GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » “BÜTÖV AZƏRBAYCAN XALQIMIZIN İDEALIDIR, QARŞISINI ALA BİLMƏZLƏR” – “İran işğal olunan ərazilərimizdən öz nüvə proqramı üçün istifadə edib”

“BÜTÖV AZƏRBAYCAN XALQIMIZIN İDEALIDIR, QARŞISINI ALA BİLMƏZLƏR” – “İran işğal olunan ərazilərimizdən öz nüvə proqramı üçün istifadə edib”

Tarix: 14-10-2021, 21:29 Bölmə :Müsahibə Baxış: 589


İran-Azərbaycan münasibətlərində gərginliyin davam etməsinə baxmayaraq, iki ölkənin XİN başçılarının son təmasları müsbət hal kimi qiymətləndirilir. Yayılan məlumatlara görə, hətta İran xarici işlər nazirinin Azərbaycana səfəri də gözlənilir.

Hazırda gərgin olan münasibətlərin nə zaman qaydasına düşəcəyi bundan sonrakı proseslərdən asılıdır. Amma hələlik görünən odur ki, İran aqressiv və qeyri-konstruktiv yanaşmasından əl çəkmir, Azərbaycan isə haqlı olaraq, öz suveren hüquqlarının və ərazi bütövlüyünün qorunması xəttindən bir addım da geri çəkilmək fikrində deyil.

GundemXeber.Az politoloq Oqtay Qasımovun AzPolitika.info-nun əməkdaşı ilə İran mövzusunda müzakirəsini təqdim edir:

- Oqtay bəy, İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Son olaraq, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə iddia edib ki, əllərində müharibə başlayan vaxtdan terrorçu qrupların Azərbaycan ərazisinə köçürülməsi ilə bağlı dəlil-sübut, hətta səs yazıları var. Bu iddiaları və Tehran-Bakı münasibətlərinin hazırkı durumunu necə xarakterizə etmək olar?

- Əslində münasibətlərin gərgin olmasının bir səbəbi var: İran dövlətinin Azərbaycana baxışı. İran dövlətinin rəsmi siyasəti ona əsaslanır ki, Azərbaycanın bir dövlət kimi varlığı, güclənməsi və inkişafı İranın təhlükəsizliyinə təhdiddir. Bunu da onunla əsaslandırırlar ki, Azərbaycanın artıq oturuşmuş dövlət kimi mövcudluğu və gücə çevrilməsi İranda yaşayan 30 milyondan artıq soydaşımız üçün cazibə qüvvəsi yarada və bu da İranın dövlət kimi gələcəyini təhdid altında saxlaya bilər. İranın bu baxışı və siyasəti Azərbaycanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq davam edəcək.

Belə gərginliklər 1992-1993-cü illərdə də olub. Bunun da əsas səbəbi Azərbaycan müstəqillik qazandıqdan sonra Tehranın ölkəmizə baxışı və Azərbaycanda özünün agentura şəbəkəsini yaratmasına dair fəaliyyəti idi. 1993-cü ilin qışında Bakıda Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əməliyyatı nəticəsində bir qrup İran casusu ifşa edilərək həbs olunmuşdu. Bu da o zaman iki ölkə arasında gərginlik yaratdı. Ondan sonrakı dövrdə İranın fəaliyyəti artdı.

Xüsusilə, 1994-cü ildə Azərbaycan torpaqlarının işğalı və bunun nəticəsində 1 milyona yaxın soydaşımızın qaçqın düşdüyü zaman İran müxtəlif təşkilatlar vasitəsilə humanitar yardım pərdəsi altında çadır şəhərciklərində yaşayan soydaşlarımız arasında iş aparırdı. Eləcə də Azərbaycanda müxtəlif şəxsləri və qrupları İslam Partiyası adı altında maliyyələşdirib təşkilatlandırmışdı. 1990-cı illərin ortalarında bu partiyanın rəhbərliyinin İranla əlaqələri üzə çıxarıldı və onun rəhbərlərinin bir hissəsi həbs edildi. İran 1994-cü ildə imzalanan neft müqavilələrinə qarşı idi, bunu gizlətmirdi. Sonrakı dövrdə Azərbaycan tərəfindən İrana müəyyən güzəştlər edildi, onlara müqavilədə iştirak təklif olundu və Tehran bununla razılaşdı. Lakin buna baxmayaraq, İran 2001-ci ildə Azərbaycanın hava sərhədlərini pozdu, İran hərbçiləri Xəzərdə geoloji kəşfiyyat işləri aparan neftçilərimizi təhdid etdi. Azərbaycan buna “Türk şahinləri”nin Bakıdakı uçuşları ilə cavab verdi.

Yəni İranın Azərbaycana münasibəti bu cürdür. İranın 30 ildir müstəqil olan Azərbaycandakı səfirliyinin üzərində “İranın Bakıdakı səfirliyi” ifadəsi yazılıbsa, bu, Tehranın Azərbaycana münasibətinin təzahürüdür.

Son gərginliklər fonunda Azərbaycan cəmiyyətinin İrandan soruşmaq istədiyi iki sual var: İran beynəlxalq hüquqa hörmət edirmi, əgər edirsə, Azərbaycanın müstəqil dövlət kimi varlığını qəbul edirmi?

İkincisi, Qarabağ beynəlxalq hüquqla Azərbaycanın təsbit edilən ərazisidir. Əlbəttə, bu gün Qarabağın müəyyən hissəsi rus sülhməramlılarının nəzarəti altındadır. Lakin İran yük avtomobilləri bizim icazəmiz olmadan həmin ərazilərdə nə gəzirlər, hansı fəaliyyətlə məşğul olurlar?

İranın 44 günlük müharibə zamanı tutduğu mövqe bizə görə yanlış olsa da, əslində 30 illik Tehran siyasətinin məntiqi davamı idi. Məhz bu siyasətinin nəticəsində regionda baş verən ciddi dəyişikliklərdən və proseslərdən kənarda qalması isə Tehranı narahat edib. Nəticədə Azərbaycanın real faktora çevrilməsi və dəyişikliklərin önündə olması İranı qıcıqlandırır.

Bugünkü gərginliyin səbəblərindən biri də İran daxilində müxtəlif qruplar arasında gedən siyasi mübarizədir. Bu gərginliyin yaradılması həm də ölkə daxilindəki siyasi və iqtisadi problemləri ikinci plana keçirmək cəhdidir. Bir neçə ay əvvəl İranın bir neçə vilayətində, ələlxüsus Xuzistanda əhali su və elektrik enerjisi çatışmazlığına görə böyük mitinqlər keçirdi. Bu da rejimi ciddi narahat edir.

Azərbaycan cəmiyyəti gözəl bilir ki, 44 günlük müharibə zamanı İran ərazisindən Ermənistana yüzlərlə yük avtomobilində silah-sursat, texnika, təchizat, yanacaq ötürülüb. İran Ermənistanla qardaş olduğunu da heç vaxt inkar etməyib. Əslində, İran 1990-cı ildə başlayan münaqişəyə beynəlxalq hüquq əsasında yanaşsa və sərhədlərini qapatsaydı erməni təcavüzü baş verməzdi və Ermənistan blokadaya düşərək ram olardı. Amma İran bunun tam əksini etdi. Beləcə, İran Ermənistan üçün nəfəslik oldu, onun çökməsinə imkan vermədi.

İndi isə İran İsrail dövləti ilə bizim əlaqələrimizi bəhanə edərək ciddi bəyanatlar səsləndirir. Eləcə də özünə Azərbaycana qarşı müttəfiq axtarışlarına çıxıb. Lakin bu cəhdlər uğursuz oldu. İran xarici işlər naziri son Moskva səfərində Rusiyadan istədiyini ala bilmədi. Əksinə, İrana diplomatik formada deyildi ki, bölgədə təxribat xarakterli təlimləri yolverilməzdir. İran hesab edir ki, Zəngəzur dəhlizi açılsa, blokadaya düşər, Türkiyəninsə türk cümhuriyyətlərilə əlaqələri güclənər ki, bu da perspektivdə Tehran üçün təhdiddir.

Yeri gəlmişkən, müharibədən sonra həm Bakı, həm də Ankara İrana “3+3 formatı”nda əməkdaşlıq təklifi etdi. İran əvvəlcə buna maraq göstərsə də, sonradan fərqli mövqe nümayiş etdirdi. Hətta Zəngəzur dəhlizinin açılmasına Ermənistanın müqavimət göstərməsinin bir səbəbi də İrəvanın İran tərəfindən qızışdırılmasıdır. Amma qorxunun əcələ faydası yoxdur.

- İranın xarici işlər nazirinin bu ayın 16-da Bakıya səfər edəcəyinə dair məlumatlar yayılır. Sizcə, belə bir səfər baş tutsa, Bakıda nələr müzakirə oluna və hansı problemlər həllini tapa bilər?

- İran Azərbaycana qarşı bir davranış nümayiş etdirdi, əslində, onu təhdid etmək istədi. Amma hesablamadı ki, Azərbaycan nə bir il, nə də beş il öncəki dövlət deyil. Əksinə, Azərbaycan yeni reallıqlar yaratdı, müasir orduya malikdir. Başqa sözlə, artıq Azərbaycanla təhdid dilində danışmaq qəbuledilməzdir. Hansı ki, buna həm Azərbaycan cəmiyyəti, həm də dövlət rəhbərliyi və dövlət qurumları tərəfindən münasibət bildirildi, belə davranışların qəbuledilməz olduğu açıq ifadə edildi. İranın bütün cəhdləri boşa çıxdıqdan, xüsusilə, İran xarici işlər nazirinin Moskva səfərindən əliboş qayıtmasından sonra Tehran mümkün qədər öz mövqeyini korrektə etməsilə bağlı mesajlar verməli oldu.

Əgər İran xarici işlər nazirinin Bakı səfəri gerçəkləşəcəksə, məncə, Azərbaycan tərəfi də öz mövqeyini ortaya qoyacaq, İrana edilən yaxşılıqlar qarşılığında Azərbaycana göstərilən nankorluq da xatırladılacaq.

Hamı bilir ki, 2000-ci illərin əvvəllərində İrana qarşı ciddi beynəlxalq basqı vardı. Terrorizmdə ittiham olunan İran ABŞ və İsrail tərəfindən hədəfə götürülmüşdü, hətta o zamanlar beynəlxalq miqyasda fikirlər yayılırdı ki, İrana ən qısa məsafədən effektiv zərbə endirilməsi üçün ABŞ və İsrail Azərbaycan ərazilərindən istifadə edə bilər. Ancaq Azərbaycanın dövlət başçısı buna imkan vermədi, ciddi təzyiqlərə baxmayaraq elan etdi ki, Azərbaycan buna imkan verməyəcək. Lakin bundan sonra da İran Azərbaycana qarşı nankorluğunu davam etdirdi. Həm müharibə zamanı, həm də müharibədən əvvəlki dövrdə Azərbaycana arxadan zərbələr vurdu. İndi münasibətlərin tədricən stabilləşməsini gözləmək olar. Bütün hallarda gərginliyə rəğmən görüş və müzakirələr önəmlidir. Bizə indiki vəziyyətimizdə İran və digər dövlətlərlə gərginlik lazım deyil. Biz azad edilən ərazilərin bərpası, orada yaşayışa uyğun şəraitin yaradılması və insanların ora qaytarılması kimi böyük vəzifələri həyata keçirməliyik. Halbuki, son gərginliyi yaradan da Bakı yox, Tehrandır.

Onu da qeyd etməliyəm ki, İranı qəzəbləndirən digər məqam onun strateji, siyasi, iqtisadi maraqları ilə yanaşı 30 ildən çoxdur ki, bizim nəzarətimizdə olmayan 130 kilometrlik sərhəd ərazimizdən gen-bol istifadə etmək imkanının əlindən çıxmasıdır. İran hansısa formada Qarabağda və digər işğal olunan ərazilərimizdə fəaliyyət göstərib. Məhz beynəlxalq nəzarətin olmadığı bu ərazilərimizdən İran narkotranzit kimi istifadə edib, buradan Avropa və Rusiyaya böyük miqdarda narkotik vasitələrin göndərilməsini təmin edib. Eyni zamanda narkotik tranzitindən İranın dövlət və hərbi rəhbərliyində olan xeyli insan qazanc əldə edib.

Bununla paralel olaraq bizim işğal altında olan ərazilərimizdən İran özünün nüvə proqramını həyata keçirmək üçün istifadə edib.

- Bununla bağlı konkret faktlar varmı?

- Sözsüz ki, var. Bir zamanlar Ermənistanın nüvə materiallarının ölkədən çıxarılması və İrana göndərilməsi ilə bağlı ABŞ mediasında yazılar getdi. Konkret şəxslər həbs edildi və onların cinayət işindən məlum oldu ki, nüvə materiallarını İrana ötürmək məqsədilə əldə edirlərmiş və bütün bu prosesdə işğal altındakı ərazilərimizdən istifadə olunub. Çünki bunu Mehridəki sərhəd keçid məntəqəsində etmək mümkün deyildi. Orada ABŞ tərəfindən qurulan xüsusi nəzarət cihazlarından belə materialları keçirmək mümkünsüz idi. Deməli, bu materiallar “qara zolaq” dediyimiz hissədən keçirilirdi. İranı qəzəbləndirən məqamlardan biri də budur. Yəni həmin “qara zolaq” dediyimiz 130 kilometrlik dövlət sərhədimizə nəzarəti bərpa etməyimiz.

- Ümumilikdə İran-Azərbaycan münasibətlərindəki gərginlikləri şərh edən bəzi ekspertlər qeyd edirlər ki, İranın bu dərəcədə aqressiv olmasının bir səbəbi də vaxtilə köməkçisi olduğunuz mərhum Prezident Əbülfəz Elçibəyin İranı açıq hədəf alması və Bütöv Azərbaycan haqqında fikirləri olub...

- Bu fikirlər əsassızdır. Bunu deyənlər ya həddindən artıq qərəzlidirlər, ya da məsələnin mahiyyətini başa düşmürlər. Burada Əbülfəz Elçibəyin hədəf göstərilməsi yanlış addımdır. Mən tarixi fakta istinad edirəm. Azərbaycan dövlət müstəqilliyini 1991-ci ilin 18 oktyabrında elan edib. Beynəlxalq birliyə və BMT-yə Azərbaycanın tanınması üçün müraciətlər edilib. Bunun da nəticəsində 1991-ci ilin noyabrında Türkiyə tərəfindən dövlət müstəqilliyimiz tanınıb. Sonra Pakistan, Rumıniya və digərləri müstəqilliyimizi tanıyıb. İranın Azərbaycanın dövlət müstəqilliyini tanıması isə bizim dövlət müstəqilliyimizi elan etməyimizdən 70 gün sonra, 25 dekabr 1991-ci ildə baş verib. Hansı ki, artıq SSRİ dağılmış, Qorbaçov istefa vermiş, Rusiya, Ukrayna və Belarus Prezidentlərinin görüşündə MDB-nin yaranması ilə SSRİ faktiki fəaliyyətini dayandırmışdı. İran Türkiyədən 50 gün sonra bizim dövlət müstəqilliyimizi tanıdı. 10 il Prezident Heydər Əliyev, 18 il isə Prezident İlham Əliyev dövründə İrana qarşı sərt fikir səslənməyib, fəaliyyət aparılmayıb. Əksinə, yaxşı qonşuluq siyasəti qurulması üçün addımlar atılıb, hətta bizim güneyli milli fəalların burada qalmasına belə şərait yaradılmayıb. Amma bütün bunlara baxmayaraq, İranın Azərbaycana münasibəti dəyişməyib.

İranın Azərbaycana münasibəti konkret şəxslərlə bağlı deyil. 100 il əvvəl - Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman da İranın münasibəti bundan fərqli olmayıb.

Azərbaycanın bütövlyü məsələsi isə Azərbaycan xalqının idealıdır və bunun da qarşısını heç kəs ala bilməyəcək. Sadəcə, Əbülfəz Elçibəy bu idealı siyasi müstəviyə gətirərək onun ideoloji əsasını hazırlayıb və özünün “Bütöv Azərbaycan” əsərini yazıb. Demokratiya, insan haqları isə ümumbəşəri dəyərlərdir, daxili məsələ deyil. İranda sayca ən böyük qrup Azərbaycan türkləridir. Amma onların milli haqları yoxdur. İran dövləti Urmiyada bizim soydaşlarımızı sıxışdırmaqla orada “bufer zonası” yaratmaq istəyir ki, Qərbi Azərbaycan ostanı ilə Türkiyənin əlaqələrini kəssin. Bu, İranın siyasətidir, hakimiyyətdə kimin olmasının buna aidiyyəti yoxdur. 

- İranın Azərbaycanda uzun illər iş apardığını qeyd etdiniz. Necə düşünürsünüz, İranın ölkəmizdəki “beşinci kolonu” nə dərəcədə təhlükəlidir?

- 1990-cı ilin əvvəllərində və ələlxüsus qaçqınlar kütləsi yaranandan sonra Azərbaycan ağır iqtisadi, sosial durumla üzləşdi. İran həmin dövrdən burada ciddi fəaliyyətə başladı. O zaman Azərbaycanın dövlət qurumları zəif olduğundan bu fəaliyyətə ciddi şəkildə mane ola bilmədi. Məhz o dövrdə xeyli sayda gənclərimizin dini təhsil adı ilə İrana aparılıb, Qum və digər şəhərlərdə dindən daha çox başqa fəaliyyətlərə cəlb edilməsi haqda məlumatlar var. Bir çox məscidlərdə, ölkənin müxtəlif bölgələrində, o cümlədən Bakı ətrafı kəndlərin bəzilərində bir zamanlar İranın xeyli təsir imkanları olub. Amma bildiyim qədərilə son zamanlar Azərbaycan dövləti bu istiqamətdə uğurlu addımlar atır, məscid və dini məktəblərdə vəziyyət dövlətin tam nəzarətinə keçir. Lakin ümumən müəyyən təhdid qrupları var. Xüsusilə də bu, sosial şəbəkələrdə özünü göstərir. Sosial şəbəkədə İranın təbliğatçı qrupları var.

Bugünlərdə SEPAH-ın bir məlumatı yayılıb. Orada qeyd edilib ki, Azərbaycanda “islam müqavimət hərəkatı” –“hüseynçilər” hərəkatı yaradılır. Bu məsələlərlə bağlı Azərbaycan təhlükəsizlik orqanlarının üzərinə ciddi iş düşür. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyət gücləndirilməlidir. Azərbaycan dövlətinin maraqlarına qarşı çıxış edən istənilən şəxs və qruplar, istər İrana, istər Rusiyaya, istərsə də Qərbə bağlı olsun, nəzarətə götürülməlidir. Azərbaycan dövlətinə qarşı olan bütün fəaliyyətlər məhdudlaşdırılmalı, qarşısı sərt formada alınmalıdır.

İranın burada müəyyən təsir imkanları qalır. Gizlətmək lazım deyil, bizim ölkəmizin cənub bölgəsində din pərdəsi altında insanlara təsirlər edilir. Düşünürəm ki, son hadisələr cəmiyyət olaraq bizi daha ayıq olmağa sövq etdi. Dövlət orqanları da yəqin ki, daha diqqətli olacaq və bu məsələlərə xüsusi nəzarət yetirəcək.

GUNDEMXEBER.AZ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərbəlada İran konsulluğuna hücum - Tehran nota verdi

    Kərbəlada İran konsulluğuna hücum - Tehran nota ...

    10-05-2021, 13:28

  • 
  • İran XİN: Cavad Zərifin Bakıya səfəri hökmən baş tutacaq

    İran XİN: Cavad Zərifin Bakıya səfəri hökmən baş ...

    21-12-2020, 16:54

  • 
  • İran öz nüvə probleminin həlli üçün yeni plan təqdim edib

    İran öz nüvə probleminin həlli üçün yeni plan ...

    16-10-2013, 14:10

  • 
  • İran Səudiyyə Ərəbistanında İƏT XİN başçılarının iclasına qatılmayacaq

    İran Səudiyyə Ərəbistanında İƏT XİN başçılarının ...

    3-02-2020, 11:00

  • 
  • İran Prezidenti də Bakıya gəlir

    İran Prezidenti də Bakıya gəlir ...

    21-10-2019, 10:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu