İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər nazirlərinin Səudiyyə Ərəbistanında keçirilən bugünkü iclasına İran nümayəndə heyəti qatılmayacaq.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Twitter” səhifəsində bildirib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanının vizanı gecikdirməsi səbəbindən İran nümayəndə heyətinin səfəri ləğv olunub.
“Səudiyyə Ərəbistanı hökuməti viza verilməsini yubatdı. Bu halda nümayəndə heyətinin bugünkü iclasda iştirak etməsi mümkün deyildi. Bu səbəbdən səfər ləğv olundu”, - deyə A. Musəvi vurğulayıb.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ciddə şəhərində fövqəladə iclas çağırıb. Bu gün keçiriləcək iclasda üzv ölkələrin Xarici İşlər nazirləri Fələstin məsələsini və ABŞ-ın “Yüz ilin planı”nı müzakirə edəcək.
Sorğu
Yeni dizaynımız necədir?