Gundemxeber.az » Müsahibə » "Biz İran deyirik, amma İran elə Azərbaycandır" - Mehman Əliyev
Azərbaycan Qarabağı işğaldan azad etməyə başladığı gündən İran xəyanətkar mövqe tutmağa başladı.
Baxmayaraq ki, Azərbaycan bütün zamanlarda İrana dəstəyini ifadə edib. ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etdiyi bir dönəmdə belə Azərbaycan ən yüksək səviyyədə dəstəyini verdi. Prezident İlham Əliyev ABŞ-da olarkən bildirdi ki, Azərbaycan ərazisindən İrana qarşı heç bir qadağa tətbiq olunmayacaq.
İran isə hazırda Azərbaycana qarşı xəyanətkar mövqe tutub. Müxtəlif rəsmi şəxslər, deputatlar səviyyəsində İran Azərbaycana qarşı bəyanatlar səsləndirir, təhdid dili ilə danışır. İranın bu mövqeyinin Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi zamanla üst-üstə düşməsi də rəsmi Tehrana qarşı suallar yaradır.
İranın işğalçı Ermənistana verdiyi dəstək, hətta müharibə dönəmində ermənilərə silah-sursat, yanacaq göndərməsi də Azərbaycana qarşı xəyanətkar mövqeyin bariz nümunəsi idi.
Bəs İranın Azərbaycana qarşı xəyanətkar mövqeyinin səbəbi nədir?
Politoloq Mehman Əliyev Cebhe.info-ya açıqlamasında İranın Azərbaycana qarşı xəyanətkar mövqe tutmasının səbəbinin İsrailə münasibətlər olduğunu deyib:
“Bu, İranın nüvə proqramı ilə bağlıdır. Elə o zaman ABŞ və İsrail bildirdi ki, İran nüvə silahı əldə etməyə kifayət qədər yaxındır. Onların dediyinə görə, İran buna daha tez nail ola bilir. Bunun qarşısını alınmasa, qısa zamanda İranı bunu edər. Ona görə də intensiv danışıqlar və hədələr başladı ki, İran bu məsələni diplomatik qaydada həll etməlidir.Bu məsələdə İsrail İrana qarşı aktiv hərbi rol alır. İsrail İranın 27 sentyabrda bir nüvə obyektini zərərsizləşdirdi. Bu barədə geniş məlumat yayılmadı, amma bu, İrana xəbərdarlıq idi. Ola bilsin ki, həmin o zərbələr Azərbaycanla bağlı idi, o mənada ki, İsrail təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlıq edir.2019-cu ildə də İran bəyanat verdi ki, İraqda İran hərbi obyektlərini İsrail Azərbaycan ərazisindən vurub. Hesab edirəm ki, İranın indiki mövqeyinin səbəbi bu hadisələrdir. Ona görə də İran deyir ki, sionistlər Azərbaycandan çıxmalıdır.Azərbaycan və İran hakimiyyətləri arasında sıx münasibətlər var. Bu əməkdaşlıqlar heç vaxt səngiməyib. Gərginliklər var, amma İran tərəfi bəyanatlarla kifayətlənib, hansısa ciddi addımlar atmayıb. Hazırda əsas məsələ ABŞ və İsrail faktorudur. Hesab edirəm ki, Azərbaycanın bu prosesdə iştirakının qaçılmaz olduğunu İran da başa düşür. Başqa bir məsələ isə odur ki, biz İran deyirik, amma İran elə Azərbaycandır”.
Gundemxeber.Az
18-07-2017, 14:44
18-03-2019, 15:26
7-08-2018, 10:50
24-03-2018, 10:07
11-07-2019, 13:23
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?