Gundemxeber.az » Müsahibə » Qarabağ erməniləri ilə sülhməramlılar arasında QALMAQAL: - “Qadınlarımız əldən gedir”
II Qarabağ müharibəsinin tamamlanmasından 1 il ötür. Təxminən 365 gündür ki, Azərbaycan ərazisi olan Qarabağın ermənilər yaşayan hissəsinə rus sülhməramlıları nəzarət edir. Bu vaxt kəsiyində missiyanın səlahiyyətlərindən kənar fəaliyyətləri əsasən Azərbaycan tərəfinin narazılığına səbəb olub.
Gundemxeber.az Bizim.Media-ya istinadla xəbər verir ki, son zamanlar rus sülhməramlılarına etirazlar əsasən Qarabağ ermənilərindən gəlir.
Əvvəlcə bəzi məqamları aydınlaşdıraq:
•Rusiyanın regiondakı mövcudluğu ən çox Paşinyan hökumətini narahat edirdi. Çünki o, Qərbin adamıdır. Lakin kommunikasiyaların açılması istiqamətində bəyanat və başqa açıqlamaları Nikolun kapitulyasiyaya imza atdığı kimi sülh prosesində də taleyi ilə barışmağına dəlalət edir.
•Ermənistanda etiraz aksiyası təşkil edən müxalifət liderləri Rusiyanın havadarlığı ilə uzun illər İrəvan hökumətinə rəhbərlik ediblər. Yəni, onlar da rus sülhməramlılarına qarşı deyillər.
Bəs sülhməramlılara etiraz edən ermənilər kimlərdir?
Suala cavab tapmaq üçün ötən ilə, üçtərəfli bəyanat yeni imzalanan günlərə qayıtmaq gərəkdir.
Çünki 2020-ci ildə Qarabağda yayılan erməni kişilərin müsahibələri məsələyə aydınlıq gətirir:
“Azərbaycanla barışmaq istəmirik, çünki qadınlarımız onları sevir”.
“Xanım satıcılar yaxınlaşan azərbaycanlı hərbçiyə canla-başla qulluq edirlər, elə bil heç düşmən deyilik”.
Bundan da göründüyü kimi, erməni kişilərin əsas dərdi Armidalar, Qretaların onlara xəyanət edəcəyidir. Rus sülhməramlıların içində şimali Qafqaz xalqlarının, türk mənşəlilərin də çoxluğunu nəzərə alsaq, narazılıq tam gerçəkliyi ilə ortaya çıxmış olar. Qeyd edək ki, ötən həftələrdə səs-küyə səbəb olan videolardan biri erməni qadınların sülhməramlılar dayanan şlaqbaumun yanında fahişəlik xidmətləri təklif etməsidir.
Ermənilər sosial şəbəkələrdə, hətta bəzi video reportajlarda özləri də etiraf edirlər ki, qadınlarımız əldən gedir.
Ehtiyac, maddi sıxıntı və Qarabağdan qurtulmaq istəyən bir çox yerli sakinlər sülhməramlılarla tanışlıq edərək öz yaşamlarını qurmaq istəyirlər. Qdınlar daha çox bu əlaqələrə meyillidir, çünki onlar artıq müharibədə məğlub olmuş erməni kişisini qəbul etmirlər. Onların gözündə rus sülhməramlısı xilaskar obrazındadır.
Qarabağdakı erməni kişilərin sülhməramlı missiyaya əsas etiraz səbəbi də məhz budur.
7-11-2018, 14:45
15-12-2018, 10:53
12-03-2021, 12:29
8-01-2015, 00:22
30-03-2021, 14:22
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?