GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Milli Şura Saleh Rüstəmlinin həyatına yaranan təhlükə ilə bağl bəyanat yaydı

Milli Şura Saleh Rüstəmlinin həyatına yaranan təhlükə ilə bağl bəyanat yaydı

Tarix: 29-11-2021, 20:35 Bölmə :Müsahibə Baxış: 772


Bəyanatda deyilir:


“Siyasi məhbus Saleh Rüstəmli haqsız yerə həbsdə saxlanılmasına etiraz olaraq artıq 23 gündür aclıq aksiyası keçirir. Onun sağlıq durumu artıq kritikdir. Penitensiar Xidmətin həkimləri də təsdiq edib ki, Saleh Rüstəmlinin orqanizmi artıq tükənib. Ombudsman özü Saleh Rüstəmli ilə telefonla danışaraq, ona vəziyyətinin kritik olduğu barədə həkimlərin rəyini çatdırıb, aksiyanı dayandırmağı xahiş edib, lakin Saleh Rüstəmli aksiyanı dayandırmayacağını bildirib. Beləliklə, Saleh Rüstəmlinin həyatı real təhlükə altındadır.

Saleh Rüstəmli AXC hakimiyyəti zamanı Gədəbəy rayonunun icra hakimiyyəti başçısı vəzifəsində işləyib. Rayonun Ermənistanın təcavüzündən qorunmasında müstəsna xidmət göstərib. Başkənd qəsəbəsinin geri alınması əməliyyatına rəhbərlik edib. İcra hakimiyyətinin başçısı ola-ola əlində silah vətən torpaqlarının qorunması uğrunda döyüşüb, birinci Qarabağ savaşının qazisidir.

Saleh Rüstəmli 2018-ci ildə şərlənərək həbs edilib. Onu guya AXCP-ni maliyyələşdirməklə çirkli pullar yumaqda ittiham ediblər. Gerçəkdə isə Saleh Rüstəmli bir neçə il ərzində siyasi məhbus ailələrinə kiçik məbləğlərdə maddi yardım göstərib və buna görə də həbs olunub. Onun həbsi hətta irəli sürülən rəsmi ittihamla da qanunsuzdur, çünki Saleh Rüstəmli Azərbaycanda gəlir gətirən heç bir fəaliyyətlə məşğul olmayıb.

Saleh Rüstəmlinin qanunsuz həbsdən azad edilməsi bütövlükdə Azərbaycan cəmiyyətinin mövqeyidir. Ötən 23 gün ərzində Saleh Rüstəmliyə dəstək məqsədilə Azərbaycanın öz sözünü deyə bilən əksər ictimai-siyasi xadimi açıqlamalar verib, çağırış edib. Bu müddətdə müxtəlif QHT-lər, gənclər təşkilatları, ziyalılar, siyasi partiyalar ayrı-ayrılıqda və ya birlikdə bəyanat verərək, ölkə rəhbərliyinə müraciət edərək Saleh Rüstəmlinin haqq etdiyi azadlığa buraxılmasını istəyib.

Milli Şura bəyan edir ki, Saleh Rüstəmlinin həyatına yaranan təhlükəyə görə birbaşa ölkə başçısı İlham Əliyev məsuliyyət daşıyır. Hətta Azərbaycana qarşı cinayətdə iştirak edən və əsir götürülən erməni hərbçilərinə də humanistlik göstərib, onları geri qaytaran İlham Əliyev hökuməti Azərbaycan torpaqları uğrunda döyüşmüş Saleh Rüstəmlini sırf siyasi məhbus ailələrinə yardım etdiyi üçün 4 ilə yaxındır haqsız yerə həbsdə saxlayır və indi də onun öz həyatı bahasına ədaləti bərpa etmək istəyinə heç bir reaksiya vermədən laqeyd yanaşır.

Milli Şura Saleh Rüstəmlinin həyatına yaranan təhlükədən dərin narahatlığını bir daha vurğulayır, ondan öz sağlamlığını bərpa olunmayacaq həddə pisləşdirməməyi xahiş edir. Milli Şura Azərbaycan hakimiyyətini bu məsələdə öz məsuliyyətini nəhayət dərk etməyə, günahsız, üstəlik Vətən və millət qarşısında böyük xidmətləri olan bir azərbaycanlını ölümə tərk etməyin cəzasının ağırlığını anlamağa çağırır, Saleh Rüstəmlinin bir an gec olmadan azadlığa buraxılmasını tələb edir.

Milli Şura beynəlxalq aləmi və Azərbaycan xalqını Saleh Rüstəmlinin haqq etdiyi azadlığa buraxılması naminə öz səsini daha ucadan duyurmağa, İlham Əliyev hakimiyyətinə daha effektiv tərzdə və kütləviliklə təsir göstərməyə çağırır.”


GÜNDƏMXƏBƏR.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ombudsman Aparatı: Saleh Rüstəmova lazımi köməklik göstəriləcək

    Ombudsman Aparatı: Saleh Rüstəmova lazımi ...

    15-05-2018, 16:18

  • 
  • Gədəbəyin sabiq icra başçısı və qardaşı oğlu həbs edilib - səbəb

    Gədəbəyin sabiq icra başçısı və qardaşı oğlu həbs ...

    14-05-2018, 12:28

  • 
  • Saleh Rüstəmovun həbs müddəti 109 gün uzadılıb

    Saleh Rüstəmovun həbs müddəti 109 gün uzadılıb ...

    4-09-2018, 12:27

  • 
  • Saleh Rüstəmov və Vidadi Rüstəmli sağdır

    Saleh Rüstəmov və Vidadi Rüstəmli sağdır ...

    25-05-2018, 16:14

  • 
  • AXCP-nin 5 fəalının məhkəmə qarşısına çıxarılacağı gözlənilir

    AXCP-nin 5 fəalının məhkəmə qarşısına ...

    16-01-2019, 10:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu