bu addımlara siyasi məcburiyyət donu geydirərək, haçansa özünə bəraət qazandıra da bilər. Bəs Ramiz Qurbanovun Neft Akademiyasından qovulmasının adı nədir? Burada ki, siyasi, ideoloji motivi bəhanə edərək özünü yuxarılara xoş göstərmək yeri ki, yoxdur.

Doğrusu inanmıram, ancaq ümid edirəm ki, elm, təhsil sektoru ilə əlaqəsi olan səlahiyyət sahibləri bu məsələyə görə az da olsa rahatsızliq hiss edəcəklər. İnanıram, həm də ümid edirəm ki, Ramiz Qurbanov kimi bir alimin bu şəkildə, qabadayı üslubda Neft Akademiyasından uzaqlaşdırılmasına cəmiyyətdən kəskin ictimai etiraz səsləri ucalacaqdır. Artıq Azərbaycanda Neft Akademiyası deyilən elm ocağı yoxdur, sadəcə Mazut Akademiyası var! Neftlə Mazutun fərqi Ramiz Qurbanovlarla Siyavuş Qarayevlərin fərqi qədərdir.

Allah səmimi ziyarətinizi qəbul etsin, Ramiz müəllim!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Dövlət Neft Akademiyasının adı dəyişdirildi, yeni rektor təyin edildi

    Azərbaycan Dövlət Neft Akademiyasının adı ...

    3-09-2015, 19:14

  • 
  • Azərbaycanda məmurların elmi ad alması qadağan olunub

    Azərbaycanda məmurların elmi ad alması qadağan ...

    26-05-2013, 19:33

  • 
  • Prorektora "Əməkdar elm xadimi" fəxri adı verildi

    Prorektora "Əməkdar elm xadimi" fəxri ...

    12-10-2015, 13:01

  • 
  • Prezident yeni komissiya yaratdı - Nazir sədr oldu

    Prezident yeni komissiya yaratdı - Nazir sədr oldu ...

    14-01-2016, 21:24

  • 
  • “Elmlər Akademiyasında ixtisarlar olacaq” - AMEA vitse-prezidentindən AÇIQLAMA

    “Elmlər Akademiyasında ixtisarlar olacaq” - AMEA ...

    14-11-2013, 13:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu