GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » İtaliya səfiri: “Ümid edirəm ki, Minsk Qrupunun həmsədrləri yeni ideyalar təklif edəcəklər” - MÜSAHİBƏ

İtaliya səfiri: “Ümid edirəm ki, Minsk Qrupunun həmsədrləri yeni ideyalar təklif edəcəklər” - MÜSAHİBƏ

Tarix: 5-11-2013, 13:25 Bölmə :Müsahibə Baxış: 664
İtaliya səfiri: “Ümid edirəm ki, Minsk Qrupunun həmsədrləri yeni ideyalar təklif edəcəklər” - MÜSAHİBƏ
“Gələn il Azərbaycandan İtaliyaya bir sıra yüksək səviyyəli səfərlərin gerçəkləşməsini gözləyirik”

Bakı. Anaxanım Hidayətova – APA. İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Campaolo Kutillonun (Giampaolo Cutillo) APA-ya müsahibəsi

- Hörmətli səfir, İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud inkişaf səviyyəsini necə qiymətləndirirsiniz?

- Hazırda İtaliya ilə Azərbaycan arasındakı münasibətlərdə çox vacib bir məqam yetişib. Biz İtaliyanın baş naziri Enriko Lettanın iki ay əvvəl Azərbaycana tarixi səfərinin şahidi olduq. İlk dəfə idi ki, İtaliyanın hökumət başçısı Azərbaycana səfər edirdi. O, prezident İlham Əliyev tərəfindən çox isti qarşılandı, maraqlı fikir mübadiləsi aparıldı. Biz bu görüşdə müzakirə olunan məsələlərin inkişafı üçün bir çox layihə üzərində çalışırıq. Belə layihələrdən biri noyabrın 12-13-də iqtisadi inkişaf naziri Karlo Kalendanın rəhbərliyi ilə İtaliyanın ticarət nümayəndələrinin Azərbaycana səfəri olacaq. Bir çox italiyalı iş adamı Azərbaycan-İtaliya biznes forumunda iştirak edəcək. Mən hesab edirəm ki, biz əməkdaşlıqda yeni səviyyəyə nail olmuşuq.

- İki ölkə arasında əlaqələrin inkişaf perspektivini və TAP layihəsini necə qiymətləndirirsiniz?

- Neft və qaz bizim əməkdaşlığımızın ən vacib sahələrindən biridir. TAP layihəsi irəliyə doğru önəmli bir addımdır və biz bu layihəni İtaliya və Avropa Birliyi üçün vacib və stabil tərəfdaş olan Azərbaycanın iştirakı ilə enerji təchizatının diversifikasiyası baxımından gözəl bir imkan sayırıq. Eyni zamanda hesab edirik ki, qeyri-neft sektoru da çox vacibdir və İtaliya bu baxımdan Azərbaycan üçün çox önəmli tərəfdaşa çevrilə və qeyri-enerji sektorunun inkişafına dəstək verə bilər. İtaliyanın öz sənayesinə görə Avropada ikinci olduğu nəzərə alınarsa, bizim Azərbaycana nələr təklif edə biləcəyimiz anlaşılar.

Hazırda Azərbaycanda 50-yə yaxın İtaliya şirkəti fəaliyyət göstərir, lakin biz bu sayın artmasını, daha çox İtaliya şirkətinin bura gəlməsini və birgə müəssisələr yaradılmasını istəyirik. Tikinti, infrastruktur, neft və qaz bizim üçün prioritet sektorlardır. Ötən il İtaliyanın Azərbaycana ixracatı 400 milyon avro, Azərbaycandan idxalatı isə 7 milyon avro həcmində olub. Bu rəqəmlərin artmağa davam etməsi ölkələrimizin yararına olacaq. Bizim iqtisadi tərəfdaşlığımız məğlubiyyət ehtimalı olmayan bir oyundur.

- İki ölkə arasında əməkdaşlığa dair bir sıra sazişlər imzalanıb. Əlaqələrin daha da inkişafı üçün sizcə daha hansı razılaşmalar olmalıdır?

- Azərbaycanla İtaliya arasında iqtisadiyyat, təhsil, mədəniyyət, hüquq və digər sahələrdə çoxlu sayda saziş imzalanıb. Biz hökumətlərarası komissiyanın planlaşdırılan iclası zamanı əməkdaşlığın digər sahələrinə də nəzər salmaq istəyirik. Biz eyni zamanda gələn il Azərbaycandan İtaliyaya bir sıra yüksək səviyyəli səfərlərin gerçəkləşməsini gözləyirik. Gələn il münasibətləri möhkəmləndirmək üçün daha çox imkanımız olacaq.

- Sizcə, hər iki tərəfdən qarşılıqlı turist axınının artırmaq üçün nələr edilə bilər?

- Biz turizm sahəsində daha dərin əməkdaşlığa nail olmaq üçün çalışırıq. Azərbaycandan mümkün olduğu qədər daha çox turist cəlb etməkdə maraqlıyıq. Bunun üçün viza prosedurunu sadələşdirməyə və bütün arzu edənlərin ölkəmizə gəlişinə şərait yaratmağa çalışırıq. Mən Azərbaycanın da tarix, mədəniyyət və təbiət baxımından italiyalı turistlər üçün maraqlı istiqamət olduğunu düşünürəm. Yaxın həftələrdə iki ölkə mədəniyyət və turizm nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək və bu görüşdə turizm əməkdaşlığının genişləndirilməsi yolları müzakirə olunacaq.

- Azərbaycan orta statistik italyan üçün nə deməkdir?

- Son illər Azərbaycan hökuməti ölkənin Avropada populyarlaşdırılması üçün çox iş görüb. Məsələn, Heydər Əliyev Fondunun dəstəyi ilə son illər İtaliyada çoxlu sayda böyük mədəniyyət tədbiri keçirilib. Biz Venesiyadakı biennalı, Roma, Florensiya və digər İtaliya şəhərlərində maraqlı musiqi tədbirlərini xatırlayırıq. Azərbaycan Milanda keçiriləcək “Expo 2015” sərgisində iştirak edəcək. Bununla yanaşı, təbii ki, daha çox iş görmək lazımdır. İtaliya məşhur ölkədir, lakin biz hələ də öz ölkəmizin təbliğatı və tanıdılması ilə məşğuluq.

- Mədəniyyət-humanitar əlaqələrin inkişafını necə qiymətləndirirsiniz?

- Azərbaycanda italyan dilinin və müxtəlif mədəni tədbirlər təşkil etməklə italyan mədəniyyətinin öyrənilməsi səviyyəsinin yüksəldilməsini dəstəkləyirik. Biz Bakıda keçirilən Avropa Kinofestivalına qatıldıq və İtalyan dili həftəsi təşkil etdik. Daha iri layihələrə gəlincə, gələn il Roma Opera və Balet Teatrının Bakıda çıxış etməsini gözləyirik. Təhsil sahəsində biz İtaliyada oxumaq istəyən tələbələrə təqaüd veririk. Hazırda bir neçə yüz azərbaycanlı tələbə İtaliyada təhsil alır.

- İtaliya bütün dövrlərdə, xüsusən kino və musiqi sahəsində, məşhur adlarla tanınıb. Lakin son vaxtlar bu sahədə dünya şöhrətli italyanların sayı getdikcə azalır. Müasir İtaliya mədəniyyətində bu yavaşlamanın səbəbi nədir?

- İtaliya iqtisadiyyat sahəsində və maliyyə böhranı ilə əlaqədar çətin dövr yaşayır və bu, gənclərə də təsir göstərir. Lakin mən əminəm ki, bizdə ehtiyatlar və istedadlar var və onlar bu böhrandan keçərək özlərini göstərə biləcəklər. Böhranlar olur və keçir. Bu, tarixin bir parçasıdır. İtaliyanın mədəni derjava kimi rolu çətin ki, nə vaxtsa dəyişsin. İtaliya bütün digər məsələlərlə yanaşı, unikal və təkrarolunmaz mədəni irsin daşıyıcısıdır.

- İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi nədən ibarətdir?

- Mən Azərbaycan hökuməti və xalqının bu məsələyə verdiyi önəmi səmimi olaraq qiymətləndirirəm. Biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Mən düşünürəm ki, Azərbaycan və Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra münaqişənin həllində yeni imkanlar pəncərəsi açıla bilər. Çox ümid edirəm ki, Minsk Qrupunun həmsədrləri yeni ideyalar təklif edəcəklər. İtaliya sözsüz bu qərarları dəstəkləyəcək. Gələn il İtaliya Avropa Birliyində sədrlik edəcək və biz bu bölgə üçün fundamental məsələ olan sülh prosesini dəstəkləmək, irəli aparmaq istəyirik. Azərbaycanla dostluğumuza çox inanırıq və bu ağrılı məsələnin həllinə təsir göstərmək üçün bizdən asılı olan hər şeyi etməyə çalışacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

    Prezident İlham Əliyev bir sıra görüşlər keçirib ...

    2-02-2016, 22:47

  • 
  • Prezident İlham Əliyev Monteneqronun baş nazirini qəbul edib

    Prezident İlham Əliyev Monteneqronun baş nazirini ...

    27-10-2015, 15:52

  • 
  • Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər

    Minsk Qrupunun həmsədrləri Azərbaycana gəliblər ...

    3-02-2014, 00:15

  • 
  • İtaliya sanksiyalardan narazıdır

    İtaliya sanksiyalardan narazıdır ...

    16-12-2015, 17:48

  • 
  • Prezident İlham Əliyev bir sıra görüşlər keçirib

    Prezident İlham Əliyev bir sıra görüşlər keçirib ...

    26-11-2015, 18:17


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (228)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu