GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Ərdoğanın Qarabağa ikinci səfəri: Türkiyə lideri Füzulidə hansı mesajları verəcək? - AKTUAL

Ərdoğanın Qarabağa ikinci səfəri: Türkiyə lideri Füzulidə hansı mesajları verəcək? - AKTUAL

Tarix: 20-10-2021, 14:51 Bölmə :Müsahibə Baxış: 820


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Azərbaycanda olacaq. Türkiyə mediasının məlumatına görə, qardaş ölkənin lideri Füzuli Beynəlxalq Hava Limanının açılış mərasiminə qatılacaq. Açılış günü 26 oktyabrda baş tutacaq. “Haber Global” məlumat verir ki, Türkiyə hər zaman haqq işini dəstəklədiyi Azərbaycanı bu xoşbəxt gündə də tək qoymayacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 14 yanvarda təməli qoyulan Füzuli Beynəlxalq Hava Limanı ən yüksək beynəlxalq standartlara uyğun olaraq 8 ay ərzində inşa edilib.

Ötən il sentyabrın 27-də Ermənistanın təxribatlarına əks hücüm əməliyyatı ilə başlayan və 44 gün davam edən, Azərbaycanın qələbəsi ilə yekunlaşan Vətən müharibəsindən sonra bu, Ərdoğanın Azərbaycana üçüncü səfəridir. Türkiyə Prezidenti müharibədən sonra ilk səfərində dekabrın 10-da Bakıda keçirilən Zəfər paradında iştirak etmişdi.

Bundan sonra qardaş ölkə rəhbəri ikinci səfərini işğaldan azad olunan Qarabağa – Şuşaya etmişdi. Hansı ki, 2021-ci il, iyunun 15-ə təsadüf edən səfərdə tarixi Şuşa Bəyannaməsi imzalanmışdı. Oktyabrın 26-da Ərdoğanın Füzulidə aeroportun açılışında iştirakı Türkiyə liderinin Qarabağa sayca ikinci səfəri olacaq.

Ekspertlər bildirirlər ki, Ərdoğanın Füzulidən bölgə dövlətlərinə, eləcə də regionda maraqlı olan dövlətlərə müəyyən müsajlar verəcəyi gözlənilir.

Politoloq İlqar Vəlizadə AYNA-ya bildirib ki, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılması ilə dünyaya bəyan etmək istəyir ki, Azərbaycanın hər uğurlu addımında Türkiyə qardaşının yanındadır: “Xüsusən də Ərdoğan səfəri ilə bölgə ölkələrinə mesaj verir. Təəssüflər olsun ki, Cənubi Qafqazda ciddi və narahatedici proseslər davam etməkdədir. Qarabağ münaqişəsi bitəndən, postmünaqişə dövrü start götürəndən sonra bəzi dairələr tərəfindən Azərbaycana təhdidlər edilir. Türkiyə isə davranışları ilə bu təhdidlərin həm də Ankaraya olduğunu göstərməyə, adekvat cavab veriləcəyini bildirməyə çalışır”.

“Təbii ki, bu təhdidlərə Azərbaycan cavab verməyə qadirdir və cavab verir. Rəsmi Bakı hansısa qüvvələrə çağırış etmir ki, bu təhdidlərə qarşı bizim yanımızda olun, bizi dəstəkləyin. Beynəlxalq güclər sadəcə ədalətin yanında olmağa çağırılır. Lakin Türkiyə qardaş ölkə olaraq könüllü şəkildə Azərbaycanın yanında olduğunu nümayiş etdirir. Düşünürəm ki, indiki əlaqələrin, dostluğun, müttəfiqliyin, qardaşlığın xarakterini nəzərə alaraq Azərbaycanın yanındadır. Yəni ki, Ankara müharibə dövründə olduğu kimi, postmünaqişə dövründə də Bakıya dəstəyini davam etdirəcək. Ərdoğanın Qarabağa ikinci səfərinin qayəsində bu dayanır”, - İ.Vəlizadə əlavə edib.

Analitik bildirib ki, Ərdoğan Füzulidə çıxışında yəqin ki, Azərbaycana qarşı təhdidlərlə bağlı fikir bildirəcək: “Hansısa açıqlama verməsə belə, Türkiyə liderinin səfərinin mesajı budur ki, Azərbaycana qarşı təhdidlər real müstəviyə keçərsə, o zaman həmin qüvvələr təkcə Bakı ilə yox, eyni zamanda, Ankara ilə də hesablaşmalı olacaqlar. Yeri gəlmişkən, Azərbaycana son təhdidlər, gərginliklərlə bağlı Türkiyə rəsmiləri tərəfindən hansısa dəstək açıqlaması verilmədi. Əlbəttə, buna ehtiyac da yoxdur. Dediyim kimi, Azərbaycan hər təhdidə istənilən cavabı laiqli şəkildə verməyi bacaran müstəqil dövlətdir. Türkiyə də nümayiş etdirir ki, Azərbaycanın daxili və xarici işlərinə qarışmır. Amma qardaş ölkəsinə qarşı hədələr, təhdidlər real problemə çevrilsə, Ankara buna seyirçi qalmayacaq”.

Siyasi icmalçı Asif Nərimanlı isə AYNA-ya bildirib ki, Ərdoğanın Qarabağa ikinci səfəri iki kontekstdə əhəmiyyətlidir: “Birincisi, ilk səfərindən – Şuşa Bəyannaməsinin imzalanmasından sonrakı siyasi proseslərin inkişafı baxımından. Proseslər Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Soçi görüşündə Cənubi Qafqazda birgə hərəkət etməklə bağlı razılaşdığını deməyə əsas verir. Bura kommunikasiyaların açılmasından tutmuş əməkdaşlıq platformasının yaradılmasına qədər, bir çox məsələ daxildir. Soçi görüşündən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya dəvət edilməsi də anlaşmanın icra edilməsi istiqamətində addımların atıldığını göstərir. Təbii ki, Türkiyə və Rusiyanın regionun görmək istədikləri gələcəyi Bakı-İrəvan xəttində həlledilməli məsələlərdən keçir: üçtərəfli razılaşmaların icrası, sərhədlərin delimitasiyası, yükun sülh sazişinin imzalanması, yaxud ən azından sülh sazişinə qədər vacib olan məsələlərin həll edilməsi. Fikrimcə, bununla bağlı kulislərdə müzakirələr davam edir. Bu mənzərə fonunda Ərdoğanın Qarabağda Rusiyaya ünvanlanan mesajlarının sərt olmayacağı, əksinə, əməkdaşlıq çərçivəsində ola biləcəyini deyə bilərik”.

“İndi əsas ünvan İran olacaq. İranın məhz Soçi görüşündən sonra aqressivləşməsi də Ərdoğanla Putinin bölgə ilə bağlı anlaşdığına dair daha bir ehtimal yaradır. Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti Füzulidə - İran sərhədlərinin yaxınlığında Türkiyə və Azərbaycanın birliyini növbəti dəfə nümayiş etdirəcəklər və ünvan da Tehran olacaq. Əslində Ərdoğanın Füzuli hava limanının açılışında iştirak etmək istəkləri arasında İranın aqressiyası səbəblərdən biri ola bilər”, - deyə analitik vurğulayıb.

“İkincisi, Füzuli Beynəlxalq Hava Limanının əhəmiyyətidir”, - deyən A.Nərimanlı vurğulayıb ki, bu hava limanı azad olunmuş ərazilərin inkişafı, o cümlədən, ərazidə hərbi manevr imkanlarının genişləndirilməsi ilə yanaşı, beynəlxalq nəqliyyat şəbəkəsi baxımından da xüsusi əhəmiyyət daşıyır: “Bilirik ki, açılması nəzərdə tutulan Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəsinin marşrutlarından biri olacaq. Bu yolun üzərində yerləşən Füzuli aeroportu beynəlxalq yük daşımalarında daha da asanlaşdırır”.

“Bakı və Ankaranın planı iki ölkəni Zəngəzur dəhlizi ilə birləşdirməklə beynəlxalq nəqliyyat şəbəkəsindəki paylarını artırmaqdır. Füzuli aeroportunun inşa edilməsi də qlobal layihədə iki ölkənin üzərlərinə düşən işi icra etmələri, bir növ “ev tapşırığı”nı yerinə yetirmələridir. Bundan sonra Zəngəzur dəhlizinin açılması daha da aktuallaşır və Ərdoğanın səfərində bu məsələ daha qəti şəkildə qoyulacağını, mesajların da bu yöndə veriləcəyini deyə bilərik”, - siyasi icmalçı fikrini yekunlaşdırıb.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI

    Ərdoğanın Azərbaycan səfərinin proqramı AÇIQLANDI ...

    14-06-2021, 15:47

  • 
  • Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb

    Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb ...

    30-10-2017, 11:42

  • 
  • Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

    Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola ...

    25-02-2020, 11:05

  • 
  • Ərdoğan Bakıya gəldi

    Ərdoğan Bakıya gəldi ...

    9-12-2020, 17:23

  • 
  • Türkiyə hərbçiləri Zəfər paradında keçid edib

    Türkiyə hərbçiləri Zəfər paradında keçid edib ...

    10-12-2020, 14:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu